Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Xalqın İlham Əliyevə minnətdarlıq borcu var” - Qüdrət Həsənquliyev

  • Tarix: 11-02-2024, 23:08

Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az–a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Qüdrət bəy, növbədənkənar prezident seçkilərində göstrədiyiniz nəticə partiya üzvlərinizi ruhdan salmayacaq ki?

- Düşünmürəm. İstənilən məğlubiyyət acı olsa da, siyasətlə peşəkar səviyyədə məşğul olanlar başa düşür ki, dünyada böyük şöhrət qazanmış siyasətçilər də sağ olsaydı və Azərbaycanda seçkilərə qatılsaydı ciddi uğura imza ata bilməzdi.

İlham Əliyev torpaqları işğaldan azad etmiş prezidentdi, xalqın ona bir minnətdarlıq borcu vardı. Üstünə onu da gəlsək ki, Qərb və onların burdakı əlaltıları seçkini baykot etdi və Azərbaycana təzyiqlərə başladı, bu, xalqı İlham Əliyev ətrafında daha sıx birləşdirdi, onun xeyrinə işlədi. Fikir verin, Avropa Şurası Parlament Assambleyası Azərbaycanı onu seçkiləri müşahidə etməyə dəvət etmədiyi üçün səsvermə hüququndan məhrum etdiyini bəyan edir. Bu zaman önə verdiyi alman deputat Frank Şvabe “Amerikannın səsi” nə deyir ki, biz bunu Azərbaycan öz öhdəliklərini yerinə yetirmədiyinə görə etdik. Jurnalist soruşur ki, axı, Azərbaycan əvvəllər də öhdəliklərini yerinə yetirməyib, bu,ermənilərə, Qarabağ məsələsinə görə ola bilərmi? O isə deyir ki, yox, Avropa Şurası ərazi problemləri ilə bağlı qərar verə bilməz, həll yolu tapa bilməz. Amma bir az sonra deyir ki, biz Rusiyanı Avropa Şurasından Ukraynaya qarşı müharibə başlatdığı üçün xaric etməli olduq. Bu cür riyakarlığı görən Azərbaycan vətəndaşı ölkəmizdə sosial durumun, iqtisadi vəziyyətin qaydasında olmadığını, bəzən incidildiyini, hüquqlarının pozulduğunu bilsə də İlham Əliyevi müdafiə etdi. İnsanlarımız başa düşürlər ki, bu işin arxasında əsasən Fransa dayanıb. Erməniləri Qarabağa qaytarıb, beynəlxalq birliyin təhlükəsizlik təminatı ilə burda onlara status almaq istəyirlər və Azərbaycana buna görə təzyiq edirlər.

Həm də xalqımı Prezidentdən işğal altında qalan 8 kəndimizin işğaldan azad olunmasını da gözləyir. Vətəndaşlarımız düşünür ki, o başladığı işi başa çatdırmalıdır.

- Azərbaycan niyə Avropa Şurasını seçkiləri müşahidə etməyə dəvət etmədi?

- Çünki iqtidar əmin idi ki, onlar hazır bir rəylə gəlirlər və nəticələri tanımayacaqlar. Ona görə də onlara belə bir şans vermədi.



Ətraflı






-Bu iqtidarı xalqımızın ən böyük “problemi” sayanlar, demokratiya uğrunda mübarizə apardıqlarını deyənlər sizə dəstək vermədi. Niyə?

-Mənim təklif etdiyim platforma, islahatlar paketi hakimiyyəti təmsil edənlərin imtiyazlardan məhrum edilməsini nəzərdə tutur. Onlar ya sifarişlə iqtidarı tənqid, yaxud təhqir edirlər, ya da özləri hakimiyyəti devirib həmin imtiyazlara sahib olmaq istəyirlər. Mən bəyan edirdim ki, qalib gəlsəm amnistiya haqqında akt qəbul olunacaq, beynəlxalq insan hüquqları müdafiə təşkilatlarının haqlı olub-olmamalarından asılı olmayaraq siyasi məhbus saydıqları insanlar dövlət və şəxsiyyət əleyhinə ağır cinayət törətməyiblərsə azad olunacaqlar. Dövlət mülkiyyəti özəlləşdiriləcək, iqtisadiyyat hökumətin nəzarətindən çıxarılacaq, hüquqlara və mülkiyyətə təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılacaq. Mənim prezidentliyim cəmi bir il çəkəcək, çünki bir il ərzində Milli Birlik hökuməti formalaşdırılacaq, yeni konstitusiya qəbul olunacaq, prezidentli respubllikadan parlamentli respublikatya keçid edəcəyik, proporsional seçki sistemi əsasında yeni parlament seçiləcək ki, həmin parlament icra hakimiyyətinin başçısı olacaq Baş naziri və hökuməti təsdiq edəcək. Normal məntiqlə onlar məni sevməsələr də mənim seçki platformamı müdafiə etməli idilər. Hər bir müqayisə qüsurlu olsa da Rusiyaya baxın, barışmaz müxalifət (Xadarkovski, Navalnı və başqaları) hakimiyyətin adamı sayılan Nadejdini müharibəni dayandıracağını bəyan etdiyinə görə dəstəklədilər. Xalq Nadejdinə imza vermək üçün küçələrə çıxıb növbəyə dayandı və öz iradəsini nümayiş etdirdi.

