104 yaşlı seçici səs verdi
Naxçıvan Muxtar Respublikasında 104 yaşlı seçici səs verib. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, Naxçıvanın ən yaşlı seçicilərindən Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızı səsvermə hüququndan istifadə edib. O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsinə səs vermək üçün ərizə ilə müraciət edib. Məntəqə əməkdaşı ailənin yaşadığı evə daşınan qutu aparıb və yaşlı seçicinin səsverməsinə şərait yaradılıb.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: