Türkiyə lideri: “Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına səsini çıxarmadı”
“Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib. O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, bu qurum artıq işlək deyil”. “Beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar. Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər”, - deyə Ərdoğan qeyd edib. Mənbə: milliyet.com
Oxunub: 2 946
Xəbəri paylaş
Paylaş: