Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
  • Məktəblərdə 7 gün dərs olmayacaq
  • "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
  • Ermənistanda müxalifətçi namizəd təcridxanada vəfat edib
  • 2-ci liqada 10-cu tur başa çatır
  • Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
  • Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü
  • “Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi
  • Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
  • Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad edilir
  • Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət etdi
  • Bu məhsullar 3 il müddətinə ƏDV-dən azad edilir
  • Şəkiyə 33 sm qar yağdı
  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
  • İlham Əliyev polşalı həmkarına başsağlığı verdi
  • İşsizlikdən sığorta haqqı nağdsız formada ödəniləcək
  • Qazaxda avtomobil yandı
  • Bakıda məşhur xəstəxana bağlanır
  • 5 günlük tətil başlayır - Tarixlər
  • Erməni əsgər intihar etdi, iki həbsçi həbs olundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - Əmisi gəlinini...

  • Tarix: 12-02-2024, 08:15

2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olur.

Dərhal hadisə yerinə yollanan polis əməkdaşları orada 1992-ci il təvəllüdlü Elşad Əsədovun meyitini aşkar edirlər. Araşdırma zamanı, onun qisas niyyəti ilə qətlə yetirilməsi məlum olur.

Belə ki, hadisədən 3 gün əvvəl qarşılıqlı razılaşma əsasında Elşad Əsədov, yaxın qohumunun arvadı Aynur Əsədovanı qaçırıb. Hadisə yerinə toplaşan kənd sakinləri bildiriblər ki, Elşad Əsədov öz əmisi gəlinini qaçırdığı üçün öldürülüb. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elə həmin gün cinayəti törətməkdə şübhəli bilinən Sadıq Dadaşov, Şahmar Əsədov, Pərviz Əsədov, oktyabrın 25-də Mətləb Muradov və Zabit Yolçuyev, noyabrın 1-də isə Nazim Mikayılov tutularaq istintaqa cəlb ediliblər.

Mediaxeberleri.Az xəbər verir ki, lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib.

Mərhumun atası istintaqa bildirib ki, 25 yaşlı Elşad qonşuluqda yaşayan Aynuru, qızın öz təkidi ilə qaçırıb: "Bir-birini sevirdilər. Onların ulu babaları əmioğlu olublar. Oğlumun öldürüldüyünü səhər bildim. Oğlum evli olmayıb. Bununla bağlı deyilənlər yalandır. O, subay olub. Dəfnində kənd sakinlərindən heç kim iştirak etməyib". 

İstintaqla müəyyən edilib ki, Aynur Əsədova 2009-cu ildən rəsmi nikahda olmasına baxmayaraq, əri Şahmar Əsədovun qohumu Elşad Əsədovla aralarında yaranmış sevgi münasibətlərinə görə, qarşılıqlı razılaşma əsasında, gələcəkdə ailə qurmaq məqsədilə heç kimə məlumat vermədən 2018-ci il oktyabrın 19-da evdən çıxıb, gediblər. 

Qızının qaçmasını eşidən Sadıq Dadaşov qohum və tanışlarının köməkliyi ilə gizlənə biləcəklərini ehtimal etdiyi ünvanlarda onları axtarmağa başlayıb. Bakı şəhərinə getmiş kürəkəni Şahmar Əsədovun qohumları Elman Muradov, Qabil Mikayılov, Mətləb Muradov, Pərviz Muradov, Şahid Əsədov və David Mikayılovdan ayın 21-də Aynurla Elşadın paytaxtda, müvəqqəti məskunlaşdıqları ünvanı müəyyən etmələri barədə məlumat alıb və onları kəndə gətirmələrini tapşırıb. Həmin şəxslər heç bir qanunsuz hərəkətə məruz qalmayacaqlarını bildirərək Elşad Əsədovu və Aynur Əsədovanı Quba şəhərinə gətiriblər.

Qabil Mikayılov Aynur Əsədovanı öz evinə aparıb. Elman Muradovla Şahid Əsədov isə oktyabrın 22-si gecə saat 1 radələrində Elşad Əsədovu Quba şəhərindən Tülər kəndinə gətiriblər. Bundan sonra Şahmar Əsədov, qardaşı Pərviz Əsədov, qohumu Nazim Mikayılov kəndin mərkəzində, "Pir" adlanan ərazidə avtomobilin qarşısını kəsiblər. Elşad Əsədovun kəndə gətirilməsini biləndən sonra Sadıq Dadaşov qeyd olunan yerə gedib. Elşad Əsədovun hərəkətlərini namusunu ləkələməsi kimi qəbul edərək, şalvarının arxa cibindən açılıb-qatlanan məişət təyinatlı bıçağı çıxarıb və onun döş qəfəsinə 2 dəfə zərbə vurub.

Sonra qisas almaq niyyəti ilə Şahmar Əsədov və qeyriləri, ölümünü tezləşdirməkdən ötrü, rəhm göstərmədən, əlləri və ayaqları ilə Elşad Əsədovun başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı, güclü zərbələr vurublar. Bu hərəkətləri ilə təqsirləndirilən şəxslər qrup halında zərərçəkmişi qəsdən həyatdan məhrum ediblər.

İş üzrə dindirilmiş Şahmar Əsədov bildirib ki, Aynur Əsədova ilə 2009-cu ildə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. 2018-ci il oktyabrın 19-da axşam arvadı uşaqlarını qayınatasıgildə qoyub, evdən çıxıb və geri qayıtmayıb. Aynurun və evdə olan qızılların yoxa çıxdığını görüb, bu barədə polisə məlumat verib. Kənd sakinləri ilə birlikdə qadını axtarsalar da, tapa bilməyib.

Ayın 21-də Elşad Əsədovun guya, Bakıda, Cəzaçəkmə Müəssisəsində cəza çəkən Ceyhun adlı əmisi oğlunun yanına getməsini eşidəndə, ondan şübhələnib. Bibisinin əri Elmana zəng vurub, Elşadın kənddən çıxıb Qubaya getməsini və onu izləməsini tapşırıb. Elşad Quba avtovağzalından taksi ilə Bakıya yollandıqda, Elman, dayıları Qabil və David, dostu Mətləb başqa avtomobilə əyləşərək onun arxasınca gediblər.

Həmin gün saat 16 radələrində tanımadığı mobil nömrədən zəng edən Aynur, xarici ölkə vətəndaşı ilə qaçdığını, xoşbəxt olduğunu, onu axtarmamalarını, qızılları Quba şəhərində satdığını və pulları ona göndərəcəyini deyib. Yaxşı etməsini, amma qızı Yağmuru niyə qoyub qaçdığını söylədikdə Aynur telefonu söndürüb.

O, dərhal Quba Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Ramin Qasımova zəng vurub və 1-2 saatdan sonra onunla görüşəndə, arvadının zəng etdiyi nömrəni ona göstərib. Əməliyyatçı yoxlayaraq, həmin nömrənin Bakıda, "Qara Qarayev" metrosu yaxınlığında olan taksofona məxsus olmasını müəyyən edib. Ramin Qasımova qohumlarının Elşadın arxasınca Bakıya getmələrini deməyib. Əmisi oğlu Şahid və yeznəsi Pərviz də paytaxta gediblər.

Dayısı Qabil Mikayılov ona məlumat verib ki, hər birini tanıdığından, onlar Qubadan Bakıya gəldikləri Vüsal adlı taksi sürücüsündən Elşadın hara getməsini izləməsini xahiş ediblər. Taksi sürücüsü 5-10 dəqiqədən bir onlara zəng edib. Növbəti dəfə əlaqə saxlayanda, Elşadın metroya mindiyini, stansiyaların birindən qadın ayaqqabısı aldığını xəbər verib. Elşadın qadın ayaqqabısı alması onlarda şübhəni daha da artırıb.

Taksi sürücüsü Elşadı axıra kimi izləyib, zəng edib, onun Bakıxanov qəsəbəsində, doğum evinin qarşısında yerləşən 5 mərtəbəli yataqxanaya girdiyini deyib. Buna görə həmin binanın qarşısına gəliblər. Şahid, Pərviz, Mətləb, Elman, Qabil və David 2-ci mərtəbəyə qalxıb, Elşadın girdiyi mənzilin qapısını döyüblər. Elşad qapını açan kimi içəri daxil olublar. Dayılarından biri ona zəng edərək, Elşadla Aynuru tapdıqlarını, onların bir yerdə olduqlarını xəbər verəndə, o hər ikisini kəndə gətirməsini tapşırıb.

Qabil Mikayılov Aynura camaatın narahat olduğunu, ona görə də mütləq rayona getməli olduğunu deyəndə o, öldürüləcəyindən qorxduğundan, əvvəl getmək istəməyib. Amma Qabil söz verəndə ki, heç kim ona əl vurmayacaq, razılaşıb. Qubadan Bakıya gətirdiyinə, həm də izləyərək onlara Elşadın tapılmasında köməklik etdiyinə görə dayısı taksi sürücüsünə 100 manat pul verib. Bakıxanov qəsəbəsindən "Şamaxinka" adlanan əraziyə gəliblər və ayrı-ayrı avtomobillərlə Qubaya qayıdıblar. 

Aynur yolda Elşadı sevdiyini, öz istəyi ilə onunla Bakıya gəldiyini söyləyib. Quba şəhərinə çatandan sonra dayısı Aynuru Heydər Əliyev prospektində yerləşən evinə aparıb. Saat 22 radələrində Sadıq Dadaşov zəng edib, harada olmasını soruşub. Evdə olduğunu söyləyəndə qayınatası ona qeyrətsiz olmasını, Elşadın kəndə gətirilməsini və evdən çölə çıxmasını bildirib. Atası Nəbi, qardaşı Pərviz, əmisi Rövşən, dayısı Nazim və daha 6 nəfərlə birlikdə 4 avtomobillə kəndin mərkəzinə yollanıblar.

100 nəfərə yaxın kənd sakininin pirin qarşısına etdiyi namussuz hərəkətə görə Elşadı döymək üçün yığışdıqlarını görüblər. 5 dəqiqə sonra boz rəngli "Mercedes", arxasınca həmkəndlisi Zabitin sürdüyü "VAZ 21015" və Mətləbin sürdüyü "VAZ 2107" markalı avtomobillə pirin qarşısından keçəndə, kənd sakinlərindən kimsə Elşadın "Mercedes"də olduğunu deyib. Elman camaata yolu açmalarını, Elşadı aparıb atasına təhvil vermək istədiyini bildirib. Amma sakinlər avtomobili mühasirəyə alıblar.

Qayınatası Sadıq maşının sol arxa qapısını açaraq, yumruqla Elşadı vurub. Düşüb qaçmaq istəyəndə, kənd sakinləri Elşadı tutub, döyməyə başlayıblar. Özü də onun başına, üzünə və bədəninin digər nahiyələrinə təpiklə çoxlu sayda zərbələr vurub.

Onu nalayiq ifadələrlə təhqir ediblər. Qayınatası və qardaşı da ona zərbələr endiriblər. Bıçağın kimdə olmasını görməyib. Elşadı vurmaqda məqsədi ondan qisas almaq olub, öldürmək istəsə də, təpik zərbələrindən onun öləcəyini düşünməyib. Elşad müqavimət göstərməyib, əli ilə başını tutaraq, yalnız zərbələrdən özünü qorumağa çalışıb.

Kənd sakinləri 10-15 dəqiqə ərzində onu təpikləyəndən sonra, xırıldadığını görüb, öldüyünü fikirləşiblər və kənara çəkiliblər. Zabit Yolçiyev hadisədən sonra uca səslə orada olan kütləyə müraciət edərək, bu məsələnin tək qayınatası Sadıqa deyil, bütün kənd sakinlərinə aid olduğunu deyib.

Şahmar Əsədov qeyd edib ki, arvadını qaçırmaqla, namusuna toxunduğu üçün, Elşad Əsədovun ölməsinə peşman deyil. Düşünür ki, o cür əqidədə olan adamın yaşamağa haqqı yoxdur. 


İş üzrə dindirilmiş qızın atası Sadıq Dadaşov qeyd edib ki, hadisədən yarım il əvvəl qızı ilə əri arasında narazılıq yaranıb. Özünü pis hiss edən Aynur ağrıkəsici dərmanlar qəbul edib və zəhərləndiyinə görə xəstəxanaya yerləşdirilib. Bundan sonra qızını öz evinə gətirib və Şahmar Əsədovla boşanmasını istəyib. Dəfələrlə qudası gəlib, Aynuru evə aparmaq istəsə də, razılıq verməyib. Təxminən 20 gündən sonra qızı uşaqları üçün darıxdığını deyib, öz evinə qayıdıb.

2018-ci il oktyabrın 19-da Mürvətə zəng edib, harada olduğunu soruşduqda, kiçik oğlu Şahmargildə olduğunu və bacısının yoxa çıxdığını deyib. "102" xidmətinə zəng edib, məlumat verdikdən yarım saat sonra polis şöbəsinin əməkdaşları kəndə gəliblər. Kənd sakinləri ilə birlikdə səhərə qədər Aynuru axtarsalar da, tapa bilməyiblər. Bu xəbəri bilən kürəkənin dayısı Qabil Mikayılov oktyabrın 20-də yaşadığı Rusiyanın Nijni Tagil şəhərindən təyyarə ilə Bakıya, oradan da Qubaya gəlib. Aynurun yoxa çıxmasında Elşad Əsədovdan şübhələndikləri üçün, onu izləməyi qərarlaşdırıblar. Bundan sonra Şahmarın dayıları Elşadın Bakıda olduğu yeri müəyyən ediblər.

Saat 19 radələrində Qabil zəng vurub Aynurla Elşadı tapdığını xəbər verəndə, ona orada gözləməsini, gəlib, ikisini də öldürəcəyini və basdıracağını bildirib.

Amma Qabil etiraz edərək, hər ikisini rayona gətirəcəyini söyləyib. 3 saatdan sonra Qabil, David, Elman və İntiqam onun yanına gəliblər. Qızının harada olduğunu soruşduqda, Qabil Aynuru polis şöbəsinə təhvil verdiklərini deyib. Atası qızını öldürməyə imkan vermədiklərinə görə Qabilgilə kəskin narazılığını bildirib.

Elşadı cəzalandırmaq üçün öz maşını ilə kəndə gedib. Yolda olarkən əməliyyat müvəkkili Ramil Qasımov zəng vurub, kəndin mərkəzində xeyli adam yığışdığını, xoşagəlməz hadisə baş verə biləcəyini və ona görə də onu gözləməsini söyləyib. Təxminən 10 dəqiqədən sonra görüşüblər. Ramil iki nəfər yoldaşı ilə qabaqda, o isə arxada kənddə yollanıblar. Bir qədər yol getdikdən sonra polis əməkdaşı maşını döndərib, geri qayıdıb.

Səbəbini soruşduqda, Ramil şöbədən zəng vurub onu geri çağırdıqlarını deyib. Kəndin mərkəzinə çatanda, təxminən 100-ə yaxın insanın toplaşdığını görüb. Maşını saxlayıb Elşadı soruşanda, sakinlər sonuncunun "Mercedes" markalı avtomobildə olduğunu və düşmək istəmədiyini bildiriblər. Qapını açıb arxa oturacaqda əyləşən Elşada:

"Bu nə alçaqlıqdır elədin?", - deyərək maşından düşməyini tələb etdikdə, o, saymazyana şəkildə: "Yaxşı eləmişəm. Mən bu barədə Şahmara demişdim", - deyə cavab qaytarıb. Elşadın onu qeyrətsiz hesab etdiyini və nalayiq ifadələrlə danışdığını eşidib, özündən çıxıb. Özünə tərəf dartıb, sol əli ilə üzünə 2 dəfə zərbə vurub. Avtomobildən düşmək istəmədiyini görüb, şalvarının arxa sol cibindən açılıb-qatlanan bıçağı çıxardıb.

Sağ əli ilə saçından tutub, sol əlindəki bıçaqla boğazına zərbə vurmaq istəyəndə, Elşad müqavimət göstərib. Buna görə bıçaq onun qulağını və üzünü cızıb. Elman Muradov onu arxadan tutub dartdığı üçün, yerə yıxılıb və bıçaq əlindən yerə düşüb.

Bundan sonra Elşadı maşından düşürdüblər və orada olan şəxslər təpikləməyə başlayıblar. Hava qaranlıq olduğundan Elşada kimlərin zərbələr vurduğunu görməyib.

Pərviz Əsədovun kiməsə, "Vur bıçağı ürəyindən", - deməsini eşidib. 5-10 dəqiqə Elşada zərbələr vurandan sonra onun, tam hərəkətsiz vəziyyətdə qaldığını görüblər. Yoldan maşınlar hərəkət etdiyinə görə meyitini bir az kənara çəkiblər. Yerə düşən bıçağı tapıb, maşınının baqaj hissəsinə qoyub. Bir müddətdən sonra hadisə yerinə polis əməkdaşları gəliblər. 

Sadıq Dadaşov əlavə edib ki, maşının salonunda bıçaqla Elşadın ürək nahiyəsinə zərbə vurmayıb. Onun ölümünə səbəb olmuş xəsarətlərin kim və ya kimlər tərəfindən yetirildiyini bilmir. Maşından düşürüləndən sonra Elşadın döyülməsində iştirak etməyib. Baş verənlərə görə təəssüflənir və əməlindən peşmandır. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Yaqut Əsədov ifadəsində göstərib ki, Elşad Əsədov onun oğlu, Aynur Əsədova isə əmisi nəvəsi Nəbi Əsədovun gəlini olub. Oktyabrın 19-u saat 20 radələrində Elşad evdən çıxarkən kənddə bir nəfərlə görüşəcəyini deyib. Növbəti gün arvadı Aygün gəlib, Şahmarın arvadının axşam yoxa çıxmasını eşitdiyini deyəndə, onlar Elşadın Aynurla birlikdə qaçmasından şübhələniblər. Aygün Elşada zəng edib, harada olduğunu soruşduqda, o şəhərdə, "Asan Xidmət"in yanında olduğunu deyib.

Anası ona Aynurun bir gün əvvəl gecə yoxa çıxdığının bildirəndə, Elşad təəccüblənib. Ayın 20-də evə qayıdan oğlu ötən gün Gültəpə kəndində olmasını və sabah Bakıya gedəcəyini deyib. Bunu eşidən anası həbsdə olan qardaşı oğlu Ceyhuna sovqat aparıb, verməsini xahiş edib.

Oktyabrın 21-də Elşad evdən çıxıb və bir daha qayıtmayıb. Həmin axşam bacısı Rəfiqə ona oğlunun Aynuru qaçırdığını və arxalarınca Bakıya 6 nəfərin getdiyini barədə məlumat verib. Gecə sakinlərin kəndin mərkəzinə yığışıb, Elşadı gözlədiklərini bilib.

Bir müddətdən sonra "Pir" adlanan ərazidən səs-küy səsləri eşidib, dözməyib və həmin istiqamətdə gedib. Amma yolun yarısında qabağına çıxan bacısının əri onu qaytararaq, ora getməyin mənasının olmadığını deyib.  

Şahid Aynur Əsədova bildirib ki, 16 yaşında Şahmar Əsədovla ailə həyatı qurub, babası onu məcburi ərə verib. Şahmarı heç vaxt sevməyib. Əri onunla çox kobud davranıb, bu səbəbdən də atası onların boşanmasını istəyib. Şahmarın qohumu Elşad Əsədov Ukraynada yaşayıb, təhsil alıb. İlk dəfə onu 2014-cü ilin yayında kənddə görüb və ondan xoşu gəlib. Evli olduğundan bunu heç kimə deyə bilməyib. Hadisədən 1 ay əvvəl Elşada qarşı olan hisslərini bildirmək qərarına gəlib, bu məqsədlə onu sevməsi barədə məktub yazıb. Axşam Elşad həyətlərinə gəlsə də, utandığı üçün çıxıb, onunla görüşməyib. Amma növbəti gün həyətdəki bağın aşağısında görüşüb, söhbət ediblər. Bundan sonra həftədə 3 dəfə görüşüblər, lakin aralarında hər hansı yaxınlıq olmayıb. 2018-ci il oktyabrın 15-də Elşad ondan borca bir həftəyə qaytarmaq şərti ilə 500 manat pul istəyib. Pulu olmadığını deyərək, əvəzinə ona 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, qızıl qolbaq və 4 ədəd qızıl üzük verib. Səhəri gün Elşad qızılları Quba şəhərində 2400 manata satdığını deyib. Ayın 18-də Elşada zəng edib, Şahmarın qızılların evdə olmadığını biləcəyini və problem yaranacağını deyib. Oktyabrın 19-da telefonla danışanda evdən getmək barədə fikrinin ciddi olduğunu bildirib. Saat 19:30-da Elşad ona zəng edərək, kəndin aşağı yolunda taksidə onu gözlədiyini bildirib. Uşaqları qayınanasına verərək, saçını yuyub 15-20 dəqiqəyə qayıdacağını söyləyib və Elşadın dediyi yerə gedib. Qubada "Köhnə avtovağzal"da başqa taksiyə minib, Bakıya gəliblər. Oktyabrın 21-də axşam Bakıxanov qəsəbəsində qaldıqları evə yoldaşının dayıları və digər qohumları gələrək, onları rayona qayıtmağa məcbur ediblər. Həmin gecə onu Quba Rayon Polis Şöbəsinə aparıblar, Elşadı isə Tülər kəndində öldürüblər.

