Paytaxtda yaşlı kişi vəhşicəsinə QƏTLƏ YETİRİLDİ
Moskvanın mərkəzində 61 yaşlı kişi vəhşicəsinə döyülərək öldürülüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Bildirilib ki, onun meyiti Usaçev küçəsindəki yaşayış binalarından birində tapılıb. Məlumata görə, mərhumun başı ciddi xəsarət alıb. İlkin məlumata görə, meyitin tapıldığı evin 37 yaşlı sakini münaqişə zəminində kişiyə ölümcül xəsarətlər yetirib. Polis şübhəli şəxsi saxlayıb. Moskva prokurorluğunun əməkdaşları hadisənin bütün hallarını fəal şəkildə araşdırır və bu hadisə ilə bağlı aparılan istintaqın gedişinə nəzarət edirlər. İstintaq başa çatdıqdan sonra cinayət işinin başlanması barədə qərara da prokurorluq nəzarət edir.
Oxunub: 636
Xəbəri paylaş
Paylaş: