Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Millimiz Lixtenşteynə qalib gəldi
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda Novruz bayramı münasibətilə “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon tədbiri keçirilib

  • Tarix: 19-03-2024, 12:10

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə - Torpaq çərşənbəsidir. 

Min illərdir ki, xalqımız yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış 

adət-ənənələri qoruyub yaşadır. XXI əsrdə yaşasaq da, milli adət-ənənələrimizi 

bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq. 

Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 

27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsindəki 

qələbədən sonra Azərbaycan xalqı Novruzu artıq 4 ildir ki, Qələbə sevinci ilə qeyd edir. 

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri 

tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri 

zamanı qazandığımız şanlı Zəfərdən sonra builki Novruz bayramı daha fərqlidir. 

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 15 oktyabr 2023-cü il tarixdə 

doğma Xankəndi şəhərinin mərkəzi meydanında, Xocalıda Azərbaycan Bayrağını 

qaldıran qalib xalqın nümayəndəsi olaraq Novruz bayramını qürur hissi ilə qeyd edirik. 

Bu günü xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda 

canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar və 

borclu olaraq əziz bayramımız olan Novruzu bayram əhval-ruhiyyəsi ilə qarşılayırıq. 

Ta qədimdən xalqımızın ən sevimli bayramlarından olan ulu Novruzun gəlişi 

respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da xoş əhval-ruhiyyə, 

könül xoşluğu yaradıb.


Martın 19-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət 

İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz 

bayramına həsr olunmuş “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon 

tədbiri keçirilib.

Bu əlamətdar bayram münasibətilə keçirilən ümumrayon tədbiri ilə əlaqədar 

şəhərin mərkəzində, o cümlədən tədbirin bilavasitə keçirildiyi yerdə, rayon 

Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda, ətraf bağ və parklarda səliqə-səhman 

yaradılıb, hər tərəf al-əlvan bayraqcıqlar, səmənilər və gül-çiçəklərlə bəzədilib. 

Mədəniyyət Mərkəzinin qarşısındakı geniş meydanda Novruz bayramına 

həsr edilmiş banerlər yerləşdirilib. Bayram tonqalı çatılıb, alaçıqlar quraşdırılıb, 

yaraşıqlı xalça salınıb, xalçanın üzərinə rayonumuzun adət-ənənələrini əks etdirən 

qədim əşyalar qoyulub. Novruzun simvolu olan şəkərbura, paxlava və səmənili 

xonçalar göz oxşayıb.

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 

icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev, 

icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon 

Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, 

müəssisə və təşkilatların rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti yanında 

Yerli Məşvərət Şurasının üzvləri, gənc könüllülər, təhsil, səhiyyə, mədəniyyət 

müəssisələrinin işçiləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyəti, 

KİV nümayəndələri iştirak ediblər.


Kosa, Keçəl və Bahar qızı tərəfindən rayon rəhbərliyinin və qonaqların qarşılanması 

ilə bayram tədbirinə start verilib. İlk olaraq Kosa, Keçəl, Bahar qızı, zurnaçılar 

rayon rəhbərliyini qarşılayıb, təbriklərini çatdırıb və yumurta döyüşdürüblər. 

Obada  davul  çalınıb, “Cəngi” havası altında rayon rəhbərliyi və qonaqlar 

obaya daxil olublar. Qonaqları obada Qazan xan qarşılayıb, öz bayram təbriklərini 

çatdırıb və obada olan alaçıqlarla tanış edib. 

Bayram tədbirində Dədə Qorqud iştirakçıları Novruz bayramı münasibətilə təbrik 

edib, səmimi ürək sözlərini çatdırıb. Bayram tonqalı alovlandırılıb, milli geyimli 

gənclər ocağın ətrafında “Yallı” gediblər.

Sonra rayon rəhbərliyi Mədəniyyət Mərkəzinin foyesində Qazax Dövlət Rəsm 

Qalereyasının və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək 

üzvlərinin əl işləri, rəsmləri ilə tanış olublar.


Daha sonra tədbir Mədəniyyət Mərkəzinin böyük zalında konsert proqramı ilə 

davam etdirilib.


Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və 

Zəmanə Dərviş çıxış edərək rayon rəhbərliyini, şəhid ailələrini, qaziləri salamlayıb, 

səmimi ürək sözlərini bölüşüblər. Tədbirdə ölkə Prezidentinin müvafiq 

Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsindən, 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd olunmasından 

söz açılıb. Bildirilib ki, məhz bu dahi şəxsiyyət illər öncə Vətənini, Azərbaycanı və 

xalqını sevərəkdən Novruz bayramını milli bayram elan etmişdir. 

Dahi şəxsiyyət demişdi: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu 

əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının 

milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır”. 

Qeyd olunub ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESKO tərəfindən 

qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Milli mədəniyyətimizin 

inkişaf və tanıdılması istiqamətində neçə-neçə dəyərli layihələri həyata keçirən, 

saz sənəti, muğam, xalçaçılıq və Novruz bayramı İSESKO-nun xoş məramlı 

səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü,  təşkilatçılığı və gərgin zəhməti 

sayəsində mümkün olmuşdur. Vurğulanıb ki, Respublika Prezidenti İlham Əliyevin 

müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” 

elan edilib. Buna uyğun olaraq  respublikamızın bütün bölgələrində ətraf mühitin 

sağlamlaşdırılması və yaşıllaşdırılması məqsədilə Heydər Əliyev Fondunun 

vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ağacəkmə aksiyaları 

təşkil edilir ki, bu ağacəkmə aksiyaları bizim rayonumuzda da yüksək 

səviyyədə keçirilir və keçirilməkdədir. “Böyük qayıdışa dair I Dövlət Proqramı” 

çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızda hazırda tikinti-quruculuq, 

abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının 

səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev çıxış edərək icra başçısı 

Rəcəb Babaşovun adından Prezident İlham Əliyev, Birinci vitse-prezident 

Mehriban xanım Əliyeva başda olmaqla, xalqımızı, tədbir iştirakçılarını, 

xüsusilə də şəhid ailələrini, qazilərimizi əlamətdar Novruz bayramı münasibətilə 

təbrik edib, iştirakçılara cansağlığı, evlərinə, ailələrinə bol ruzi-bərəkət arzulayıb. 

M.Alıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 

27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsində, 

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı 

Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli 

antiterror tədbirlərində qazandığımız tarixi Qələbədən söz açaraq şəhidlərimizə 

Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. M.Alıyev bildirib ki, 

builki Novruz bayramı daha fərqlidir. Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə 

yazılan 15 oktyabr 2023-cü il tarixdə doğma Xankəndi şəhərinin mərkəzi 

meydanında, Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. 2024-cü ilin 18 martında 

Müzəffər Ali Baş Koamndan İlham Əliyev doğma Xankəndidə Novruz tonqalını 

alovlandırdı. Bu, bütün Azərbaycan xalqına qürur, sevinc dolu anlar yaşatdı. 

M.Alıyev bugünkü bayramı belə könül xoşluğu ilə qeyd etdiyimizə görə bir 

daha Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu 

söyləyib. M.Alıyev bildirib ki, illər öncə hər zaman arzu edirdik ki, gün gəlsin 

Novruz bayramını işğal altında olan torpaqlarımızda qeyd edək. Bəli, bu gün həmin 

arzumuz gerçək olub. Artıq 4 ildir ki, xalqımız Novruz bayramını qalib ölkənin vətəndaşı 

olaraq qeyd edir. Respublikamızın bütün bölgələrində olduğu kimi, azad olunmuş 

torpaqlarımızda, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda bayram şənlikləri keçirilir, bayram 

tonqalları alovlandırılır. 

Tədbirdə Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bir-birindən 

rəngarəng çıxışlara yer verilib. Vahid Hocanın hazırladığı “Göyəzən” instrumental ansamblının ifasında 

səslənən “Novruz” kompozisiyası alqışlarla qarşılanıb.

İstedadlı gənc Məhəmməd Budaqovun ifasında səslənən “Bayram axşamlarında”, 

müğənnilər Nicat Zeynallının ifasında səslənən “Türk övladıyıq”, Gültəkin 

Hüseynovanın ifasında səslənən “Şur” təsnifi, “Yurd” vokal qrupunun təqdim 

etdiyi mahnı, Vüsal Osmanlının ifasında səslənən “Gəl, inad etmə”, Gülnar Mədətovanın 

ifasında səslənən “Bənövşə”, Ramal Vilayətoğlunun ifasında səslənən “Azərbaycan”, 

Vüqar Mehdiyevin ifasında səslənən “Səməni”, Zəmanə Dərvişin ifasında səslənən 

“Popuri”, Aşıq Samir Cəlaloğlunun və Aşıq Yaşar Gülümcanovun ifa etdikləri 

saz havaları bayrama toplaşanlara xoş anlar bəxş edib. 

“Buta” rəqs qrupunun təqdim etdiyi rəqs nömrəsi, Vətən müharibəsi şəhidi Babək 

Həsənovun qardaşının övladları Gülarə Həsənli və Şahyəddin Həsənlinin şeir 

töhfələri tədbirə xoş ovqat qatıb. 


Oxunub: 2 779
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    12-11-2026, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    12-11-2026, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    12-11-2026, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    12-11-2026, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    12-11-2026, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    12-11-2026, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    12-11-2026, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    12-11-2026, 19:53 | Tramp Meksikanı hədələdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.