Bizim “barışmazların” başı öz əllərində deyil, həm də siyasi səviyyə o deyil.

-Təbliğat kampaniyası zamanı ölkəmizin gələcəyi ilə bağlı sistemli baxışları, nəyi necə edəcəyinə dair aydın təsəvvürləri olan, problemlərin nədən qaynaqlandığını çılpaqlığı ilə söyləyən tək şəxs kimi göründünüz. Siyasi ekspertlərin, junalistlərin haqqınızda söylədiklərini haqlı saydınızmı?

- Çoxlu vicdanlı siyasi ekspertlər, jurnalistlər var. Onlara bir daha təşəkkür edirəm. Amma tənqidçi junalist kimi görsənib iqtidarı açıq tərifləməyib bizi aşağılamaqla iqtidara yarınmaq istəynlər də kifayət qədər idi. Biz real vəziyyəti bilə-bilə heç nədən çəkinmədən seçkilərə qatıldıq, çünki ölkənin problemləri gündəmə gətirilməli idi. Seçkiyə qtıldıq, əzmlə qələbə uğrunda mübarizə apardıq. Bu səbədən hər bir vicdanlı şəxs bizə səs verməsə də, bizə təşəkkür etməli idi. Biz yeni Konstitusiyanın qəbulu ilə hakimiyyət bölgüsünə real məzmun verilməsinin, parlamentli respublikaya keçidin, mülkiyyətə və hüquqlara təminat verə biləcək məhkəmə islahatlarının, yerli hakimiyyət orqanlarının yenidən formalaşdırılmasının, dövlətin idarəetmə xərclərinin azaldılmasının, bazar iqtisadiyyatına keçidin, neftdən asılılığa son qoymağın zəruriliyi göstərdik. Bunu qiymətləndirən çoxsaylı ekspertlər, jurnalistlər cəsarətlə və ləyaqətlə bizim platformanı yaydı, bəziləri susdu, bir qismi isə riyakarlıq etdi. Hesab edirəm bizim seçki platformamız və seçkilərdə iştirakımız bir çox müsbət qərarların qəbuluna kömək etmiş olacaq.

- Qüdrət bəy ABŞ-ın Ukraynaya yardımı dayandırmasına da münasibətinizi bilmək istərdik.

- ABŞ siyasi elitası hakimiyyət ehtiraslarına görə hər şeyi qurban verməyə hazırdı. Cəmiyyəti də özlərinə oxşadıblar, parçalanmış cəmiyyət də artıq ali dəyərləri qorumaq gücündə deyil və müdafiə etdiyi tərəfin hər cür avantürasına və cinayətinə haqq qazandırmağa hazırdı. Onlar Ukrayna xalqının taleyi ilə oynayırlar. Qızışdırıb müharibəyə çəkdilər. Vaxtında demədilər ki, biz Ukraynanı NATO-ya qəbul etməyəcəyik. Ukraynanı da başa salmadılar ki, qarşıdurmaya getməkdən çəkinin, Rusiya ilə əməkdaşlıq edin. Rusiyanı da müharibədən çəkindirmək üçün heç bir ciddi addım atmadılar.

Ona görə söyləyirlər ki, ABŞ-la düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur. İki slavyan xalqın bir-birini məhv etməsi sadəcə üzücüdür. Bataqlığa salınmış hər iki ölkənin vəziyyətdən çıxması üçün güclü tərəfin və güclü liderin cəsarətli qərarı lazımdır. Görün türklərin neçə dövləti var. Slavyanların da bir neçə dövləti ola bilər. Onlardan hansısa, hansısa zaman kəsiyində fərqli inkişaf yolu seçə bilər. Buna dözümlü olmaq lazımdır. Zamanla kökü bir olan xalqlar bir araya gələcəklər. Rusiyanın Ukraynanın 20% torpağına görə onu əbədi düşmən etməsi yanlış olardı. Rusiya təkcə müharibəni dayandırmaq yox, həm də barış üçün yollar axtarmalı, cəsarətli qərarlar qəbul etməli, 2014-cü ilə qədərki vəziyyət bərpa olunmalı, Ukrayna NATO-ya üzvülükdən imtina etməlidir.



Oxunub: 1 023
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Dünən, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Dünən, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Dünən, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Dünən, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Dünən, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Dünən, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Dünən, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Dünən, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Dünən, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Dünən, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Dünən, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Dünən, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Dünən, 13:38 | Bu binalara istilik verilməyəcək
    Dünən, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Dünən, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Dünən, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Dünən, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Dünən, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Dünən, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Dünən, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Dünən, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Dünən, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Dünən, 12:11 | Rəşad Məcidə ağır itki
    Dünən, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Dünən, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Dünən, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Dünən, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Dünən, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Dünən, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Dünən, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Dünən, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Dünən, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Dünən, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    14-11-2026, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    14-11-2026, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    14-11-2026, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    14-11-2026, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    14-11-2026, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    14-11-2026, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    14-11-2026, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    14-11-2026, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    14-11-2026, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    14-11-2026, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    14-11-2026, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    14-11-2026, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    14-11-2026, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    14-11-2026, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    14-11-2026, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.