28 il öncə Lissabonda Qarabağ müzakirəsi: “Ermənistan rəhbərliyinə dedilər ki…”
“Gedib beynəlxalq aləmə dedik ki, Qarabağ bizim tərkibimizdə öz müqəddəratını təyin etmək hüququna sahib olmalıdır, onlar isə bizə fərqli cavab verdilər”. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen və qonşu regionların erməni icmasının nümayəndələri ilə görüşündə deyib. Paşinyan son 30 ildə Ermənistanın səhv istiqamətə yönəldildiyini bildirib: “1996-cı ilin dekabrında ATƏT-in Lissabon Sammiti keçirildi. Əslində, bu sammitdə Qarabağ məsələsi ilə bağlı öz müqəddəratını təyinetmə termini dəyərləndirilirdi. Sammitin sədri bizim müraciətimizə cavab olaraq Qarabağın sadəcə Azərbaycanın tərkibində muxtariyyət ala biləcəyini dedi. Hüququn qanunvericisi isə izah etdi ki, əziz ermənilər, siz müstəqil ola bilərsiniz, amma Azərbaycanın tərkibində”. Paşinyan bildirib ki, əsas problem erməni xalqının həqiqətlə üzləşməməsidir: “Bizim problemimiz bunu xalqa deməmək, reallıqla üzləşməməkdir. Düşünürük ki, hər prosesdən keçə, məqsədimizə çata biləcəyik, lakin elə olmur. Elə bilirdik ki, Azərbaycanla müharibə edirik, amma bütün beynəlxalq aləmlə mübarizə aparırmışıq. İndi onlar düşünürlər ki, mən satqınam, torpaq verən xarici agentəm. Lakin biz əvvəlki yolla irəliləsək, vətənimizi itirəcəyik. Bunu anlamaq lazımdır”. Ayşən Mustafa
Globalinfo.az