Rusiya diplomatı sirləri hansı ölkəyə ötürüb? – Kondratski 18 il cəza aldı...
Moskva Şəhər Məhkəməsi Rusiyanın Fransadakı səfirliyinin keçmiş müşaviri İqor Kondratskini dövlətə xəyanətdə ittiham edərək 18 il müddətinə azadlıqdan məhrum edib. Bundan başqa o, polkovnik hərbi rütbəsindən də məhrum olunub. Hökmə əsasən, rusiyalı diplomat dövlət sirri təşkil edən məlumatları xarici dövlətin nümayəndəsinə ötürüb. Kondratskinin məlumatı hansı ölkəyə ötürdüyü açıqlanmır. “Moskva Tayms” yazıb ki, Kondratski Kiyevdəndir. “Moskva Tayms”-ın məlumatına görə, o, 1992-2010-cu illərdə Rusiya Xarici İşlər Nazirliyinin müşaviri vəzifəsində çalışıb, həmçinin Karnegi Fondundan gəlir əldə edib. “Mediazona” saytı isə yazıb ki, Kondratskinüvə silahları ilə bağlı hərbi sirləri öyrənməyə cəhd edib.
Oxunub: 693
Xəbəri paylaş
Paylaş: