Zahid Oruc səs verdi
Prezidentliyə namizəd Zahid Oruc növbədənkənar prezident seçkilərində səs verib. Mediaxeberleri.Az xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. Bu məntəqənin seçici siyahısında 1461 nəfərin adı var. Səsvermə başlayandan artıq 200-dən çox seçici səs verib. Bu gün Azərbaycanda növbədənkənar president seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.