"TikTok" böyük məbləğdə cərimələnə bilər
“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance Ltd” böyük məbləğdə cərimə təhlükəsi ilə üzləşə bilər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Belə ki, Avropa Komissiyası yetkinlik yaşına çatmayanlar üçün risklə bağlı narahatlıqlar səbəbi ilə yeni rəqəmsal xidmətlər qanunu çərçivəsində yaxın həftələrdə “TikTok” sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayacaq. Bundan əvvəl Estoniya teleqram messencerinə dair tənzimləməni gücləndirmək üçün Avropa Komissiyasına təkliflər göndərib.
Oxunub: 400
Xəbəri paylaş
Paylaş: