Mediaxeberleri.az
    
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • 
  • Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video

Son xəbərlər :
  • Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "O pulları öz zəhmətimlə yığmışam"
  • İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
  • Azərbaycanda zavodda güclü partlayış - Video
  • “Qreçka”nın qiyməti kəskin bahalaşa bilər – Səbəb
  • Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb
  • Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
  • Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
  • Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
  • 42 yaşlı rəis qəfil öldü - Foto
  • “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
  • Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
  • Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
  • Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
  • İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
  • Sabah hava necə olacaq?
  • 20 tələbə 200 AZN təqaüd alacaq
  • ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
  • Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
  • 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
  • “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azyaşlı Fəridi qətlə yetirən Mehmanın cinayətində şok təfərrüat – İntim yazışmalar...

  • Tarix: 4-04-2024, 22:14

Xəbər verdiyimiz kimi, 7 yaşlı Fəridin ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun məhkəməsi başa çatıb. Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hökmdə göstərilib ki, 1994-cü il təvəllüdlü Mehman sambo müəllimi kimi işlədiyi “Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi” Publik hüquqi şəxsin müəyyən etdiyi dərs cədvəlindən kənar olaraq özü üçün H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli tam orta məktəbin idman zalında cüdo-sambo təlimləri keçirib.

Bununla əlaqədar təşkil etdiyi qrupda 2016-cı il təvəllüdlü şagirdi Fəridin təlimlərə gəlmək istəməməsi səbəbindən onun anası Aynurə ilə əvvəllər mövcud olan, lakin sonradan pozulmuş sevgi münasibətlərinin bir daha düzəlməyəcəyini başa düşüb.

Mehman qisas niyyəti ilə 29 aprel 2023-cü ildə saat 16-dan 17-yə kimi olan təlim müddətində Fəridin idman ayaqqabısını gətirmədiyini bəhanə edib.

Həmin yaş kateqoriyasındakı uşaqlara tətbiq edilməsi qadağan olunmuş “tayi-ataşi”, yəni qabağa badalaq, “siyo-nagi”, yəni çiyindən atmaqla badalaq, “aşibaray”, yəni süpürgə və “ippon siyo-nagi”, yəni dizdən oturub çiyindən atma fəndlərini qalınlığı 5 sm olan idman döşəyi-tatami üzərində 57 dəfə tətbiq edib.

Daha sonra azyaşlının huşsuz vəziyyətdə yerdə uzanmasına məhəl qoymadan saçından, daha sonra qulaqlarından tutaraq zorla ayağa və havaya qaldırıb. Mehman 23 dəfə eyni fəndləri tətbiq etməklə Fəridi öldürüb.

İstintaq orqanı tərəfindən Mehmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mehman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə baş verdiyi günədək təxminən 6-7 ay müddətində cüdo idman növü üzrə müəllim kimi fəaliyyət göstərib:

“Müəllim kimi fəaliyyət göstərməyim üçün bütün lazımi sənədlərim və lisenziyam olub. Fərid 2023-cü il yanvarın sonlarından etibarən tələbəm olub. Hadisə baş verən gün, yəni 29 aprel 2023-cü tarixində idman dərslərində qaçış günü idi. Tələbələrlə birlikdə qaçdıqdan sonra məşq etdiyimiz məktəbin idman zalında bəzi fəndləri icra etməli idik. Qaçış günü Fərid idman ayaqqabılarını gətirməmişdi. Mən də bununla bağlı onun valideyni Aynurəyə bildirdim.

Qaçışdan qayıtdıqdan sonra bəzi fəndlərin icrasına başladıq. Fəridin üzərində bir neçə dəfə fənd icra etdim. O, məşq etmək istəmirdi. Onun səhhəti ilə bağlı hər hansı narahatlıq hiss etmədim. Fəridin qəsdən məşqdən yayınmaq istədiyini düşündüm. Ona görə məşqə davam etməsinə təkid elədim.

Hərəkətli və dözümlü uşaq olduğu üçün ona fəndlər icra etdim. Fəridin üzərində eyni fəndi 57 dəfə icra etməyimin səbəbi həmin fəndi ona öyrətmək və mənimsətmək olub. Məşq bitdikdə Fəridin halı yaxşı olmadı. Amma zərbələr nəticəsində onun halının pisləşdiyini düşünmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Fəridin valideyni Aynurə ilə oğlunun məşqə başlamasından təqribən 15 gün sonra münasibətləri başlayıb və münasibətlər təxminən 2 ay davam edib: “Münasibətimiz Aynurə tərəfindən dayandırıldı. Ancaq ondan qisas almaq məqsədim olmayıb. Fəridi adətən Aynurə məşqə gətirir, bəzən kənarda əyləşib məşqi izləyirdi. Digər valideynlər də məşqi izləyirdilər.

Hadisə baş verdiyi gün Aynurə məşqi izləməyə deyil, oğlunu məşqdən evə aparmaq üçün məşqin sonunda gəlmişdi. O, gələndə məşq bitməmişdi. Aynurə zala daxil olmamışdı. Fəridi mən zaldan çölə çıxardım. Aynurə oğlunun halının pis olması barədə soruşduqda, bunun məşqin ağırlığından olduğunu, evə getdikdən sora düzələcəyini bildirdim. Fəridin vəziyyətinin dəyişəcəyini düşünməmişdim.

Məşq bitdikdən sonra Fəridi valideyni ilə birlikdə evə apardıq. Həmin vaxt Fərid mənim qucağımda idi. Evdə olarkən onun qusduğunu gördüm. Daha sonra onu Sumqayıt şəhəri Uşaq Xəstəxanasına apardıq. Sonra Fəridin vəfat etdiyini öyrəndim, əvvəlcə buna inanmadım.

Xəstəxananın həyətində olarkən dostuma gedib Fəridin vəziyyətini dəqiqləşdirməsini xahiş elədim. Dostum gedib dəqiqləşdirdi və uşağın vəfat etdiyini dedi. Mən də könüllü şəkildə təslim oldum. Fəridi öldürmək niyyətim olmayıb, hadisə ehtiyatsızlıqdan baş verib”.

İş üzrə zərərçəkmiş Fəridin hüquqi varisi qismində ifadə verəna anası Aynurənin sözlərinə görə, övladları - zərərçəkmiş Fərid və digər oğlunun idmanla məşğul olmasını istəyib, lakin idman müəllimi tanımayıb:

“Bir gün Mehman adlı idman müəlliminin olduğunu bildim. 26 fevral 2023-cü ildə övladlarımı ilk dəfə Mehmanın yanına apardım. Mənim Mehmanla olan münasibətim də uşaqları onun yanına məşq etməyə gətirdikdən sonra başladı. Onunla münasibətlərimi sonlandırmaq istəyirdim. Amma Mehman istəmirdi. Münasibətlərimi sonlandırmaq istəməyimin səbəbi Mehmanın subay, mənim isə 2 uşağımın olması idi.

Bir müddət sonra Mehmanda qısqanclıqlar yaranmağa başladı. Onun İsraildə yarışı olacağı üçün birdən-birə münasibətlərimi sonlandırmaq qərarına gəldim. Həmin yarışdan sonra artıq ona münasibətimin bitdiyini dedim”.

Aynurənin ifadəsinə görə, hadisənin baş verdiyi gün, aprelin 29-da Mehman əsəbi imiş: “Fəridin idman ayaqqabıları evdə qalmışdı. Fəridə idman ayaqqabılarını bacım aparıb verdi. Həmin gün saat 16.30-da Fəridi məşqdən götürmək üçün idman zalına getdim. Mehman məşqin gec yekunlaşacağını bildirdi. Ümumiyyətlə, bundan əvvəl qaçış günü fiziki məşq və ya fəndlərin icrasını həyata keçirmirdi. Lakin həmin gün bunu etmişdi.

Əvvəlki gün Mehmanla aramızda mübahisə yaranmışdı. Uşaqları bir daha onun yanına məşqə göndərməyəcəyimi bildirmişdim”.

Aynurə deyib ki, aprelin 29-da məşq davam edən vaxt Mehman aşağı düşüb, ona uşaqlara yüksək səviyyədə məşq etdirdiyini, evə getdikdə yatacaqlarını bildirib: “Mən məşq zamanı istədiyim vaxt gedib zalda oturaraq izləyə bilirdim. Amma hadisə baş verdiyi gün Mehman zalda oturmağıma icazə vermədi.

Məşq bitdikdən sonra Fəridin vəziyyətinin yaxşı olmadığını gördüm. Uşağı qucağıma aldıqda ayaqlarının düz dayanmadığını müşahidə elədim. Daha sonra yeriməyə başladı. Həmin vaxtadək Mehman məşqdə nə etdiyini mənə demədi. Fəridi xəstəxanaya aparmaq istədim. Mehman buna etiraz edərək, uşağın məşqdə bu hala düşdüyünü , onun üçün problem yaranacağını bildirdi.

Fərid evə çatdıqda başının ağrıdığını dedi. Mehmandan başağrısı üçün dərman almağı xahiş etdim. O, dərman alıb gətirdi və Fəridə verdi. Daha sonra Mehmanın dostu gəldi. Onun avtomobili ilə xəstəxanaya getdik. Yolda olarkən Fəridin əlləri qatlanırdı. Xəstaxanaya çatdıqda Fəridin bədənində izlərin olduğunu gördüm.

Mehman məni xəstəxananın həyətinə çıxararaq, uşağın idman zalında bu hala düşdüyünü deməməyimi tapşırdı. Evdə olarkən Mehman “günahkar mənəm” dediyi üçün məşq zamanı Mehmanın Fəridin üzərində fənd icra etdiyini və bu zaman uşağın xəsarət aldığını düşündüm”.

Ananın sözlərinə görə, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında ona yıxılma nəticəsində bu halın yaranmasının mümkün olmadığını, uşağın döyülərək bu vəziyyətə düşə biləcəyini deyiblər:

“Xəstəxanaya aparanadək Fərid sərbəst danışmırdı. Ümumiyyətlə, sərbəst danışa bilmirdi, hətta danışmağa da gec başlamışdı. Onu Mehman danışdırmışdı. Fəridi xəstəxanaya apardıqdan təqribən 30-40 dəqiqə sonra vəfat etdiyini bildirdilər.

Mehman kimisə öldürəcək biri deyildi, lakin münasibətləri sonlandırmaq istəməyim onu aqressivləşdirmişdi. Əsəbdən Fəridi həyatdan məhrum etdi. Hətta digər oğlum məşq zamanı Mehmanın Fəridin üzərində fənd icra edərkən, həmin fəndləri ona “yenə də anana gəlmirəm deyəcəksən?” deyə sual verərək icra etdiyini bildirdi. Mehmanla barışmamışam, ondan şikayətçiyəm”.

Məhkəmədə Mehman Xəlilovun əsgərlik yoldaşı da ifadə verib. O bildirib ki, Mehmanı tanıyıb, münasibətləri hər zaman yaxşı olub: “Mən özüm də sambo idman növü ilə məşğul olmuşam. Mehmanla həmin ərəfələrdə tanış olmuşam. 2015-2016-cı illərdə hərbi xidməti bir yerdə keçirmişik. Əsgərlikdə Mehmanla münasibətlərim daha da yaxınlaşdı.

Əsgərlikdən qayıtdıqdan sonra da münasibətimiz davam edib. Mən zədələndiyim üçün idmanla məşğul ola bilmədim. Mehman isə idmana davam edərək müxtəlif naliyyətlər qazandı. H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli orta məktəbin idman zalında mən də uşaqlara sambo idman növü üzrə təlim keçmişəm. Sonuncu dəfə təxminən 5 ay bundan əvvəl söhbətləşən zaman mənə hər şeydən bezdiyini, yorulduğunu bildirdi. Mən özüm ibadət əhli olduğumdan Mehmana Allaha sığınmağı təklif etdim. Lakin o, sözlərimə məhəl qoymadı.

Həmin ərəfələrdə Mehmanın danışıq tərzində, hərəkətlərində qəribəlik hiss etməyə başladım. Onun narkotikdən istifadə etməyinə dair şübhələrim yarandı. Buna görə dəfələrlə söhbət edərək ona narkotikdən uzaq durmağı məsləhət görmüşəm. Mehman yarışlarda iştirak etdiyindən, həmin ərəfələrində normal olsa da, yarış olmayan günlərdə özünü qəribə aparırdı”.

Şahid qeyd edib ki, sonuncu dəfə İsraildə keçirilən yarışdan qayıtdığı gün Mehmanı bağına dəvət edərək söhbətləşib: “Söhbət əsanasında Mehmana ibadətə dəvət edərək, narkotik vasitələrdən uzaqlaşmağı məsləhət gördüm. O mənə narkotikdən uzaqlaşacağına söz verdi. Təxminən hadisədən 2-3 gün əvvəl Mehmanın “Whatsapp” statusuna rəy bildirdim. Cavab olaraq səs göndərəndə səsində qəribəlik hiss etdim.

Ondan yenə narkotik vasitə qəbul edib-etmədiyini soruşdum. Mehman mənə “methadon” və “qara” adlanan heroin qəbul etdiyini, hər ikisini qarışdırdığını, buna görə də halının pisləşdiyini söylədi. Mehmana əsəbiləşərək söhbəti sonlandırdım”.

Daha sonra şahid ifadəsində göstərib ki, o öz oğlunu 2-3 dəfə Mehmanın yanına məşqə aparıb: “Özüm də məşqdə iştirak etdiyimdən Fəridi orada görmüşəm. Fərid məşqdə olan zaman dəfələrlə Mehmana məşqə gəlmək istəmədiyini, cüdoçu olmağı arzulamadğını bildirib. Mehman isə onu məşqdə iştiraka məcbur edərək cüdoçu olacağını bildirib.

Mən özüm Mehmanın narkotik qəbul etməsini görməsəm də, dəfələrlə hərəkətlərində qəribəlik hiss etmişəm. Buna görə Mehmandan narkotik vasitə qəbul edib-etməməsini soruşmuşam. Mehman özü isə narkotik vasitələrdən istifadə etdiyini bildirib”.

Məhkəmədə tədqiq olunan səs və SMS yazışmalarından məlum olur ki, Mehmanla Aynurənin arasında sevgi münasibətləri olub. Həmin SMS-lərdə onlar bir-birinə “Yetim” deyə müraciət ediblər.

Mehman Xəlilovun telefonunun yaddaşında 1062 ədəd şəkil aşkar edilib. Onun paylaşımlarında ekstaziyə bənzər həb şəkli paylaşıldığı da müəyyən edilib.

Aynurə ilə Mehman arasında SMS yazışamlarından bir hissəni təqdim edirik:

Aynurə:

- Sevgi falan yazmısan?

Mehman:

- Mətnsiz səs yazısı göndərilmişdi.

Aynurə:

- Yazmamısansa, kim soruşsa, de ki, dostuq. Gözəl münasibətimiz var.

Mehman:

- Hə, yazmışam ki, səni sevirəm.

Mehman:

- Sən mənimçün çox dəyərlisən.

Aynurə:

- Sən canın, status qoyma.

Mehman:

- Qoymuram. Belə də ki, qoyanda nolacaq, kimdən çəkinirik ki?

Aynurə:

- Yat, şərə salma. Hamıdan.

Mehman:

- Mən heç kimdən çəkinmirəm. Belə də, sevgi azaddır.

Aynurə:

- Anan səni də, məni də cıranda deyəcəm.

Mehman:

- Elə bir şey ola bilməz. Ağlına da gətirmə, heç vaxt ola bilməz elə şey.

Mehman:

- Sənə çox bağlanmışam mən. Məni qırma özündən heç vaxt. Sənə hər tərəfli ehtiyacım var. Yanımda ol. Sənə qarşı olan hislərim saf və təmizdi. Mən səndə ilişib qalmışam. Sənsiz özümü təsəvvür edə bilmirəm. Sənə çox bağlıyam mən.

Aynurə:

- Dəlisən?

Mehman:

- Yox.

Aynurə:

- Sənə dedim axı bağlanma, sevmə.

Mehman:

- Mən sənə bağlanmışam. Sən də mənə bağlanmısan. Sadəcə demirsən.

Aynurə:

- Yenə?

Mehman:

- Çıxaq, yat sən də. Səhər tez duracağıq.

Aynurə:

- Yarışa kimi heçnə demirəm sənə.

Növbəti günlərdə Mehmanla Aynurə yenə də yazışıb.

Mehman:

- Neyləyirsən? Nə iş görürsən?

Aynurə:

- Dərsə gedirik. 19 tərəfə.

Mehman:

- Hə, sağ-salamat.

Aynurə:

- Sən neyləyirsən?

Mehman:

- Heç nə. Mən də yoldayam, gəlirəm.

Aynurə:

- Əlin necə oldu?

Mehman:

- Ağrıyır da. 1 gün iynə vurduracam.

Aynur:

- Hə, ok....

Növbəti dəfə onların arasında isə belə bir yazışma olub.

Aynurə:

- Nə olub sənə bu gün? Uzağı yarışa gedib yumruq yeyənə kimi beyin format olur, sonra təzədən başlayır o hiss.

Mehman:

- Səs yazıları göndərilib...

Aynurə:

- İqruşkayam? Məcbur saxlayacaqsan? Mən buna qız bəyənirəm, uje həri-falana getmişəm, bu deyir sevirəm, sevgim artır.

Mehman:

- Getdin salona? Nə etdirəcəksən, ürəyim? Lazer elətdirirsən, yoxsa gözlüyürsən?

Aynurə:

- Hələ gözləyirəm. Adam çox idi.

Mehman:

- Mən də çıxıram evdən, gedirəm məşqə. Ordan çıxanda mənimlə əlaqə saxla.

Aynurə:

- Baş üstə.

Mehmanla Aynurə arasında belə çoxsaylı SMS-lər var.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, prokuror çıxışında Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum ediliməsini istəyib.

Mehman Xəlilov son sözündə azyaşlını bilərəkdən öldürmədiyini deyib: “Mənim o uşağa qarşı nə qərəzim ola bilərdi? Mən onu bilərəkdən öldürməmişəm. Fərid mənim ən sevdiyim tələbəm olub. Onun üçün canımı da verərdim. Kim kameralar altında adam öldürər? Bu hadisə istəmədən başıma gəlib. Bədbəxt hadisədir. Mənim üçün şeytan, o uşaq üçün əcəl gəldi. Məlum video sosial şəbəkələrdə yayıldı deyə belə oldu”.


