Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin DƏHŞƏTLİ CİNAYƏTİ (FOTOLAR )

  • Tarix: 20-02-2024, 16:12

2019-cu il iyulun 7-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsindəki evlərdən birində Araz Sofiyevin qətlə yetirilməsi, xanımı Rənanın isə yaralanması barədə polisə məlumat daxil olur. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək əraziyə baxış keçiriblər. 

Hadisə zamanı xəsarət alan Rəna Sofiyeva ilkin izahatında göstərib ki, maskada olan 2 nəfər evlərinə basqın edib. Onlar həyat yoldaşını qətlə yetiriblər, özünə isə xəsarət yetirərək, evdən 4850 dollar və mobil telefonları ələ keçiriblər. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə uzun müddət araşdırma aparılsa da, heç kimi məsuliyyətə cəlb etmək mümkün olmayıb. Mərhumun atası hadisədə gəlinindən şübhələnib. Həmçinin, R. Sofiyeva da prokurorluğa izahatında yalan ifadə verib. Hadisədən 7 ay sonra o, şübhəli qismində saxlanılıb.

Mediaxeberleri.Az xəbər verir ki, lent.az dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, Araz Sofiyev 2019-cu ilin mart ayında 2003-cü ildən rəsmi nikahda olduğu Rəna Sofiyevanın ailəvi tanışları Mehman Xəlilovla intim münasibətdə olduğunu bilib. Yoldaşının bu barədə valideynlərinə məlumat verib boşanacağını bəyan etməsindən sonra, qadın anası və qardaşlarının yanında rüsvay olmasının qarşısını almaq üçün onu qətlə yetirmək qərarına gəlib.

Bu məqsədlə Rəna 2019-cu il iyulun 7-də saat 23 radələrində Araz evə qayıtdıqdan sonra ona psixotrop maddə verərək halsız vəziyyətə salıb. Əri qonaq otağındakı divanda uzanıb yatandan sonra gecə saat 2:45-də mənzilin giriş qapısını açıb, kənar şəxsi ya şəxsləri içəri buraxıb. Onlarla birlikdə ərinə qarşı müstəsna dərəcədə qəddarlıqla kəsici və küt alətlərlə çoxsaylı zərbələr vurmaqla onu xüsusi amansızlıqla qəsdən öldürüb. İş üzrə dindirilmiş Rəna Sofiyeva bildirib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Kənd Təsərrüfatı texnikaları satan “4S” MMC-də aylıq 1350 manat əmək haqqı almaqla marketinq-menecer vəzifəsində işləyib. 2003-cü ildə Araz Sofiyev ilə ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib: “Ailə qurduqdan sonra Yeni Günəşli qəsəbəsinin “Q” yaşayış massivində yaşayırdıq. Araz müxtəlif şirkətlərdə ekspeditor, axırıncı dəfə dondurma zavodunda satış meneceri işləyib, 2017-ci ildən heç yerdə işləməyib. Araz işləmədiyi müddətdə bir neçə dəfə banklardan kreditə pul götürmüşəm. “Hyundai” markalı avtomobilimi 2018-ci ildə 10.000 manata qardaşım Salman Bayramova satdım, pulu dollara dəyişdim. Əvvəl başqa maşın almaq istəyirdim, lakin sonradan fikrimi dəyişib pulu oğlumun təhsili üçün saxladım.

