Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı

Son xəbərlər :
  • İsa Qəmbər ölkədən çıxa bilmədi
  • Sumqayıtda bu yol yenə çökdü - Foto
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
  • İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
  • İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
  • "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
  • “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
  • "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
  • "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
  • Naftalanda 3 məktəblini maşın vurdu
  • Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
  • İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
  • “Real” Kurtua ilə bağlı qərarını verdi
  • Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
  • Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
  • DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
  • Bu iki qidanı birlikdə yemək olar?
  • Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
  • Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

"Oğluma dedi ki, veteran olmasan, səninlə başqa cür danışaram..." - GİLEY

  • Tarix: 16-04-2024, 09:00

Qurbanovlar ailəsi 10 ildən çoxdur kirayədə yaşayır. Müqabil Qurbanovun oğlu ikinci Qarabağ müharibəsinin veteranıdır. İllərdir ev arzusunda olan ailəyə oğlu veteran olduğu üçün ev veriləcəyi xəbəri gəlir. Amma sən demə, dələduzlara rast gəliblərmiş. Müqabil Qurbanov danışır ki, qonşuluqda yaşayan Üzeyir adlı şəxs onlara ev üçün aidiyyatı qurumlara müraciət etməli olduqlarını deyib:

“5-6 ay keçdi, mənə zəng gəldi ki, Müdafiə Nazirliyindən polkovnik Samir Məmmədovdur. Dedi, oğlunuz Qarabağ veteranıdır, məktub yazmısınız evlə əlaqədar. Dedim, yazmışdıq. Dedi, hərbçi olduğuna görə, veteran olduğuna görə məktubunuz gəlib çıxıb bizə. Sizə kömək edə bilərik. Dedi, özünlə bir ağsaqqal götür gəl. Üzeyir dedi ki, müəllim, şirinlik nə verəcəyik? Samir də dedi ki, – polkovnik dediyim oğlan, – baxıram kasıb adamsınız, sizdən 10 000 pul alacağam. O qiymətə oğluna üçotaqlı ev düşəcək. Pul da yox idi. Rayona da getdik, bir-iki adama ağız açdıq yoldaşımla. Sonra əlacsız qalıb, banka girdik”.

Sahilə Qurbanovanın qardaşı oğlu da veterandır. Elə həmin ailə də bu şəxslərə ev üçün müraciət edərək 11 500 manat pul veriblər. Evdən bir xəbər gəlməyəndən sonra hər iki ailə dələduzluğun qurbanı olduqlarının fərqinə varıblar. Müqabil Qurbanov deyir ki, dələduzluğu törədən şəxslər hələ də həbs edilməyib.

“Hərbi Prokurorluğa müraciət etdim. 3-4 gün sonra zəng gəldi ki, tapdıq həmin adamı. Beyləqan rayonunun Tatarlar kəndindəndir, adı da Əliyev Mirzə Qoşqar oğludur, Samir dediyimiz adam. Mülki adamdır. Yəni buna polis baxa bilər. Getdim, izahatımı verdim. 2 dəfə getdim, sonra mənə yenə zəng gəldi, Sabunçu rayonundan müstəntiq Orxan Knyazov dedi ki, sizin işiniz gəlib çıxıb mənə. Mən də dedim axı Nərimanovda olub bu iş. Nərimanova zəng etdim, polisə dedi ola bilməz ki, bu iş gedib çıxa Sabunçuya. Sən demə, bunu Üzeyir özü edib. Deyirdi, güclü dostum var Sabunçuda. O, elə həmin Orxan Knyazov imiş. İş getdi çıxdı Orxana, oğlumla yenə izahat verdik. Bizi get-gələ saldı. Sonra oğlum dedi ki, əgər belədirsə, işi başqa yerə verək, dəyişdirmək istəyirik. Oğluma dedi ki, veteran olmasan, səninlə başqa cür danışaram. Biz də baxdıq, veteran olmasa niyə, oğlum düz deyir də. Dedi: “Mənim əlimdən heç kəs bu işi ala bilməz”.

Meydan TV Orxan Knyazov adlı şəxslə əlaqə saxlayıb. O, hazırda Sabunçu Rayon Polis İdarəsində işləmədiyini bildirib. Onun dediyinə görə, iş artıq məhkəmədədir. Həmçinin əlavə etdi ki, dələduzluqla ittiham olunan şəxslərdən təkcə Qurbanovlar ailəsi yox, 10-larla insan şikayətçidir. Bayram günləri olduğundan DİN-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Üzeyir adlı şəxs isə telefonunu söndürüb.

Qurbanovlar ailəsinin dolanışığı çətindir. Həm kirayədə qalırlar, həm də banka 10 000 manat borcları var. Sahilə Qurbanova deyir ki, bu hadisələrdən sonra həyat yoldaşının başında onkoloji şiş əmələ gəlib.

“Yoldaşım xəstədir, başında şiş çıxdı. Onun əməliyyatına çox pul istəyirlər. 13 min manat pul istəyirlər. Özümüz də kirayədəyik, çatdıra bilmirik. Bir uşaqdır, o da gedir, daş, qum qaldırır. Onunla da kirayənin pulunu çatdırıb verə bilir. Kömək yoxdur, çox çətin dolanırıq. Özüm də gedirəm dəri sexinə. Suyun içində. Gecələr yatmır, ağrıları çox olur, çox çətinlik çəkir ağrıdan. Yatanda boğulur, haradasa 10 dəqiqə çəkir, güclə gəlir özünə. Onu da həkim deyir ki, əməliyyat olmasa, problem yaşaya bilərsiz, qəfil gedə bilər həyatdan“.
 


Oxunub: 1 252
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Bu gün, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Bu gün, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Bu gün, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Bu gün, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Bu gün, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    Dünən, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    Dünən, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    Dünən, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    Dünən, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    Dünən, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    Dünən, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    Dünən, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    Dünən, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    Dünən, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    Dünən, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    Dünən, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    Dünən, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    Dünən, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    Dünən, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    Dünən, 16:46 | Elton qızına toy edir - VİDEO
    Dünən, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    Dünən, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    Dünən, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    Dünən, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    Dünən, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    Dünən, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    Dünən, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    Dünən, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Dünən, 14:30 | Müavinət və təqaüd alanların nəzərinə!
    Dünən, 13:46 | “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
    Dünən, 13:39 | Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
    Dünən, 13:28 | Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
    Dünən, 13:04 | Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
    Dünən, 12:46 | Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
    Dünən, 12:43 | Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
    Dünən, 12:36 | 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
    Dünən, 12:34 | “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
    Dünən, 12:30 | Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
    Dünən, 12:27 | İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
    Dünən, 12:24 | Parataekvondoçumuz dünya çempionu oldu
    Dünən, 12:19 | Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
    Dünən, 12:17 | Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
    Dünən, 12:14 | Toyda oynamaq üstündə qan töküldü
    Dünən, 11:59 | Nar ixracına məhdudiyyət qoyula bilər – AQTA-dan xəbərdarlıq
    Dünən, 11:55 | ATA VƏ YA ANA ALİMENT ÖDƏMİRSƏ... - Uşağın hüquqları necə qorunur? + AÇIQLAMA
    Dünən, 11:51 | Sabiq təhsil nazirinə vəzifə verildi
    Dünən, 11:40 | Ordubadda ər-arvad eyni gündə vəfat etdi
    Dünən, 11:35 | Media subyektləri və fərdi jurnalist müsabiqələrində yeniliklər olacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.