Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
  • 13-cü dəfə Avropa çempionu oldu - Foto
  • Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
  • Bu şəxslərin maaşının artırılması təklif olunur
  • Rus ordusu daha iki kəndi işğal etdi
  • Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
  • Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
  • Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
  • Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
  • Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
  • Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
  • Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
  • Bakıda baş redaktor həbs edildi - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində törədilən və haqqında danışılmayan Baş Güneypəyə faciəsi

  • Tarix: 31-03-2024, 00:40

Ötən əsrdə tariximizdə elə bir dövr yoxdur ki, Azərbaycan xalqı bu torpaqlara sonradan çar Rusiyasının siyasəti nəticəsində köçürülmüş xalq olan ermənilərin kütləvi cinayətlərindən, genosid kampaniyasından əziyyət çəkməsin.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü (1918) ərəfəsində daha bir faciə - Baş Güneypəyə faciəsi törədilib.


Belə ki, 14 mart 1992-ci il tarixində erməni daşnak terror qrupu Ağdərənin Baş Güneypəyə kəndinə basqın edib. Bir neçə kənd sakini amansızcasına qətlə yetirilib.

Sözügedən faciənin şahidi Camal Məmmədov “Report”a açıqlamasında bildirib ki, Baş Güneypəyə kəndinin sakinləri heç bir günahları olmadığı halda bu cür təzyiqlərə məruz qoyulublar.

Onun sözlərinə görə, 80-ci illərin sonundan ermənilərlə azərbaycanlılar arasında bir sıra problemlər daha geniş vüsət almağa başlayıb və ədavət daha da qızışıb:

“İş o yerə gəldi ki, Ağdərə rayonunun Baş Güneypəyə kəndində özünümüdafiə dəstələri yaratmaq məcburiyyətində qaldıq. Çünki ermənilər artıq odlu silahdan istifadə etməkdən də çəkinmir, azərbaycanlıların yolunu kəsərək qətlə yetirirdilər. Beləliklə, 1988-ci illərdən başlayan hadisələr 1992-ci ilə qədər gəlib çatdı. Həmin ilin mart ayında Baş Güneypəyə kəndinə hücumlar daha da intensivləşdi. Özü də kəndə hücum edən ermənilərin çoxu vaxtilə yaxşı münasibətlərimiz olan, ailəliklə tanıdığımız adamlar idi”.

Faciə şahidi bildirib ki, həmin vaxt üç oğlu ilə birgə özünümüdafiə dəstələrində döyüşməyə başlayıb:

“Silah-sursatımız çox az idi. Ermənilərin arasında bizə qarşı döyüşən ruslar da vardı. Hətta qadın snayperlər də kəndi daim atəş altında saxlayırdılar. Kəndi ala bilmədikləri üçün martın 12-dən sonra bura helikopter vasitəsilə əlavə qüvvələr cəlb etməyə başladılar. Döyüşdə 6 güllə yarası aldım. Məni Ağdamın Sarıcalı hospitalına, oradan isə Bakıya, hərbi hospitala gətirdilər”.

C.Məmmədov vurğulayıb ki, Baş Güneypəyə kəndi özündən aşağıda yerləşən 4 kənd işğal edildikdən sonra mühasirədə qalıb:

“Kənd əhalisi məcbur qalaraq gecə ilə gizli yollarla kənddən çıxdı. Hadisələr nəticəsində ölən 18 nəfərin nəşini isə kənddən çıxarmaq mümkün olmayıb”.

Milli Məclisin deputatı Naqif Həmzəyev də açıqlamasında ötən əsrdə azərbaycanlıların başına gətirilən faciələrdən danışıb.

Onun sözlərinə görə, xüsusilə də XX əsrin ilk illərindən etibarən ermənilər daha da azğınlaşaraq, Azərbaycan xalqını kütləvi məhvetmə, yer üzündən silmə siyasətini mənimsəməyə başladılar.

“1905-ci ildən başlamış hadisələr 1918-ci ildə mart soyqırımına doğru özünün kulminasiya nöqtəsinə çatarkən, ermənilərin törətdiyi qətliamlar xalqımızın dövlətçilik ənənələrini yenidən dirçəltmə ehtiyacını ön plana çıxardı. Çünki çar Rusiyasının erməni qətliamlarına göz yumması, hətta dəstəkləməsi, erməni quldur dəstələrinin o dövrün müasir silah-sursatları ilə təchiz olunaraq əliyalın azərbaycanlıların üzərinə hücumların təşkil edilməsi köçürülmə xalq olan ermənilərin əsl simasını göstərirdi. Ermənilər həmin dövrdə müsəlman kəndlərinə hücumlar həyata keçirərək kütləvi qırğınlar törədib, kəndləri yandırırdılarsa, 1919-cu ildən etibarən bu mənfur siyasət əsassız torpaq iddiaları ilə daha da alovlanaraq 1992-ci ildə Xocalı soyqırımı ilə pik həddinə gəlib çıxdı. Yəni keçmiş Qarabağ konfliktinin, Xocalı, Meşəli kimi soyqırımı aktlarının baş verməsində hələ əsrin əvvəllərindən etibarən əsası qoyulnmuş siyasi maraqlar və bu qətliamlara göz yuman tərəflər də müəyyən mənada rol oynayıb”, - deyə deputat qeyd edib.

O əlavə edib ki, beynəlxalq hüquqdan da məlum olduğu kimi, cəzasızlıq növbəti cinayətlər üçün zəmin yaradır:

“Bu amili dövlətlərin və bütövlükdə bir xalqın və ya etnik qrupun törətdiyi əmələ şamil etdikdə isə cəzasızlıq amilinin beynəlxalq sülh və təhlükəsizlik üçün açıq təhdid olduğunu söyləmək mümkündür. Maraqlıdır ki, ermənilərin xüsusilə də 1918-ci ildə onminlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirməsini təsdiqləyən kifayət qədər fakt olsa da, bir çox dövlət hələ də söz oyunundan irəli getməyən qondarma “erməni soyqırımı” utopiyasını siyasi ideal hesab edərək dövlətlərarası təzyiq mexanizminə çevirməyə çalışır. Hətta Türkiyənin Avropa İttifaqı üzvlüyü müzakirələrində belə bu utopik xəyal ciddi-ciddi gündəmə gətirilir, sədd siyasətinə çevrilir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ konfliktinin tamamilə başa çatması və hər qarış torpağımızın işğaldan azad edilməsindən sonra artıq bir neçə kütləvi məzarlıq aşkar edilib:

“Əlavə olaraq, soyqırımı aktlarında iştirak etmiş erməni terrorçularının özlərinin ifadələri əsasında bir neçə işin üstü açılıb, etiraflar və faktlar toplanıb. Lakin biz hələ də beynəlxalq ictimaiyyətdən, özünü sülhün, demokratiyanın qoruyucusu adlandıran dövlətlərdən, xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərdən verilməli olan reaksiyanı və atılmalı olan addımı görmürük. Xüsusilə də Fransa, ABŞ kimi erməni lobbisinin güclü olduğu dövlətlər siyasi maraqlar naminə sülh və təhlükəsizlik üçün birbaşa təhdid yaradan erməni tələsini dəstəkləyirlər”.

Milli Məclisin üzvü əlavə edib ki, bir sıra Avropa institutlarının mənasını dərk etmədən istifadə etdikləri “etnik təmizləmə” ifadəsi ermənilərin Azərbaycan torpaqlarına köçürüldüyü dövrdən etibarən öz torpaqlarında azərbaycanlılara qarşı həyata keçirilir:

“Ermənilər Soyqırımı konvensiyasında nəzərdə tutulmuş bütün maddələri xüsusi amansızlıq və qəddarlıqla Azərbaycan xalqına qarşı həyata keçirərək bu qətliamları törətmiş şəxsləri, terrorçuları, insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri dünyaya qəhrəman olaraq təqdim etməyə çalışırlar. Onların arasında Xankəndi şəhərinə bir vaxtlar adını verdikləri Stepan Şaumyandan tutmuş, Ermənistan Respublikasının sabiq nazirləri, hətta prezidentlərinə qədər var. Xatırlatmaq lazımdır ki, 1990-cı illərdə Qarabağda qətliamlarda əli olan cəlladlardan biri müharibədən bir neçə il öncə Fransada terror aktı törətmiş terrorçu idi. Həmin hadisədə həlak olanlar arasında Fransa, ABŞ və bir sıra Avropa dövlətlərinin vətəndaşları da var idi. Bu terror aktından sonra həmin terrorçunun birdən-birə Qarabağda peyda olaraq azərbaycanlılara qarşı ədalətsiz və işğalçı müharibədə yer alması, əslində, cəzasızlıq amilinin növbəti təzahürünü və bu təzahürdə “sülhsevər” dövlətlərin barmaq izlərini göstərir”.

N.Həmzəyev vurğulayıb ki, 31 mart, 26 fevral, eləcə də qan yaddaşımız olan 20 Yanvar xalqımızın keçdiyi ağrılı dövrlərin xatırladıcısıdır:

“Heç bir zaman unutmamalıyıq ki, bu kimi faciələr bir daha yaşanmasın. 2020-ci ildə Vətən müharibəsində xalqımız bütün dünyanı heyrətə gətirən birlik-bərabərlik nümayiş etdirdi. Həmin dövrdən etibarən isə heç bir siyasi qüvvə Lider-Xalq-Ordu birliyinə təsir edə, “dəmir yumruğ”un gücünü azalda bilmir. Çünki bu güc min illərə dayanan dövlətçilik ənənələrimizdən, tariximizdən, əcdadlarımızdan gəlir və heç bir vaxt tükənməyəcək”.


Oxunub: 969
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    12-11-2026, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    12-11-2026, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    12-11-2026, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    12-11-2026, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    12-11-2026, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    12-11-2026, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    12-11-2026, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    12-11-2026, 19:53 | Tramp Meksikanı hədələdi
    12-11-2026, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    12-11-2026, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    12-11-2026, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    12-11-2026, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    12-11-2026, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    12-11-2026, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    12-11-2026, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    12-11-2026, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    12-11-2026, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    12-11-2026, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    12-11-2026, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    12-11-2026, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    12-11-2026, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.