Almatıdakı danışıqlar necə keçib? - Mirzoyan açıqladı
Almatıda Ermənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində danışıqlar konstruktiv şəraitdə keçib. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Yan Borqla İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin qiymətləndirməsi Qazaxıstanda aparılan danışıqların yekunlarına dair press-relizdə öz əksini tapıb. “Proses bizim dəfələrlə bəyan etdiyimiz prinsiplər əsasında davam edir”, - Mirzoyan bildirib. Onun sözlərinə görə, hazırda əlavə şərhlər üçün heç bir əsas yoxdur və bu, məsləhət deyil. Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.