Akif Qurbanovun atası saxlanılıb? – Rəsmi
Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib. O qeyd edib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub. Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o, sərbəst buraxılıb.
Oxunub: 445
Xəbəri paylaş
Paylaş: