Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Yanacaqdoldurma məntəqələrində yanacaqlara əlavə qatqılar olunur? - ARAŞDIRMA

  • Tarix: 12-04-2024, 18:02

Dünən sosial şəbəkələrdə “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti ilə bağlı görüntülər yayılıb. İddia olunub ki, yanacağa su qatılır. Həmin görüntüləri aktyor Elcan Rəsulov da instaqram səhifəsində paylaşaraq benzinin keyfiyyətindən şikayət edib:

“Bu dəfə deyəsən, bütün yanacaqdoldurma məntəqələrinə yağış yağmışdı. Mən başqa YDM-dən 95 doldurdum, amma elə bil 92 idi” deyə bildirib.

Mediaxeberleri.Az xəbər verir ki, Moderator.az-a açıqlama verən aktyor məsələyə bu cür aydınlıq gətirib.

“Mənim avtomobilim bir az həssasdır, premium benzinlə işləyir, 95-lə. Ona keyfiyyətsiz benzin, məsələn 92 vurularsa başlayır ağ tüstü buraxmağa. Amma mən ona həmişə premium vururam. Sonuncu dəfə yanacaq dolduranda gördüm ki, maşın ağ tüstü buraxdı, əsdi. Mən də fikirləşdim ki, yəqin səhv benzin vurublar. Sonra gördüm ki, yox premiumdur. Ona görə də sözügedən görüntülər mənə tanış gəldi və paylaşıb yazdım ki, ola bilsin yanacaq çənlərinin ağzı yağışlı havada açıq qalıb. Bu mövzunu araşdırmaq üçün çox rahat şəkildə 3-4 ayrı yanacaqdoldurma məntəqəsindən benzin alıb, sonra onun oktanlarını yoxlaya bilərsiniz. Hansı ki, bunu yoxlamaq mümkündür. O zaman bilinəcək ki, hansının tərkibində su var, hansı keyfiyyətsizdir?!” deyə aktyor bildirib.

Muğam ustası, gənc xanəndə Murad Kəngərli də saytımıza açıqlamasında yanacaqdan şikayətlənib.

“Avtomobilimdə matorun səsi artıb. Bu da benzinə su qatılması ilə əlaqədardır. Müxtəlif yanacaqdoldurma məntəqələrindən istifadə edirəm. 92 markalı benzini elə keyfiyyətsiz ediblər ki, konkret olaraq matorun “evini yıxır”. 95 premium vuranda səs kəsir. Bu qədər də olmaz. Kimi kimə şikayət edək?! Elə bir qurum varsa şikayət edək” deyə şikayətçi bildirib.

Avtomobil ustası Sübhan Sadıqov bildirib ki, son aylar eyni mövzu ilə müraciət edən avtomobil sahiblərinin sayı artıb.

“Yanacaqa suyun qatılmasını bu cür bilmək olar ki, avtomobilin matoru qeyri-müntəzəm işləyir və sonra sönür. Sistemə su düşməyin faizi var. Bir baka yarım litr düşsə o özünü müəyyən müddətdən sonra göstərir. Yox əgər suyun həcmi çox olarsa o dəqiqə avtomobili söndürür. Bunun qarşısını almaq çətin məsələdir. Yanacaqdoldurma məntəqələrində müəyyən bir müddətdən sonra profilaktik işlər görülməlidir. Yanacaq çəninin içi dəyişdirilməlidir. Benzinin tərkibində yığılan su həmişə ən alta yığışır. Nasosla da çəkəndə aşağıdan götürüb baka vurur. Müəyyən vaxtdan bir onlar təmizlənməlidir. Giydirmə yanacaqdoldurma məntəqələri var ki, vaxtında təmizlənmir. Qurunt suyları alta yığışır. Məşhur yanacaqdoldurma məntəqələrində belə hadisələrə çox rast gəlmirik” deyə avtomobil ustası deyib.

Ekspert Ərşad Hüseynov bildirib ki, bu mövzu dərindən araşdırılmalı və avtomobil sahiblərinin iddialarına cavab verilməlidir.

“Belə iddialar hər zaman olub və bu gün də davam etməkdədir. Bu problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülmür. Sadə istehlakçı olan vətəndaşın həmin iddiaları sübut, təsdiq etmək üçün imkanları yoxdur. Təhlillər, analizlər tələb olunur. Həm yanacağın keyfiyyəti, həm miqdarı, həm yanacağın bir növünün digər növü ilə qarışdırılması və yaxud da saxlanma şəraitinin uyğun olmaması, pərakəndə satışında problemlərin olması araşdırılmalıdır. Bunlarla bağlı hansısa faktı dəqiqləşdirmək üçün ciddi ölçmələr olmalıdır. Bunlara da adi insanların imkanı yoxdur. Buna ancaq səlahiyyətli qurumlar nəzarət edə bilərlər. Bu da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlərindədir. İstehlakçı hüquqlarının müdafiəsi üzrə dövlət adından bütün səlahiyyətlər bu quruma aid olunub. Vətəndaş bu quruma müraciət etməlidir. Yaxud da həmin qurum sosial şəbəkələrdə belə məlumatlar yayılanda bu istiqamətdə işlər görməlidir. Adıçəkilən qurum şikayət olunan yanacaqdoldurma məntəqəsində təhlillər, analizlər də apara bilər. Hərhalda bu iddiaların əsaslı və əsassız olması yoxlanılmalıdır” deyə ekspert bildirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu mövzu ilə təmsil etdiyi təşkilata saysız-hesabsız müraciətlər gəlib.

“Biz bilməliyik ki, yanacaqdoldurma məntəqələrində benzin və dizel çənlərinin çəkisi ağır olduğu üçün dibində su toplanır. Benzinin tərkibində olan yaxud da hardansa ora qarışmış su illər boyu orada qalır. Vaxtaşırı o su həmin çənlərdən təmizlənməlidir. Suyun ora necə qarışdığını bilmirəm. Amma onu bilirəm ki, çənlərin dibində mütləq su olur. Özünə hörmət edən, reytinqini saxlayan yanacaqdoldurma məntəqələri vaxtaşırı o çənlərin dibini təmizləyirlər. Lakin bəziləri təmizləmir. Üstəlik avtomobillərin yanacaq çənində də su toplanır. Bunu da biz bilməliyik. Ona görə də avtomobil sürənlərə məsləhət görürəm ki, avtomobilin yanacağı tam qurtarandan sonra yanacaqdoldurma məntəqəsinə getməyin. Müəyyən miqdarda yanacaq qalanda gedin. Çünki o su karburatora dolur, sonra da problemlər yaranır. Lakin benzinin tərkibinə, yanacaqdoldurma məntəqələrinə su hardan doldurulursa mənə də məlum deyil. Ola bilər benzinin tərkibində çöküntü halında olsun. Lakin benzinlə bağlı çox ciddi problem avtomobil satışı ilə məşğul olan distributor və rəsmi servis mərkəzlərinin dilə gətirmədiyi, deyə bilmədiyi problem budur ki, ölkəyə gələn yeni avtomobillər yüksək standartlı benzinlə və dizellə işləyir. Hazırda avtoservis mərkəzlərində böyük problemlər yaşanır. Yeni nəsil avtomobillər Azərbaycanda bu benzinlə işləyə bilmirlər. Tez bir zamanda avtomobilin mühərrikləri sıradan çıxır. Servis məcbur olub, avtomobilin yanacaqdan zərər çəkmiş hissələrini pulsuz bərpa edir. Bu problemi həll etmək üçün həmin servis mərkəzləri birləşməlidir və öz haqq səslərini qaldırmalıdırlar. Bəzi avtomobil servis mərkəzlərində benzinin keyfiyyətsizliyini ölçən çoxsaylı cihazlar var. Mən dəfələrlə xahiş etmişəm ki, onun birini verin Azad İstehlakçılar Birliyinə. Biz onunla yoxlama aparaq, rəsmi sənəd verək, iş məhkəmələrə getsin. Bəlkə bu yolla biz vəziyyətə təsir edə bilərik. Lakin heç kim cəsarət edib onu ictimai təşkilata vermək istəmir. Necə deyərlər özləri öz dərdlərini çəkirlər. Bu çox ciddi məsələdir” deyə o bildirib.





Oxunub: 757
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Dünən, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Dünən, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Dünən, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Dünən, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Dünən, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Dünən, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Dünən, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Dünən, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Dünən, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Dünən, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Dünən, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Dünən, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Dünən, 13:38 | Bu binalara istilik verilməyəcək
    Dünən, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Dünən, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Dünən, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Dünən, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Dünən, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Dünən, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Dünən, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Dünən, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Dünən, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Dünən, 12:11 | Rəşad Məcidə ağır itki
    Dünən, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Dünən, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Dünən, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Dünən, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Dünən, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Dünən, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Dünən, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Dünən, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Dünən, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Dünən, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    14-11-2026, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    14-11-2026, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    14-11-2026, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    14-11-2026, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    14-11-2026, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    14-11-2026, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    14-11-2026, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    14-11-2026, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    14-11-2026, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    14-11-2026, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    14-11-2026, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    14-11-2026, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    14-11-2026, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    14-11-2026, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    14-11-2026, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.