Qazaxda qəza olub, xəsarət alanlar var
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Qazax şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” ilə “Hyundai” markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 
 
Oxunub: 2 129
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















