Putin fərman imzaladı: 150 min nəfər orduya çağırılır
Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının yazda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb. Mediaxeberleri.Az xəbər verir ki, fərman rəsmi hüquqi informasiyalar portalında dərc olunub. Yanvarın 1-də qüvvəyə minən yeni qaydalara görə, 18 yaşdan 30 yaşa qədər olan vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olmuş, 28 və ya 29 yaşı tamam olan və ehtiyatda olanlar istisna olmaqla) hərbi xidmətə çağırılacaqlar. “2024-cü il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 30 yaşadək Rusiya Federasiyası vətəndaşlarının 150.000 nəfərdən ibarət hərbi xidmətə çağırışı həyata keçirilsi”, - fərmanda qeyd olunub. Fərmanda həmçinin, müddətli həqiqi hərbi xidmətə çağırış müddəti başa çatmış əsgər, matros, çavuş və komandirlərin hərbi xidmətdən tərxis edilməsi qeyd olunub.