Sabir Rüstəmxanlı ilə Ziya Məmmədovun qohumluğu bitir
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının oğlu boşanır. Mediaxeberleri.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Cəmil Rüstəmxanlı həyat yoldaşı Günel Rüstəmxanlı ilə nikahlarının pozulması üçün iddia qaldırıb. İşə Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadə baxır. Baxış iclası fevralın 26-na təyin edilib. Qeyd edək ki, Günel Rüstəmxanlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızıdır. Onlar 12 il əvvəl ailə həyatı qurmuşdular. Sözügedən toy həmin vaxt gündəm olmuşdu. Rüstəmxanlılarla Məmmədovların quda olması barədə məlumat mediada və sosial şəbəkələrdə sürətlə yayılmışdı. Xatırladaq ki, bir neçə gün əvvəl S. Rüstəmxanlının qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni əri Elçin Cəfərovdan boşanıb.