Oxunub: 1 112
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:03 | Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı: "O pulları öz zəhmətimlə yığmışam"
    Dünən, 23:00 | İşğaldan azad edilmiş ərazilərdə işləyənlər şirkətdən şikayətçidir - VİDEO
    Dünən, 22:58 | Azərbaycanda zavodda güclü partlayış - Video
    Dünən, 22:06 | “Qreçka”nın qiyməti kəskin bahalaşa bilər – Səbəb
    Dünən, 20:03 | Psixiatriya müəssisələrində yoxlamalar: Ciddi nöqsanlar aşkarlanıb
    Dünən, 19:53 | Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
    Dünən, 19:50 | Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
    Dünən, 13:52 | Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
    Dünən, 13:50 | 42 yaşlı rəis qəfil öldü - Foto
    Dünən, 13:43 | “Tələbələrin müraciətini nəzarətə götürmüşəm” - Məleykə Abbaszadə
    Dünən, 13:40 | Azərbaycanda bu dövlət rüsumu 100 manatdan 25 manata endirilir
    Dünən, 13:23 | Deputatdan sənədsiz evlərlə bağlı açıqlama
    Dünən, 13:06 | Bakıda ərini öldürərək həyətdə basdırmaqda təqsirləndirilən qadın barədə qərar verilib
    Dünən, 13:04 | İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı... – Rəsmi
    Dünən, 12:46 | Sabah hava necə olacaq?
    Dünən, 12:45 | 20 tələbə 200 AZN təqaüd alacaq
    Dünən, 10:37 | ATU-nun Stomatologiya fakültəsinin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
    Dünən, 10:32 | Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı
    Dünən, 10:21 | 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov - Video
    Dünən, 09:42 | “SÜLHÜ POZMAQ VƏ MÜHARİBƏNİ YENİDƏN BAŞLATMAQ İSTƏYİRLƏR...” – “Üçüncü Ermənistana qayıtmağa çalışırlar”
    Dünən, 09:31 | BANK KARTLARINDAN PULLARIMIZ BELƏ OĞURLANIR... – Dələduzların yeni ÜSULLARI
    Dünən, 09:10 | Xəstə çağırışçıları ORDUYA KİM YIĞIR? - DİQQƏT: SOS!
    Dünən, 09:05 | İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında
    Dünən, 08:59 | "Milan" və "Beşiktaş"dan qələbə
    Dünən, 08:49 | AzTU-da ağciyər xərçənginin aşkarlanmasında süni intellekt layihəsi təqdim olunub - FOTOLAR
    Dünən, 08:41 | Kəlağayı - Natəvan Dəmirçioğlunun hekayəsi
    Dünən, 08:33 | Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
    Dünən, 08:07 | İcra başçısı rayonda aparılan abadlıq işlərinə yerində baxış keçirib
    Dünən, 00:10 | Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi - Foto
    Dünən, 00:00 | Qazaxda evdə partlayış: Ağır yanıq xəsarətləri alan şəxs Bakıya gətirildi - Foto/Video
    26-11-2026, 19:13 | Qaz olmayacaq
    26-11-2026, 19:12 | Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
    26-11-2026, 19:10 | Babasının 1500 manatını oğurladı, həbs olundu
    26-11-2026, 19:07 | "Agac.az" mobil tətbiqi istifadəyə verildi
    26-11-2026, 17:11 | “Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video
    26-11-2026, 17:10 | Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
    26-11-2026, 16:21 | Azərbaycanda "Temu" bağlanır? - AÇIQLAMA
    26-11-2026, 16:18 | Heyvanlara verilən suyun temperaturu 30 dərəcəyədək isidilməlidir - Yeni tələb
    26-11-2026, 16:17 | Dərsliklərdə səhvlərin səbəbləri açıqlandı
    26-11-2026, 16:14 | Gəncin ifası Müslüm Maqomayevə bənzədildi – Video
    26-11-2026, 14:45 | Bağça müəllimlərinin imtahan vaxtı dəyişdirilib - Yeni tarix
    26-11-2026, 14:36 | Qərbi Azərbaycanda 1011 villaya qaz verilişi dayandırıldı
    26-11-2026, 14:34 | Ramiz Mehdiyev və köməkçisi yenidən hakim qarşısında
    26-11-2026, 14:33 | İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi
    26-11-2026, 14:20 | Namizəd Səfərova hökm oxundu
    26-11-2026, 14:18 | ÇL-də qalmaqal: Hakim oyunu sərxoş idarə etdi... - Video
    26-11-2026, 13:53 | "Qızımı 11 ildir özümdən uzaqlaşdırmışam" - VİDEO
    26-11-2026, 13:50 | “Kontakt” Əlinin sevgisinə səs verdi
    26-11-2026, 13:43 | 100 min veterana məktub göndərildi: Müharibəyə hazırlaşın!
    26-11-2026, 13:11 | 5 nömrəli xəstəxana nə vaxt istifadəyə veriləcək? - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.