Donuz böyrəyi köçürülən şəxs vəfat etdi
ABŞ-da geni dəyişdirilmiş donuz böyrəyi köçürülən ilk şəxs vəfat edib. Mediaxeberleri.Az xəbər verir ki, əməliyyat Bostondakı Massaçusets xəstəxanasında 62 yaşlı Rik Slaymanın üzərində icra edilib. "Xəstəxananın transplantasiya qrupu Rik Slaymanın qəfil ölümündən dərin kədər hissi keçirir. Bizdə ölümün son transplantasiyanın nəticəsi olduğuna dair heç bir sənəd yoxdur", - xəstəxanadan bildirilib. 7 il hemodializdən müalicə olunduqdan sonra Slayman 2018-ci ildə eyni xəstəxanada böyrək transplantasiyası əməliyyatı keçirib. Lakin köçürülən böyrək 5 il sonra uğursuz olub və xəstə dializ müalicələrinə yenidən başlayıb. Sözügedən böyrək, genetik olaraq insanlara uyğunlaşdırılmış bir donuzdan “eGenesis” adlı bir şirkət tərəfindən təmin edilib.