Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Fidan Ələkbərlinin “Yeddi şahzadə xanım” kitabının təqdimat mərasimi keçirilib - FOTO

  • Tarix: 14-09-2023, 16:47

Bakı Kitab Evində istedadlı gənc yazar Fidan Ələkbərlinin yeddi orijinal nağıldan ibarət kitabının təqdimatı olub. Tədbirə ədəbiyyat biliciləri, uşaq ədəbiyyatı təmsilçiləri, yazıçı və şairlər, media nümayəndələri, tələbələr, gənc oxucular qatılıblar. İştirakçılar “Yeddi xanım şahzadə” kitabının ölkəmizdə, eləcə də beynəlxalq kitab çapı sferasında işıq üzü görən, xüsusilə uşaq və yeniyetmələrə ünvanlanan toplular sırasında özəlliyi ilə fərqlənən nəşr olduğunu nəzərdən qaçırmayıblar.

Həqiqətən də “Yeddi xanım şahzadə” həm bədii mətn qismində qələmə alınması, həm də poliqrafik təqdimatı  baxımından seçilən, cazibədar bir kitabdır.

Oxucu marağını çəkən ilkin şərt bütün yaxşı kitablar üçün əsas meyar sayılan dolğun bədii mətnlə bağlıdır. 

Nağılların qəhrəmanları Nar xanım, Narınc xanım, Alma xanım, Püstə xanım, Səma xanım, Maral xanım, Bənövşə xanım olmaqla bərabər, həm də onları əhatə edən təbii mühit və tipik insanlardır. 

Əgər kitabdakı maraqlı hekayətləri mifik ruh, nağıl ovqatının magiyası, başqa sözlə, özünəməxsus üslub ədəbi birləşdirirsə, hadisələrin istiqaməti, fərqli süjet xətləri və dəyişik sərgüzəştlərin sırası əsərləri bir-birindən tamamilə fərqlənir. Şahzadə xanımlar rastlaşdığı olay, xasiyyət, davranış, həyata baxış, hətta geyim-keçim, zahiri görünüş baxımından digərini təkrarlamır. Belə təəssürat yaranır ki, müəllif əsərlərini nağıl danışmaq xatirinə qələmə almayıb, əksinə lakonik hekayənin hər birində oxucunun kəşf edib dəyərləndirə biləcəyi ideya, etik, əxlaqi mənəviyyat işığı var.

Tədbir zamanı ilkin rəylərini bölüşən iştirakçılar Fidan Ələkbərlinin sadə, rəvan, eyni zamanda, obrazlı nəsr dilini xüsusi qeyd ediblər. Yazarın başqalarına bənzəməyən fərdi müəllif təhkiyyəsi çərçivəsində bol, necə deyərlər aşıb-daşan rənglərin, ahəngdar səslərin, səma genişliyinin təsviri, insan arzularının, özünəinamın, daxili mənəvi gözəlliklərin tərənnümü təbiidir, hadisələrin inkişafı ilə vəhdət təşkil edir. 

Təqdimat tədbirinə iştirak edənlər “Yeddi xanım şahzadə” kitabının daha bir fərqlənmə nişanını - hər bir nağılın illüstrasiyalarla təqdimatını uğurlu sayıblar. Uşaq kitablarına, bəzən çox təəssüf ki, plagiat yolla oradan-buradan çırpışdırılmış komikslərlə bəzək-düzək vurulduğu bir dövrdə milli ruhlu mətnlərin mənasının açılmasına yardımçı olan çoxsaylı illüstrasiyalardan istifadə “Nağıllar”a yeni təsir imkanı qazandırır. Kitabda əməkdar rəssam Nüsrət Süleymanoğlunun fırçasından çıxan 60-dan çox rəsm əsəri yer alaraq mütaliə boyunca oxucuya yol yoldaşlığı edir. 

Qloballaşma, internet mühitinin təsiri altında insanların birləşmək deyil, özlərinə qapandıqları, təkləndikləri mühitdə Fidan Ələkbərli haqlı olaraq yeni kitabını uşaqların hansısa yaş qrupu üçün deyil, ailəvi oxu kitabı qismində düşünmüş və bu düşüncəni reallaşdıra bilmişdir. Axı, müdrik, ibrətamiz nağıllar qədimlərdən bəri uşaqdan tutmuş qocaya qədər ailələri, qohumları, qonşuları bir ocaq başına toplayıb. İstər fərdi qaydada oxu, istər başqaları ilə bir yerdə, təki kitab dəyərli olsun, təki nağıllar darıxdırmasın, oxuyanı, dinləyəni sehrli dünyasına çəkib apara bilsin. “Yeddi xanım şahzadə” nağılları kimi.

Qonaqlar arasında xalq artisti Lyudmila Duxovnaya, Bakı kitab mərkəzinin direktoru, yazıçı Günel Rzayeva, Maqsud İbrahimbəyov adına yaradıcılıq mərkəzinin direktoru Anna İbrahimbəyova, əməkdar rəssam İrina Eldarqızı, vokalist və müəllim Qasım Xəlilov, əməkdar artist Yuliya Motorina, beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə, yaradıcı təbəqənin nümayəndələri və gənclər həmin tədbirdə iştirak ediblər.  

Tədbirin təşkilatçısı Azərbaycan yazıçılar ittifaqının üzvü, rejissor və ssenarist, bir çox ədəbi layihələrin əsasını qoyan və rəhbərlik edən, şairə İrana Qasımova olub.  

Təqdimat gecəsini  aparan Natella Kərimova kitab müəllifinin yaradıcılıq yolundan danışıb.

Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrın aktrisaları Rumiya Ağayeva və Tamilla Abutalıbova Fidan xanımın müəllif olduğu “Yeddi xanım şahzadə” kitabından nağılları oxudular.

Azərbaycanın əməkdar artisti Nərgiz Əliyeva royalda müşayiət edib.

Gecənin qonaqlarına nağıllar kitabının motivləri üzrə musiqili plastik tamaşa da təqdim olunub.

Sonda Fidan Ələkbərli kitabın dərcində əməyi olan nəşriyyat qrupuna, toplunun rəssamına, mətbuat təmsilçilərinə, tədbirə qatılan hər kəsə minnətdarlığını bildirib, “Yeddi xanım şahzadə” kitabını iştirakçılar üçün imzalayıb.













Oxunub: 713
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    13-11-2026, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    13-11-2026, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    13-11-2026, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    13-11-2026, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    13-11-2026, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    13-11-2026, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    13-11-2026, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    13-11-2026, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    13-11-2026, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    13-11-2026, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.