Yığmamızın futbolçusu məşqdə zədələndi
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli zədələnib. Mediaxeberleri.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi yığmanın ötən gün baş tutan məşqində sıradan çıxıb. O, bu səbəbdən bu gün “FİFA series – Edition 2024” layihəsində Bolqarıstanla matçı buraxacaq. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı oyun saat 20:00-da başlanacaq.
Oxunub: 1 689
Xəbəri paylaş
Paylaş: