Ana və oğlu evdə, ata maşında yanıb öldülər
Türkiyənin Mersinin Erdemli rayonunda evdə ana və uşağının, avtomobildə isə atasının yanaraq öldüyü aşkarlanıb. Lent.az yerli mediaya istinadla bildirir ki, İləmin məhəlləsində bir evdən tüstü çıxdığını görən vətəndaşlar xilasetmə və jandarma qruplarına xəbər verib. Hadisə yerinə gedən yanğınsöndürənlər yanğını söndürərkən, jandarma qrupları tərəfindən evə baxış zamanı 35 yaşlı Nurgül Kayanın və oğlu 10 yaşlı Emrullah Kayanın yanmış cəsədləri aşkar edilib. Araşdırmalarını davam etdirən qruplar, evdən təxminən 4 kilometr aralıda başqa bir avtomobilin yandığını təyin ediblər. Avtomobilin içərisinə baxış zamanı tamamilə yanmış kişi meyiti aşkar edilib. Avtomobildə tapılan meyitin ata Neşet Kayaya aid olduğu müəyyənləşib. Jandarma qrupları hadisə ilə bağlı araşdırmaya başlayıb.