Bıçağı gözünə batırıb küçədə lüt gəzən şəxs hamını qorxutdu - VİDEO
Rusiyanın Nijnevartovsk şəhərində çılpaq kişi bıçağı gözünə batıraraq küçədə gəzməyə başlayıb. Mediaxeberleri.Az xəbər verir ki, Nijnevartovsk Rayon Klinik Xəstəxanasının məlumatına görə, hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Gözündə bıçaq çörəkxanaya daxil olan kişi daha sonra yerə uzanıb. Hadisə şahidləri qorxudan küçəyə qaçaraq təcili yardım çağırıblar. “O qədər qan var idi ki, onun öldüyünü düşündüm, amma sonra ayağa qalxdı və yenidən yeriməyə başladı. Onu təcili yardıma mindirəndə qışqırırdı: “Camaat, məni xilas edin, kömək edin”. Dəhşətli mənzərə idi! – yerli sakinlərdən biri sosial şəbəkələrdə yazıb. Hazırda Nijnevartovsk sakini ağır vəziyyətdə reanimasiya şöbəsindədir. Həkimlər ona lazım olan bütün yardımları göstərirlər. Tibb müəssisəsi qeyd edib ki, xəstə sənədsiz qəbul edilib - onun şəxsiyyəti müəyyənləşdirilir. Rusiya Daxili İşlər Nazirliyinin Xantı-Mansi Muxtar Dairəsi üzrə mətbuat xidməti bildirib ki, həmin şəxs özünə bıçaqla xəsarət yetirib. Məlumata görə o, bunu narkotikin təsiri altında olarkən edib. Hadisə ilə bağlı araşdırma aparılır.