Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Millimiz Lixtenşteynə qalib gəldi
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Heydər Əliyev: Qarabağda Zəfərə aparan yolun memarı inanılmaz strategiyanı belə qurmuşdu

  • Tarix: 10-05-2024, 11:02

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” deyirdi Heydər Əliyev və 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra əsas hədəfi torpaqlarımızı azad edə biləcək gücdə dövlətin yaradılması oldu. Şuşanın azad olunduğu xəbərini xalqa çatdıranda Prezident İlham Əliyev bildirmişdi ki, “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev zəif və dağılmış ordu ilə müharibə aparan, ermənilərlə yanaşı, silahlı qruplaşmaların bir-birinə qarşı döyüşdüyü, dağılmış Azərbaycanı yenidən ayağa qaldırmaq üçün hərəkətə keçdi. Dahi lider bütün bunları bir-bir yox, eyni vaxtda həyata keçirməklə Azərbaycanı xilas edə bildi: daxili xaos yaradan silahlı qruplaşmaları zərərsizləşdirdi və qanun qarşısına çıxardı, sosial-iqtisadi vəziyyəti stabilləşdirmək istiqamətində addımlar atdı, neft müqavilələri imzalayaraq, kiçik Azərbaycanı nəhəng ölkələrin hesablaşdığı ölkəyə çevirdi, ordunu nizama saldı, işğal altındakı bir çox kəndləri düşməndən təmizlədi və dövlətin gələcəyini qurmaq üçün Qarabağda atəşkəs sazişinə razılıq verdi.

Ermənistan məsələni həll etdiyini düşünür və işğalı legitimləşdirmək istiqamətində addımlar atırdı. Heydər Əliyev isə Qarabağda işğala son qoyacaq, Ermənistanın dalan ölkəyə çevriləcəyi strategiyanı hazırlayırdı.

Heydər Əliyev mövcud vəziyyəti dəyərləndirərək, Azərbaycanın dövlət kimi ayaqda durması, güclənməsi üçün atəşkəsə razılıq verdi. Çünki həm cəbhədə müharibə, həm ermənilərin güclü havadarları ilə mübarizə aparmaq, həm də ölkə daxilində vəziyyəti sabitləşdirmək, silahlı qruplaşmları neytrallaşdırmaq, əhalinin möhtac olduğu gündəlik tələbatları qarşılamaq və saydıqca bitməyən problemləri həll etmək mümkün deyildi. Müharibənin davam etməsi yeni ərazilərin işğalı və Azərbaycanın dövlət kimi gələcəyinin sual altına düşməsi təhlükəsini yaradırdı. Keçmiş hakimiyyətdən qalan ölkənin vəziyyəti olduqca acınacaqlı idi.

Bişkek protokolu və erməni planlarının məhvi: atəşkəs razılaşması Bişkekdə imzalanırdı. Rusiya prosesin əsas aparıcı qüvvəsi idi və Minsk qrupunun rusiyalı həmsədri, bu gün də ermənipərəst mövqeyi ilə seçilən Vladimir Kazimirov sənədi təqdim etmək üçün Bakıya gəlir, Heydər Əliyevlə müzakirə aparır. Sənədə görə, atəşkəs Azərbaycan və Ermənistan arasında imzalanır, sülh danışıqlarında beynəlxalq vasitəçilər iştirak edirlər.

Atəşkəs sazişinin imzalanması Bişkekdə baş tutdu. Azərbaycanı Ali Sovet sədrinin birinci müavini Afiyəddin Cəlilov təmsil edirdi. Mayın 10-u səhər saatlarında A.Cəlilov Heydər Əliyevə zəng vurur və məruzə edir ki, sənədə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin də adını tərəf kimi salmaq istəyirlər. Heydər Əliyev Cəlilova dərhal Bakıya qayıtmağı tapşırır. Həmin günün ikinci yarısı A.Cəlilov sənədə imza atmadan geri qayıdır. Lakin separatçı rejimin adını sənədə salmağı dəstəkləyən Kazimirov da onunla birlikdə gəlir. O dövrün şahidləri danışır ki, Heydər Əliyev Bakıda Kazimirova sərt sözlər deyir.

Heydər Əliyevin bu mövqeyi ermənilərin planlarını alt-üst etdi: atəşkəs sazişinə münaqişə tərəfləri olaraq Azərbaycan və Ermənistanın adı salındı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə sadəcə sənədə imza atdılar.

Ermənistanın planları baş tutmadı, hərçənd, ermənilər işğalçı kimi sevinir və hesab edirdilər ki, Azərbaycan torpaqlarının işğalı onlara xoşbəxt gələcək bəxş edəcək.

Heydər Əliyev atəşkəs sazişini imzaladıqdan sonra ilk olaraq ordu quruculuğuna başladı. Və Azərbaycanın tarixini dəyişəcək “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu. Bu, Qarabağ məsələsində də rəsmi Bakının mövqeyinin güclənməsinin başlanğıcı idi.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra erməni mediasına müsahibəsində bununla bağlı etiraflar edib.

“Balans 1997-98-ci illərdə pozuldu. Azərbaycanda Beynəlxalq neft konsorsiumu yarananda. Bundan sonra Əliyevin sözü dəyişdi. Lissabon sammitindən sonra masada Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi. Həmin bəyannamə müzakirə olunan zaman Vardan Voskanyan da orda idi, o bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Lissabona çatanda Voskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, “Cənab prezident, ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum. Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi. Yəni onlar bildirmişdi ki, Əliyev bizə xahiş edib, belə sənəd Lissabonda təsdiq edilməlidir. Həmin vaxtdan Azərbaycan tərəfi müəyyən dərəcədə bundan ruhlandı, xarici qüvvələrin köməyi hesabına öz məqsədlərinə çata bilərdi. Bundan sonra Əliyev danışıqlarda müəyyən razılığa gəldikdə bundan imtina edirdi ki, bizə sərf etmir. Artıq onlar dərk etmişdilər ki, zaman onların xeyrinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”, - bəzi məqamları özünəməxsus formada təhrif etsə də, Levon reallığı dilə gətirib.

Bu, Heydər Əliyevin uzaqmənzilli strategiyasının tərkib hissəsi idi.

Azərbaycanı yenidən dirçəldən, daxildə sabitliyə nail olan, xaricdə mövqelərimizi gücləndirən Heydər Əliyevin ən mühüm strategiyası işğalçı ölkənin təcrid edilməsi idi. Bunu Ermənistanın siyasi cameəsi də zaman-zaman etiraf edir.

Erməni ideoloqlardan biri İqor Muradyan 2016-cı ilin “aprel döyüşləri”ndən sonra (həmin vaxt hələ yaşayırdı) verdiyi müsahibələrin birində 1998-ci ildə Heydər Əliyevin Türkiyə prezidenti Süleyman Dəmirəllə prinsipial görüşündən danışaraq, 20 il öncə işğalçı Ermənistana qarşı hazırlanmış planın Prezident İlham Əliyev tərəfindən israrla həyata keçirildiyindən və nəticələrin ermənilər üçün pis olacağından təəssüflə bəhs edirdi.

“Heydər Əliyevlə Süleyman Dəmirəlin görüşündə Türkiyə və Azərbaycan arasında gələcək strategiya hazırlandı. Bu strategiya iki ölkə arasında energetikadan tutmuş, hərbi əməkdaşlığa qədər bir çox sahəni əhatə edirdi. Həmçinin, Dağlıq Qarabağ münaqişənin həlli və ərazilərin qaytarılması üçün Ermənistanı uzunmüddətli siyasi və iqtisadi blokadaya salmaq, onu Türkiyə-Azərbaycan blokuna bağlamaq və öz maraqlarına tabe etdirmək haqda razılaşma oldu. Bu, faktiki olaraq Ermənistanın prinsipial dövlət olaraq yox olması və Azərbaycanla Türkiyənin quberniyasına çevrilməsi demək idi. Həmin görüşdən sonra Azərbaycan xarici siyasətdə aktiv hərəkətə keçdi və indiyə qədər Ermənistanın təcridi davam etdirilir”, - Muradya danışırdı.

Heydər Əliyevin uzunmüddətli strategiyasını Prezident İlham Əliyev yeni dünya reallığına uyğun təkmilləşdirərək, davam etdirdi.

- Azərbaycan bölgənin həlledici aktoruna çevrildi;

- Ermənistan “oyundankənar vəziyyətə” salındı;

Artıq Heydər Əliyevin uğrunda mübarizə apardığı güclü Azərbaycan yaranmış, torpaqlarını azad edəcək səviyyəyə çatmışdı. Və 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi ilə Azərbaycanın işğal altındakı torpaqları azad edildi, cəmi 44 günə.

Bu, Heydər Əliyevin məğlubiyyəti dəyişdirəcək strategiyası, bu strategiyasını davam etdirən İlham Əliyevin Zəfərə aparan siyasətinin tarixi bəhrəsidir. Bu gün torpaqlarımız azad edildiyi üçün Heydər Əliyevin ruhu şaddır, çünki onun ən böyük amalı torpaqları işğaldan azad edilmiş güclü Azərbaycan idi və Prezident İlham Əliyev buna nail oldu
Asif Nərimanlı


Oxunub: 1 446
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    12-11-2026, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    12-11-2026, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    12-11-2026, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    12-11-2026, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    12-11-2026, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    12-11-2026, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    12-11-2026, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    12-11-2026, 19:53 | Tramp Meksikanı hədələdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.