Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Son xəbərlər :
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Qazaxda yerli sakin bıçaqlandı
  • Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
  • İranla belə bir saziş imzalayacağıq - Tramp
  • Sevinc Maniyeva vəfat etdi
  • İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
  • "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
  • Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
  • “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
  • Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
  • Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
  • Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
  • TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
  • Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
  • İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
  • Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
  • Bu şəxslər 700 manatadək cərimələnəcək
  • Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
  • Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
  • İsa Qəmbər ölkədən çıxa bilmədi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

SÜRÜCÜLƏRDƏN İLDƏ 70 MİLYONA YAXIN ƏLAVƏ VƏSAİT TOPLANACAQ - Utilizasiya vətəndaşın xeyrinədir, yoxsa ziyanına?

  • Tarix: 3-02-2024, 20:15

Natiq Cəfərli: “Bir avtomobildən Azərbaycan büdcəsinə daxil olan vəsait heç Almaniya büdcəsinə daxil olmur”


Məlum olduğu kimi, “İstehsalat və məişət tullantıları haqqında” Qanuna əsasən, fevral ayının 1-dən etibarən avtomobil sahibləri texniki baxış zamanı həm də utilizasiya haqqı ödəyəcəklər.

Utilizasiya haqqı avtomobillərin istehsal-buraxılış tarixinə uyğun olaraq müəyyənləşdiriləcək. Belə ki, istehsal ili 10 ilə qədər olan avtomobillər üçün 10 manat, 10 ildən 20 ilə qədər olanlar üçün 20 manat, 20 ildən 30 ilə qədər 30 manat, 30 ildən artıq olduqda isə 40 manat dövlət rüsumu tələb olunacaq.

Qanuna əsasən, istehsal olunduğu ildən 4 il vaxt keçən avtomobillər iki ildən bir, 10 il keçən avtomobillər isə ildə bir dəfə texniki baxışdan keçməlidir. Eyni zamanda Gömrük Məcəlləsindəki dəyişikliyə əsasən, fevral ayının 1-dən etibarən minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq. Belə ki, ölkəyə idxal olunan, istehsal ili dörd ildən çox olan avtomobillərə görə 400 manat, yeddi ildən çox olan avtomobillər üçün isə 700 manat utilizasiya haqqı alınacaq.



Avtomobil istismara yararsız vəziyyətə çatdıqda o, utilizasiyaya veriləcək. Buna görə sahibinə yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər şəxs yerli avtomobil almağı nəzərdə tutmursa, o, müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaq. Güzəştlər minik avtomobilləri üçün 1500 manat nəzərdə tutulub. Yük və sərnişin avtomobilləri isə 3000 manata qədər güzəşt əldə edə bilərlər.

Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləğinə gəlincə, bu müvafiq güzəştin 70 faizi həcmində müəyyən edilib. Çünki 1500 manat güzəştli məbləğ yalnız yerli istehsal avtomobil alarkən nəzərdə tutulub. Əgər vətəndaş bu pulu nağd şəkildə tələb etsə, o zaman o həmin məbləğin 70 faizini, yəni 1050 manatını ala biləcək. Məlumata görə, yığılacaq vəsaitlər utilizasiya fondunda toplanmaqla sonradan istifadəyə yararsız olan avtomobillərin dövriyyədən çıxarılmasında istifadə ediləcək.




Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin ötən ilin martında qəbul etdiyi qərara əsasən, istismar müddəti 10 ili aşan avtomobillərin ölkəyə idxalı yasaqlanıb. Artıq ölkəyə bu tip avtomobillər gətirmək mümkün deyil. Dövlət Gömrük Komitəsinin məlumtında qeyd olunur ki, ötən il ərzində ölkəyə 1 milyard 680,6 milyon ABŞ dolları dəyərində 95 min 971 ədəd avtomobil idxal edilib. Məsələyə yeni qaydalar üzərindən yanaşsaq, artıq istehsal ili ən yaxşı halda 4 ilə qədər olan bu avtomobillər üçün təxminən 38 milyon manat utlizasiya rüsumu toplanılacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 1 milyon 700 mindən çox avtomobil var. Rəsmi rəqəmlərə görə, bu avtomobillərin cəmi 2%-nin (34 min) yaşı iki ildən azdır. Avtomobillərin 3%-nin isə (51 min) istismar müddəti iki-beş il aralığındadır. İstismar müddəti beş-on ilədək olan avtomobillərin toplam saydakı payı isə 11,9%-dir (202 min 300). İstismar müddəti 10 ili aşan avtomobillərsə ölkə avtoparkının 83 faizi (1 milyon 411 min) qədərdir. Statistikadan belə çıxır ki, ən yaxşı halda bu 1 milyon 411 avtomobil ildə bir dəfə texniki baxışdan keçəcək və sürücülərdən ümumilikdə 30 milyon manata yaxın utilizasiya haqqı toplanılacaq.

Yəni, idxal edilən və texniki baxışdan keçirilən avtomobillərə görə ildə 70 milyona yaxın utilizasiya haqqı toplanılacaq.

Göründüyü kimi, rüsum və vergilər üzərində qurulan yeni utlizasiya qanununda avtomobil sahibinə edilən 1500 manatlıq təklif özü-özlüyündə sadəcə boş bir rəqəmdən ibarətdir.

Birincisi, bu vəsaiti yerli avtomobil alışında istifadə olunmasa, bunun cəmi 70 faizi nağd şəkildə vətəndaşa ödənilir.

İkincisi, əgər bu avtomobil fevralın birindən sonra ölkəyə gətirilibsə, bu zaman da ondan 400-700 manat aralığında utilizasiya rüsumu alınır. Vətəndaş yerdə qalan 300-600 manat vəsait isə texniki baxış zamanı yenə hər il rüsum formasında dövlətə ödəməli olacaq. Sözün əsl mənasında günün sonunda vətəndaş avtomobilini utilizasiyaya verəndə ona “qəpik-quruş” ödəniləcək.

Yeri gəlmişkən, onu da qeyd edək ki, utilizasiya prosesi könüllü surətdə həyata keçiriləcək.

Maraqlıdır, bu halda insanlar utilizasiya prosesinə maraq göstərəcəklərmi?



Bu barədə iqtisadçı Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, utilizasiya prosesi demək olar ki, bütün ölkələrdə tətbiq olunsa da, yanaşma bir qədər fərqlidir:“Bu, əsasən avtomobil istehsal edən ölkələrdə geniş yayılmış bir praktikadır. Dövlətlər öz istehsalçılarını dəstəkləmək üçün köhnə maşınların vergisini artırırlar. Yəni sürdüyün avtomobil nə qədər köhnədirsə, bir o qədər çox vergi ödəyirsən. İnsanlara sərf etməyəndə köhnə maşınlarını ya satırlar, ya da dövlətə təhvil verirlər. Sonra həmin ölkənin istehsal etdiyi yeni avtomobilləri alırlar. Bu həmin zavodların daha çox işləməsi, daha çox işçi və iqtisadi aktivlik deməkdir. Azərbaycanda isə yerli istehsal yoxdur. Biz yerli istehsal adı altında yığılmış Çin avtomobillərini bura aid edə bilmərik. Yerli istehsal odur ki, maşın komponentlərinin ən azı 25%-i həmin ölkədə istehsal olunmalıdır. Məsələn, qardaş Türkiyədə bu göstərici 45-50% civarındadır”.

Ekspert qeyd edir ki, Azərbaycanda utilizasiya mexanizmi hazırlanarkən vətəndaşların alıcılıq qabiliyyəti və ümumi iqtisadi durum da nəzərə alınmalı idi.

N. Cəfərlinin sözlərinə görə, yaxın gələcəkdə bazarda köhnə avtomobillərin qiymətlərində yenidən artım baş verəcək:“Hökumət bu qərarı ekoloji amillərlə əsaslandırır və ölkənin avtomobil parkının 60 faizinin köhnə maşınlardan ibarət olduğunu bildirir. Doğrudur, lakin avtomobil parkı niyə köhnədir? Çünki ölkəyə gətirilən avtomobillərin rüsumu çox yüksəkdir. Bir avtomobildən Azərbaycan büdcəsinə daxil olan vəsait heç Almaniya büdcəsinə daxil olmur. Nəticə etibarilə yeni maşınların qiyməti artdıqca gömrük rüsumları, aksiz dərəcələri və vergilər də yüksəlir. Ona görə də heç kim ölkəyə bahalı maşın gətirə bilmir. İnsanlar alıcılıq qabiliyyətini nəzərə alıb, daha köhnə avtomobillər gətirirlər. Köhnə avtomobillərə isə daha çox rüsum tətbiq olunduğundan maya dəyərində artım baş verir”.