İstintaq fotosu

Hadisədən 3 həftə əvvəl Araz məndən çoxdan aldığı qızıl qolbağımı işlədib-işlətmədiyimi soruşdu. İstifadə etmədiyimi söylədikdə Araz qolbağı satmaq istədiyini dedi. Bunun səbəbini soruşduqda o, kimlərəsə borcu olduğunu bildirdi. Dəyəri təxminən 1500 manat olan qolbağı ərimə verdim. Araz da onu satıb, borcunu qaytardı. 2 ay olardı ki, əlavə iş kimi restoranlar üçün dekor gülləri yetişdirib satmağa başlamışdım. Bununla əlaqədar Heydər Əliyev prospekti 115-də yerləşən biznes mərkəzində icarəyə ofis götürmüşdüm. 2019-cu il iyulun 6-sı saat 18 radələrində Araz mənə zəng edərək, ofisin qarşısında olduğunu dedi. Aşağı düşdükdə Arazı, qayınatam Knyazı və qaynım Ayazın maşınla gəldiklərini gördüm. Onlarla birlikdə evimizə getdik. Bir qədər evdə oturub, söhbət edəndən sonra qonaqlar çıxıb getdilər. Saat 21 radələrində kimsə Araza zəng edib, onu futbol oynamağa çağırdı. Buna görə yoldaşım evdən çıxdı və 3 saatdan sonra qayıtdı. Həmin vaxt evdə mən, anam və oğlum olub. Futboldan gələn Araz hamam otağına keçdi. Gecə saat 1 radələrində ərim havaların isti keçməsinə görə kondisioner olan qonaq otağında divanda yatdı. Saat 3 radələrində yuxudan oyandım. Qonaq otağına keçəndə Arazın yavaş səslə tanımadığım 2 nəfərlə nə isə danışdığını eşitdim. Arazın qarşısında oturan şəxs mənə “səs çıxartma, gəl yoldaşının yanında otur” dedi. Ərim də həmin şəxslərə deyib ki, “mənə nə edirsiniz edin, ailəmə toxunmayın”. Arazın solunda əyləşdim. Ərimin tapşırığı ilə 4850 dolları götürüb qonaq otağına qayıtdım. Pulu verən kimi Arazın qarşısında oturan şəxs mənə evdə olan telefonları gətirməyimi tələb etdi. Özümün, anamın və oğlumun telefonlarını gətirib onlara verdim. Telefonları götürən şəxs, pulun qalan hissəsini nə vaxt verəcəyini soruşanda, Araz əsəbiləşərək uca səslə “bundan artıq pulu olmadığını” dedi. Həmin şəxs “sakit olmasını, əks halda ikimizi də öldürəcəyini” bildirəndə, ərim onu söydü. Qapının

yanında dayanan və qarşımızda oturan şəxslər hücum edib, yoldaşıma zərbələr vurmağa başladılar. Mane olmaq istədikdə, sol qolumdan yaralandım. Qışqıran kimi onlardan biri üzümə yumruq vurdu. Zərbənin təsirindən huşumu itirdim. Özümə gələndə anamın qışqırdığını, Arazın isə divanda qan içində, oturaq vəziyyətdə olduğunu gördüm. Təcili tibbi yardıma zəng etdik, tibbi briqada məni 3 saylı şəhər Klinik Xəstəxanasına aparıb, orada qoluma sarğı qoydular”.

Rəna Sofiyeva əlavə edib ki, Araz son vaxtlar sakitləşdirici dərman qəbul edirdi. Onun kimlərə nə qədər pul borcu olduğunu bilməyib. Hadisə baş verən gecə saat 1 radələrində yatıb, qapının döyülməsini eşitməyib. Hazırkı iş yerindən əvvəl 2007-ci ildən Mehman Xəlilovun rəhbərliyi ilə proqram təminatı, dizayn işləri ilə məşğul olan şirkətdə çalışıb. Xəlilovla 2014-2016-cı illərdə qeyri-rəsmi ər arvad münasibətində olub, 2019-cu ilin mart ayında bu barədə yoldaşına danışıb. Ərini öldürən şəxslərin üzündə qara rəngli maskalar olub, onlar rus dillində danışıblar.

