Bakıda kişi ürəyindən bıçaqlanaraq qətlə yetirildi
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsində bir nəfər ölüb. Mediaxeberleri.Az xəbər verir ki, rayonun Bakıxanov qəsəbəsində dava zamanı Səbuhi Əhmədov bıçaqlanaraq qətlə yetirilib. Qeyd edək ki, 25 yaşlı kişiyə ürək və kürək nahiyəsindən bıçaq zərbəsi vurulub. Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır.
Oxunub: 807
Xəbəri paylaş
Paylaş: