Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sığorta şirkətlərinin yaratdığı problem: Günahkar taksilərdir?

  • Tarix: 10-02-2024, 10:53

Kiçik mühərrikli avtomobil sahiblərinin sığorta ilə bağlı yaşadıqları problemlər bitmək bilmir. Sürücülər bildirirlər ki, sığorta şirkətləri bu tip avtomobillərin sığortasına həvəs göstərmirlər. Müxtəlif maneələr yaradırlar.

“Narazı qalanlar məhkəməyə müraciət etsinlər”

Fərdi fəaliyyət göstərən sığortaçı Sadiq Qulamov düşünür ki, avtomobil sahibləri özləri bu məsələdə israr etmirlər: “Nə sığorta şirkətlərinin, nə də dövlətin müəyyən etdiyi qiymətlərdə problem mövcud deyil. Sadəcə, sığorta şirkəti hesablayır, bir qiymət təyin edir, amma bu müştərini qane etmir. Müştərilər narazıdırlarsa, məhkəməyə müraciət edib istədikləri məbləği ala bilirlər. Sadəcə, zərərçəkənlər laqeydlik göstərirlər”.

Həmin limit bərpa olunur

Sığorta eksperti İlkin Nəcəfov dedi ki, şirkətləri də anlamaq lazımdır: “Sığorta şirkətləri xeyriyyə yox, kommersiya təşkilatlarıdır. Qarşılarında tələb var ki, həm də pul qazanmalıdırlar. Sığorta şirkətlərinin müraciət edən sığortaçıya ödəniş etməmək kimi hüquqları yoxdur. Avtomobil sahibləri istənilən sığorta şirkətinə yaxınlaşıb icbari sığorta ilə bağlı müraciət edə bilər. Şirkətlər isə imtina edə bilmədikləri üçün işi yubadırlar”.



İ.Nəcəfov bildirdi ki, icbari sığorta qaydalarına əsasən, hər gün qəza törətsən də, sığorta şirkəti o zərəri ödəməlidir: “Həmin limit bərpa olunur. Yəni bir dəfə ödənildi deyə sıfırlanmır. Bu gün bizdə elə sığorta şirkətləri var ki, könüllü şəkildə avtomobillərin icbari sığortasından imtina ediblər. Bir sıra şirkətlər də bu sıraya qoşulmağı düşünürlər. Hətta satışları dayandıranlar da mövcuddur. Bu da onu göstərir ki, icbari sığorta sahəsindəki toksik faktorlar sığorta şirkətlərinin maliyyə təhlükəsizliyi, həmçinin fəaliyyəti üçün təhdiddir. Bununla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta şirkətləri qərara gəldilər ki, maliyyə sığortasına gələn pulla ümumi icbari sığortaya dəyən zərəri müəyyən qədər kompensasiya etsinlər. Həmçinin, sığorta haqlarının qaldırılması ilə dəyən zərər ödənilsin. Lakin bunun da nəticəsi olmadı”.

Taksilərdə qəzaların sayı çox olur

Ekspert qeyd etdi ki, ən çox problem taksilərdə olduğu üçün bu istiqamətdə müəyyən addımların atılması planlaşdırılır: “Keçən ilin oktyabr ayından finkoda görə bonus-malus hesablanan zaman artıq sürülən yer, sürücünün yaşı, zərərin dərəcəsi, maşının ili, verilən etibarnamələr - hamısı nəzərə alınır. Mərkəzi Bank tənzimləmə ilə bağlı düşünürdü ki, taksilər üçün risk əsaslı ayrı bir kateqoriya yaratsın. Yəni taksi fəaliyyəti olduğu üçün optimal əmsal tətbiq edilsin. Bu ona görədir ki, nəqliyyat vasitəsi nə qədər çox sürülürsə, hadisə törətmək ehtimalı da o qədər yüksəkdir. Taksilərdə davamlı qəzaların sayı çox olur. Həmin maşınların çoxuna dəyən zərər 1000 manat ətrafındadır. 10 faiz hallarda tam zərər ola bilir”.

Günah taksi şirkətlərindədir

İ.Nəcəfovun fikrincə, bu məsələdə taksi sürücüləri də günahkar deyillər: “Taksilərlə bağlı bunu da nəzərə almalıyıq ki, şirkətlər taksi sürücülərinin qarşısına şərt qoyur ki, “25 gediş etməlisən”. Ona görə sürücülər yatmırlar, dincəlmirlər. Belə olan halda qəza riski də artır. Burada əsas günahkar maşınları alıb taksi parkı yaradan şirkətlərdir. Çünki onlar həm maşınları, həm də sürücüləri həddindən artıq istismar edirlər”.

Sığorta şirkətləri də narazıdır

Müsahibimizin sözlərinə görə, sığorta şirkətləri də taksi kimi istifadə olunan avtomobilləri sığortalamaqdan yayınırlar: “Ehtimal ki, Mərkəzi Bank taksi fəaliyyəti ilə bağlı tənzimləyici əlavələr edəcək. Onların sığorta qiyməti daha da artacaq. Amma burada bəzi məqamlar var. Məsələn, hadisə baş verdikdə həmin avtomobilin taksi olub-olmadığını müəyyənləşdirməklə bağlı boşluqlar mövcuddur. Çünki bəzi taksi sürücüləri kasko sığortası etdirirlər, ondan sonra isə taksi kimi fəaliyyət göstərirlər. Bu halda sığorta şirkətləri şərt qoyurlar ki, maşın taksi fəaliyyəti üçün istifadə olunsa, sığortanı ödəməkdən imtina edəcəklər. Hadisə olur, taksinin heç bir yerdə qeydiyyatı yoxdur, sığorta şirkətindən fəaliyyətini gizlədir, bu da çətinliklər yaradır. O cümlədən sığorta edən vaxt avtomobilin hansısa taksi şirkətinin balansında olub-olmamasını müəyyənləşdirəcək kriteriyalar hələ ki, mövcud deyil. Bununla bağlı da dövlət tənzimləməsinə ehtiyac var”.

Çıxış yolu taksilərin sayını azaltmaqdır

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinin baş müəllimi Bulud Bağırov da düşünür ki, bu sahədə ən böyük problem taksi kimi istifadə olunan avtomobillərlə bağlı yaşanır: “Hüquqi cəhətdən sığorta şirkətlərinin etdiyi hərəkət qanunsuzdur. Fikrimcə, onlar cəzalandırılmalıdırlar. Avtomobil sahibləri isə yaşından asılı olmayaraq, təlimdən keçməlidir. Çünki sürücülərin əksəriyyəti sürücülük vəsiqəsini müxtəlif yollarla əldə edirlər. Təlim keçsələr, ən azından yol hərəkəti qaydalarını bilərlər. Hər gün qəzalarla qarşılaşırıq. Qəzaların 70-80 faizini törədən taksilərdir”.

B.Bağırovun fikrincə, çıxış yolu taksilərin sayını azaltmaqdır: “Hazırda bazarda ən azı 20-30 taksi şirkəti mövcuddur. Azaltmaq üçün ya onların qarşısında müəyyən şərtlər qoyulmalı, ya da Bakının rayonları üzrə bölünməli, taksi parkları yaradılmalıdır”. ("Kaspi" qəzeti)


Oxunub: 708
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.