Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
Bayram günlərində Respublika yollarında baş vermiş qəzalarla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Həmin məlumatda deyilir: “Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər həyatını itirib. Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz azalıb. Qeyri-iş günlərində BDYPİ-nin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və demək olar ki, bütün stasionar postlarda gündəlik nəzarət tədbirləri həyata keçirilib. Baş DYP İdarəsi tərəfindən yollarda baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək”.