“Azərbaycanda köhnə sovet avtomobilləri əsasən aqrar sahədə, kənd təsərrüfatında çalışan insanlar tərəfindən istifadə olunur. Yeni qaydalara əsasən, bu insanların da vergi yükü artacaq. Çünki bu cür avtomobillərin istehsal tarixi 20 ildən yuxardır.

Əslində insanların avtomobillərini dəyişməyə stimullaşdırmaq lazımdır. Məsələn, Polşada yeni avtomobil alırısınızsa, dövlət Sizə 7500 avro dəstək vəsaiti ödəyir. Almaniyada bu məbləğ 9000 avroya qədərdir. Vətəndaş bu zaman fikirləşir ki, aldığım avtomobilin 25 faizini dövlət ödəyirsə, ən yaxşısı elə yeni avtomobil almaqdır. Bizdə isə bu cür təşviq proqramları yoxdur deyə, utilizasiya qərarı məntiqi baxımdan doğru olsa da, reallığa uyun gəlmir. Ödənən vəsait də çox aşağıdır. Vətəndaş 1050 manata özünə nə ala bilər? Bu pula ən yaxşı halda yeni bir mobil telefon almaq olar...”,-deyə ekspert əlavə edib.

İqtisadçı hesab edir ki, yeni dəyişiklik sadəcə ölkəyə avtomobil gətirənlər və avtomobili olanlar üçün əlavə vergi yükü yaradacaq.

Bəs xarici təcrübə necədir?

Qeyd edək ki, istifadəyə yararsız nəqliyyat vasitələrinin xaricdə emalı üçün bir neçə istiqamət var. Ən uğurlu modellərdən biri ABŞ modeli hesab olunur. Belə ki, orada belə avtomobillərin sahibləri nəqliyyat vasitələrini qanuni olaraq hərraca çıxara bilərlər. Adətən, alıcılar metal qırıntıları, təkərlər və digər avtomobil tullantıları ilə maraqlanan təşkilatlardır. Avtomobilləri əldə etdikdən sonra şirkətlər özləri qərar verirlər ki, onu tamamilə ləğv etsinlər, yoxsa yeni həyat versinlər. Lakin ABŞ-də də “qara bazar” öz işini görüb. Hətta işlənmiş avtomobillərin yenidən satışı üçün “qara bazar”ın həm ölkə iqtisadiyyatını, həm də ətraf mühiti təhdid etməyə başlaması ilə əlaqədar hakimiyyət həyəcan təbili çalıb və təkrar emal üçün hərraclar keçirib. 2000-ci ildən isə hər il təxminən 3 milyon avtomobil üçüncü dünya ölkələrinə satışa göndərilir.



Aİ ölkələrində istismar müddətini başa vurmuş avtomobillərin təkrar emalı proseduru standartdır - avtomobillər toplanılır, onların keçmiş sahiblərinə müvafiq sertifikat verilir. Eyni zamanda, bəzi komponentlər də satıla bilər. İspaniyada 2009-cu ilin may ayının əvvəlindən köhnə avtomobillərini təkrar emala göndərənlərə 2 000 avro bonus ödənilir.

Yaponiyada köhnə avtomobili təhvil verib yeni, aşağı emissiyalı avtomobil alanda 3000 dollara qədər bonus nəzərdə tutulub.

Elvin Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 1 337
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    20-11-2026, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    20-11-2026, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    20-11-2026, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    20-11-2026, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    20-11-2026, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    20-11-2026, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    20-11-2026, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    20-11-2026, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    20-11-2026, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    20-11-2026, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    20-11-2026, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    20-11-2026, 16:46 | Elton qızına toy edir - VİDEO
    20-11-2026, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    20-11-2026, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    20-11-2026, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    20-11-2026, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    20-11-2026, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    20-11-2026, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    20-11-2026, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    20-11-2026, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.