Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Son xəbərlər :
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfər bıçaqlandı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Azərbaycan bu ölkəni təbrik etdi
  • Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
  • Rusiya taktikanı dəyişib - Hədəfi budur
  • “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
  • Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
  • İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
  • Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Qazaxda yerli sakin bıçaqlandı
  • Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
  • İranla belə bir saziş imzalayacağıq - Tramp
  • Sevinc Maniyeva vəfat etdi
  • İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
  • "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ölümü oynadığı bütün faciəli obrazları kölgədə qoyan Xalq artisti: Onun gizli sevgilisi kim olub?

  • Tarix: 8-02-2024, 13:24

“Təklik mənim üçün deyil. Amma bu mənim alnıma yazılıb. Mən bunu yaşamalıyam” deyirdi hər zaman. Azərbaycan teatr və kino səhnəsində ana, qaynana obrazı elə bil onun əyninə biçilmişdi.

Həyatın işinə bax ki, səhnədə ana obrazlarını ürəkdən, təbii, elə özü kimi canlandıran aktrisa həyatda heç vaxt ana ola bilməyib. Övladlığa uşaq götürmək istəsə də, həmin vaxt buna maddi imkanı çatmayıb...

Mediaxeberleri.Az xəbər verir ki, bu gün "Şöhrət” ordenli Xalq artisti Zərnigar Ağakişiyevanın anım günüdür.

Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində dünyaya göz açıb. Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. O, ikinci dəfə ailə qurub. Bu evlilikdən Zərnigar Ağakişiyeva doğulub. Məktəbə "Güləliyeva" soyadı ilə qəbul olunan aktrisa 12 yaşı olanda atasından ulu babasının adını özünə soyad kimi götürmək üçün icazə alıb. Anasının ilk evliliyindən olan qardaşı ilə yola getməyən aktrisanı bir az kasıb həyat, bir az da tənhalıq ailəsindən qaçaq salır. O, heç kimə yük olmamaq üçün evlərini tərk edib. Müsahibələrinin birində belə deyib:

“Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdığım insanlar tələblərimə cavab vermədi. Mən də bütün ömrümü sənətə həsr etdim, həyatımı teatrda, tamaşalarda keçirdim”.

Aktrisa 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Zərnigar xanım rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında A.Ostrovskinin "Müdriklər" dramında ilk dəfə Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. 1989-1992- cil illərdə aktrisaya cəmi 2 rol həvalə olunub. Bu haqsızlığa dözə bilməyən Zərnişan Ağakişiyeva Akademik Milli Dram Teatrından uzaqlaşır. Bir də düz 7 ildən sonra doğma teatrına qayıdır.

Ömrünün 40 ilini bu sənət ocağına bağlayan aktrisa yaxın müddətdə Zərnigar xanım “Vaqif”, “Kölgələr pıçıldaşır”, “Kimdir haqlı?”, “Təhminə və Zaur”, “Mahnı dağlarda qaldı”, “Poçt şöbəsində xəyal”, “Eşq və intiqam”, “Ölülər”, “Qatarın altına atılan qadın” kimi səhnə əsərlərində özünəməxsus, bənzərsiz və təkrarsız obrazlara imzasını ata bilib.

Zərnigar Ağakişiyeva milli kino sənətimizin ən gözəl simalarından biri olmağı bacarıb. 50-yə yaxın ekran əsərində bu gün də sevilərək izlənilən, yadda qalan obrazlar yaradıb. “Təhminə və Zaur”, “Yuxu” , “Yaramaz” filmlərindəki rolları ilə bir başqa cür sevilib aktrisa. Özünün ən çox sevdiyi obrazı isə “Təhminə və Zaur” filmindəki Zivər rolu olub.

Moskvaya gedirəm, güləşməyə.

Məni gic yerinə qoyub... Bilirəm o nə güləşmədir...

O “aferistka” televizordan göz edən kimi ağlını itirir. Durur qaçır dalınca... Cəhənnəmə get! Bir də gözüm səni görməsin!

Zərnigar Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. 2014-cü ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsü olub. Amma bütün bunlar onun xoşbəxtliyi üçün bəs etməyib nə yazıq ki...

Heç vaxt ailə həyatı qurmayan Zərnigar Ağakişiyeva böyük bir eşq yaşayıb. O sirli sevgilisinin adını çəkməsə də, Zərnigar xanım müsahibələrində onları aktyorluq sənətinin ayırdığını bildirərək, sevdiyi insan haqqında deyir:

“Həyatımın böyük sevgisini yaşadım. Amma bu sevgi ailə həyatı ilə tamamlanmadı. O adam mənim sənətimi qəbul etmirdi”.

Zərnigar Ağakişiyevanın vəfatından sonra Əməkdar artist Məcnun Hacıbəyov ağlayaraq verdiyi açıqlamasında onu sevdiyini etiraf edib. İlk sevgisi daşa dəyən aktrisa illər sonra bir şəxslə nikahsız birlikdə yaşamağa başlayıb. Bu bərabərliyin də sonu olmayıb. 13 il sonra birlikdə yaşadığı adamdan ayrılan sənətkar ömrünün sonuna qədər tənhalığı seçib. Heç vaxt övlad sahibi ola bilməyən aktrisanın övladlığa uşaq götürmək istəyi maddiyat baxımından alınmayıb...

Onun həyatda ən böyük qorxusu tək ölmək olub:

“Qorxuram ki, qəfildən çətin vəziyyətə düşərəm, heç kimə əlim çatmaz”.

Zərnigar Ağakişiyeva 2018-ci il fevralın 8-də evində yalnız, səssiz-səmirsiz dünyasını dəyişib.

Tənhalığı sevməyən aktrisa ömrünü elə tənhalıqda başa vurub.Yaşadığı mənzildə 3 gündən sonra cansız cəsədinin aşkar olunması aktrisanın oynadığı bütün faciəli obrazları kölgədə qoyub...


Oxunub: 3 004
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:55 | Azərbaycana qar yağıb
    Bu gün, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Bu gün, 11:51 | Qazaxda iki nəfər bıçaqlandı
    Bu gün, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Bu gün, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Bu gün, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Bu gün, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Bu gün, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Bu gün, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Bu gün, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Bu gün, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Bu gün, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Bu gün, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    20-11-2026, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    20-11-2026, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    20-11-2026, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    20-11-2026, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    20-11-2026, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    20-11-2026, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    20-11-2026, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.