Şahid qismində dindirilmiş Quba Rayo Polis Şöbəsinin əməliyyat müvəkkili Ramin Qasımov ifadəsində göstərib ki, oktyabrın 21-də Tülər kəndinə çatanda, mərkəzdə təxminən 50-60 nəfər kənd sakininin toplaşdığını və Elşad Əsədovun meyitinin yolun qırağında olduğunu görüb.

Toplaşanlardan hadisənin kim tərəfindən törədildiyini soruşanda, kənd sakini Zabit Yolçiyev qabağa çıxaraq Elşadı öldürdüyünü, kəndin namusunu təmizlədiklərini, ona görə də heç nədən qorxmamalarını deyərək, mərhumun barəsində nalayiq ifadələr işlədib. Zabitin danışığından və camaatın da onun dediklərinə əməl etməsindən, onun hər şeyi idarə etməsini hiss edib. Hadisə yeri müayinə olunduqdan sonra, orda olan 30-40 nəfər şöbəyə aparılaraq, ifadələri alınıb. Araşdırma nəticəsində Sadıq Dadaşovun Elşad Əsədovu bıçaqla, digərlərinin isə təpiklə vurmaları müəyyən edilib. 

Məhkəmə iclasında Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılov özlərini təqsirli bilməyiblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar Əsədov və Sadıq Dadaşov 18, Pərviz Əsədov və Mətləb Muradov 17, Zabit Yolçiyev və Nazim Mikayılov 16 il müddətinə azadlıqdan məhrum olunublar.


Oxunub: 860
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:57 | KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
    Bu gün, 14:49 | Məktəblərdə 7 gün dərs olmayacaq
    Bu gün, 14:21 | "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
    Bu gün, 14:18 | Ermənistanda müxalifətçi namizəd təcridxanada vəfat edib
    Bu gün, 14:04 | 2-ci liqada 10-cu tur başa çatır
    Bu gün, 13:54 | Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
    Bu gün, 13:49 | Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü
    Bu gün, 13:21 | “Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi
    Bu gün, 13:19 | Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
    Bu gün, 13:17 | Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad edilir
    Bu gün, 13:15 | Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət etdi
    Bu gün, 12:41 | Bu məhsullar 3 il müddətinə ƏDV-dən azad edilir
    Bu gün, 12:25 | Şəkiyə 33 sm qar yağdı
    Bu gün, 12:18 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
    Bu gün, 12:18 | İlham Əliyev polşalı həmkarına başsağlığı verdi
    Bu gün, 11:45 | İşsizlikdən sığorta haqqı nağdsız formada ödəniləcək
    Bu gün, 11:44 | Qazaxda avtomobil yandı
    Bu gün, 11:43 | Bakıda məşhur xəstəxana bağlanır
    Bu gün, 11:41 | 5 günlük tətil başlayır - Tarixlər
    Bu gün, 11:40 | Erməni əsgər intihar etdi, iki həbsçi həbs olundu
    Bu gün, 10:17 | Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Bu gün, 10:15 | ABŞ Rusiyadan Ukrayna üçün NATO mexanizmlərinə oxşar təminatlar istəyəcək
    Bu gün, 10:12 | Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
    Bu gün, 10:04 | Sabirabadda məktəblini avtomobil vuraraq öldürdü
    Bu gün, 10:01 | Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
    Bu gün, 09:50 | UEFA azərbaycanlı hakimi bu oyunlara təyin etdi
    Bu gün, 09:44 | Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?
    Bu gün, 09:27 | Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
    Bu gün, 00:33 | Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür
    Dünən, 21:10 | "Villaları, evləri var, gözləri doymur"
    Dünən, 20:50 | Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Heç nə etmirik, avara-avara gəzirik..." - VİDEO
    Dünən, 19:03 | Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
    Dünən, 18:53 | Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
    Dünən, 18:46 | İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
    Dünən, 18:43 | Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
    Dünən, 17:51 | “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
    Dünən, 17:35 | Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
    Dünən, 17:31 | Babək Quliyev UEFA-dan təyinat alıb
    Dünən, 17:27 | Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayrağımız - FOTO
    Dünən, 17:20 | Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir
    Dünən, 16:29 | Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
    Dünən, 16:25 | Elnarə belə arıqlayır
    Dünən, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Dünən, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Dünən, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Dünən, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Dünən, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Dünən, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Dünən, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Dünən, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.