Zərərçəkmiş şəxsin hüquqi varisi Qinyaz Sofiyev ifadəsində göstərib ki, iyulun 6-da oğlu Arazgildə bir qədər oturduqdan sonra saat 19 radələrində ordan çıxıblar:

“Oğlum aşağı düşüb bizi yola saldı. Onların evində olanda ailələrində hər hansı problemin olduğunu müşahidə etmədim. Ayın 7-si gecə saat 3:50-də Rənanın qardaşı Əli mənə zəng edərək Arazın kiminləsə dalaşdığını dedi. Oğlumun və gəlinimin telefonlarına zəng çatmadı. Arvadım və oğlu Ayazla birlikdə dərhal Yeni Günəşli qəsəbəsinə yollandıq. Evə girəndə dəhlizdə və otaqda qan ləkələrini gördük. Arazın meyiti qonaq otağında, divanın üzərində yarı uzanıqlı vəziyyətdə qana bulaşmış vəziyyətdə idi. Bir qədər sonra Rəna sol qolu sarıqlı vəziyyətdə xəstəxanadan gəldi. Gəlinim qısa olaraq iki nəfərin evlərinə girib Arazı bıçaqla vurduğunu və ona da xəsarət yetirdiyini dedi. Oğlum ailəcanlı, mülayim, haqsızlıqla barışmayan, heç kimlə ədavəti olmayan biri idi. Arazın heç kimə pul borcu olmayıb, olsaydı bu barədə mənim, qardaşlarının və anasının mütləq xəbəri olardı. Axırıncı dəfə onu həyətdən yola salanda da, Araz pula ehtiyacının olmadığını dedi. Araz yaxın günlərdə Gürcüstana maşın almağa getməyi planlaşdırırdı. Oğlumla gəlinimin münasibəti yaxşı olub. Hadisədən sonra oğlum Azərin sözlərindən bildim ki, bir neçə gün əvvəl Araz ona Rənadan boşanmaq istədiyini, yaxın vaxtlarda ailə üzvlərini yığıb, bu barədə bizə məlumat verəcəyini deyibmiş”.

Cinayət işi üzrə ittiham aktı

Şahid Sevil Bayramova ifadəsində bildirib ki, gecə saat 3 radələrində dəhlizdə qan izləri, qonaq otağında Arazın divanın üzərində yarı uzanıqlı vəziyyətdə, Rənanın isə onun sol tərəfində huşsuz vəziyyətdə görüb: “Hər ikisinin öldüyünü zənn edərək qışqırdım. Bloka çıxıb qonşuları köməyə çağırdım. Mənzilə qayıdanda gördüm ki, nəvəm otağın qapısına söykənib, qızım isə artıq yerdə uzanıb və qolundan təzyiqlə qan axır. Kömək üçün yenidən bloka çıxdım və qonşunun qapısını döydüm. Qapını açan qadından ərini çağırmasını xahiş etdim. Qonşumuz Samir İlyasov evimizə keçdi, vəziyyəti görəndən sonra “102” və “103”ə zəng etdi. 20 dəqiqədən sonra həkimlər Rənanın qolunu sarıyıb xəstəxanaya apardılar”.

Şahid Sərdar Sofiyev bildirib ki, iyulun 7-si səhər saat 4 radələrində nənəsinin qışqırıq səsinə oyanıb. Atasını divanda hərəkətsiz və qanlı, anasını isə atasının üstündə yarı uzanıqlı vəziyyətdə görüb: “Anam nənəmin qışqırıq səsinə sanki oyanıb qışqırmağa başladı. Qulaqcıqlar dəhlizdə, yerdə idi. Sonra öyrəndim ki, atamı öldürənlər evdəki mobil telefonları götürüb aparıblar”.  Şahid qeyd edib ki, atası tam sağlam olub, hər gün idmanla məşğul olub və dərman qəbul etməyib. Ölümündən əvvəlki günlərdə onda halsızlıq əlaməti hiss olunmayıb.

Arazın meyiti

Şahid Fatma Sofiyeva ifadəsində göstərib ki, oğlu Arazın gəlini Rəna ilə münasibəti həmişə yaxşı olub: “2019-cu ilin yanvar ayından baş ağrılarından şikayətləndiyinə görə oğlumu müayinələrdən keçirdim və həkim ona müxtəlif dərmanlar yazdı. İyunun 28-də Araz atasının verdiyi avtomobillə məni Yasamal rayonuna apararkən, yolda Rənadan boşanmaq istədiyini dedi. Səbəbini soruşanda oğlum “sən bilməyən şeylər çoxdu, mən də hamısını sənə deyə bilmirəm” söylədi. Dəfələrlə xahiş etməyimə baxmayaraq, Araz heç nə demədi”.

Hadisə olan ev

Şahid Mehman Xəlilov bildirib ki, dizayn, veb saytların hazırlanması ilə məşğul olan MMC-nin direktoru olub. 2015-ci ildən şirkət Ə.Rəcəbli küçəsində yerləşən binanın 2-ci mərtəbəsində fəaliyyət göstərib: “2007-ci ildə Rəna Sofiyevanı menecer kimi işə qəbul etdim. 2014-cü ildən 2016-cı ilə qədər aramızda sevgi və intim münasibət yarandı. Amma sonra münasibətimizi yalnız işgüzar şəkildə davam etdirmək qərarına gəldik. “Opel” markalı avtomobilimi Araza pulunu hissə-hissə ödəmək şərti ilə satdım, həmin vaxtdan münasibətlərimiz dostluğa çevrildi. Ailəvi olaraq evlərinə gediş-gəlişimiz var idi. 2019-cu ilin fevralında Araz borc sahibinin onu sıxdığını söyləyərək, məndən 5-10 min manat pul istədi. Araza pul vermədim, o da məndən incidi. Rəna mənə evin bütün yükünün üzərində olduğunu, Arazın işləmədiyini bildirib pula ehtiyacı olduğunu deyəndə, ondan “niyə boşanmadığını?” soruşdum. Rəna bu sözümü ərinə çatdırdığı üçün, Araz mənimlə mübahisə etdi. Bundan sonra Rəna işdən çıxdı. Həmin vaxtdan da Arazı görmədim. İyulun 7-də Arazla ortaq dostumuz olan Rəfail zəng edib, səbəbini söyləmədən məni 33-cü Polis Bölməsinə çağırdı. Yolda olarkən dostum İlham Kazımov mənə zəng edib “Araza nəsə olub, hamı facebokda şəklinin altında “Allah rəhmət etsin” yazır dedi. Bölmədən Suraxanı rayon prokurorluğuna gələndə öyrəndim ki, Araz qətlə yetirilib. Rəna Sofiyevanın istintaq tərəfindən tutulmasını kütləvi informasiya vasitələrindən öyrəndim”.

Qətl olan otaq

Bakı İstintaq Təcridxanasında saxlanılan zaman Rəna Sofiyevanın ətrafında əməliyyat tədbirləri keçirilib. Nəticədə məlum olub ki, anası evdə şkafın arxasında gizlədilmiş noutbukun hələ də polis əməkdaşları tərəfindən tapılmadığını bildirib. Rənanın anasına təmkinli olmağı və noutbukun yerini dəyişdirməyi tapşırdığı üzə çıxıb. Qeyd olunan məlumat 2020-ci il fevralın 22-də Suraxanı rayon Polis İdarəsinə təqdim edilib. Rəna Sofiyeva məsuliyyətdən yayınmaq məqsədi ilə guya səhhətində psixoloji problemlərin olduğunu göstərməyə çalışıb. Araz Sofiyev onun Mehman Xəlilovla intim münasibətdə olmasından xəbər tutduqdan sonra, mütəmadi evdə qalmaqal salıb. Yaranmış xoşagəlməz vəziyyətə və xəyanət etməsi ilə bağlı yayılan söhbətlərə son qoymaq məqsədi ilə qətlin Rəna Sofiyeva və ya onun təhriki ilə digər şəxslər tərəfindən törədildiyi istisna edilmir.

Həmin noutbuk istintaq orqanı tərəfindən ələ keçirilsə də, içərisindəki məlumatları əldə etmək mümkün olmayıb. Bununla əlaqədar Rəna Sofiyeva, kompüteri xüsusi proqramla bağladığını, işi ilə bağlı olduğu üçün parolu heç kimə verməyəcəyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəna Sofiyeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.



Oxunub: 900
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    13-11-2026, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    13-11-2026, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    13-11-2026, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    13-11-2026, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    13-11-2026, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    13-11-2026, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    13-11-2026, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    13-11-2026, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    13-11-2026, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    13-11-2026, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.