Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bu virus öldürmür, amma... - COVID-19-un yeni variantı ilə üz-üzəyik

  • Tarix: 3-02-2024, 11:51

Son vaxtlar ölkə ərazisində kəskin virus infeksiyaları yayılıb. Böyüklü, kiçikli xeyli insan xəstədir. Azyaşlıların əksəriyyəti qızılcaya yoluxur, böyüklər isə qızdırma ilə “vuruşur”. Üstəlik, hamı xəstəliyin gec sağalmasından, çox əziyyət verməsindən şikayətlənir. Ürək bulanması, baş ağrısı, yüksək temperatur, sümük ağrıları bütün xəstələrdə müşahidə olunur. Sosial şəbəkələrdə “virus öldürmür, amma süründürür”, “qızdırma 39 dərəcədən aşağı düşmür”, “öskürməkdən boğazım qopub düşəcək”, “sümüklərim sızıldayır” kimi xəstə şikayətlərinə rast gəlirik.

Bəs yayılan virus nədir? İnsanlar necə yoluxur? Bu virusa yoluxmamağın yolu nədir?

TƏBİB-dən verilən məlumata görə, hər il olduğu kimi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yolu infeksiyalarında artım müşahidə edilir: “Son günlərdə əhali arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb. Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər”.

TƏBİB əhaliyə dəfələrlə çağırışlar edib

Qurumdan bildirilir ki, yayılan xəstəliyi COVID-19 virusunun yeni variantları ilə əlaqələndirməyə heç bir əsas yoxdur: “Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması hər zamankı kimi gözləniləndir. TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib. Əhalinin respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tətbiqi həyata keçirilib və proses davam etdirilir. Bütün bu xəstəliklər hava-damcı yolu ilə yoluxur və hər birinin qorunma yolu eynidir”.

Uşaqlar, hamilə qadınlar, ahıl şəxslər

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov da bildirir ki, qış fəsli ilə əlaqədar hazırda mövsümi qrip, müxtəlif respirator virus infeksiyaları, o cümlədən koronavirus infeksiyasına yoluxma hallarına təsadüf edilir. Soyuq aylarda yoluxma hallarının artımı insanların daha çox toplaşdığı qapalı məkanlarda sıx təmaslar zamanı infeksiyaların hava-damcı üsulu ilə yayılması üçün əlverişli şəraitin yaranması ilə əlaqədardır:



“Bundan başqa, otaqların daha az havalandırılması, xəstəliyin yüngül formalarına rast gəlinməsi səbəbindən xəstələrin evdə oturmayaraq aktiv həyatını davam etdirməsi, tibbi maskadan istifadə edilməməsi, məsafənin gözlənilməməsi, əl gigiyenasına əməl olunmaması bu cür xəstəliklərin nisbətən sürətli yayılmasına öz “töhfəsini” verir. Həmçinin, payız-qış fəslində insanlarda immunitetin dövrü zəifləməsi, soyuq havanın yuxarı tənəffüs yollarının selikli qişasına təsiri nəticəsində mikroblara qarşı müdafiə faktorlarının zəifləməsi, qida rasionunda vitamin çatmazlığı, havanın temperaturunun tez-tez dəyişməsi ilə əlaqədar geyimin düzgün seçilməməsi və s. faktorlar da ümumilikdə orqanizmi zəiflədir və yoluxmaya həssaslığı artırır. Bu müxtəlif infeksiyalar içərisində nisbətən daha çox fəsadlı keçən məhz qripdir. Xəstəliyin qızğın dövründə yüksək hərarət, ümumi zəiflik, iştahasızlıq, ürəkbulanma, baş ağrıları, uzun müddətli quru və yaş öskürək kimi əlamətlər digər respirator infeksiyalarla müqayisədə daha ifadəlidir. Xüsusən də immundefisit halları xəstəliyin uzanmasına, sağalmanın daha gec baş verməsinə səbəb olur. Beş yaşa qədər olan uşaqlar, hamilə qadınlar, ahıl şəxslər, ağır xroniki xəstəliyi olan insanlar daha həssasdır”.

Sadə qaydalara əməl etmək tələb olunur

T.Eyvazovun sözlərinə görə, infeksiyaların yayılma sürətini azaltmaq üçün sadə qaydalara əməl etmək tələb olunur. Xəstə insan kollektivə daxil olmamalı, evdə oturaraq özünü təcrid etməlidir. Xüsusən, risk qrupuna daxil olan şəxslər əhalinin sıx toplaşdığı məkanlardan uzaq durmalı, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməli, əl, respirator gigiyena qaydalarına əməl etməlidirlər. Valideynlər xəstələnmiş uşaqları bağçaya, məktəbə buraxmamalıdırlar. Həssas qrupa daxil olan insanlar isə ərazi üzrə tibb müəssisələrinə müraciət edərək qripə qarşı vaksinasiya olunmalıdırlar. Qida rasionunu meyə-tərəvəzlərlə zənginləşdirmək də tövsiyə olunur.

COVID-19 virusu var

İnfeksionist-hepatoloq Mərdan Əliyev deyir ki, ölkə ərazisində hazırda bir neçə növ virus özünü göstərir. İnfeksionistin sözlərinə görə, insanlara əziyyət verən infeksiya qripdir: “Qızılca, rinovirus, rotavirus, qrip, hətta koronavirus da ölkə ərazisində mövsümlə əlaqədar olaraq geniş yayılıb. Koronavirus yüngül keçdiyi üçün bununla bağlı xəstəxanalara kütləvi şəkildə müraciət olunmur, test də edilmir. Bu gün insanların şikayətləndiyi və ağır keçən virus qrip infeksiyasıdır. Xəstəlikdən sonra da uzun müddət öskürək davam edir. Rinovirus, rotavirus daha yüngül keçir, adətən ciddi narahatlıq yaratmır”.



Qrip ağır fəsadları olan xəstəlikdir

Həkim vurğulayır ki, qrip hər zaman ağır xəstəlik hesab olunub, sadəcə, insanlar bütün növ halsızlıqları, soyuqdəymələri qrip adlandırdığı üçün əsl qripi hiss etməyib: “Qış aylarında, xüsusilə də dekabr ayından mart ayına qədər bizim ölkədə qrip olur və biz ona asanlıqla yoluxa bilirik. Qripə dırnaqarası xəstəlik kimi yanaşmamalıyıq. Qrip kifayət qədər ağır fəsadları olan, özümüzü gözləməsək, pnevmoniyaya qədər aparan xəstəlikdir”.

Viruslar hər il öz gücünə güc qatır?

İnsanlar son üç ildə müşahidə olunan xəstəliklərin əvvəlkilərlə müqayisədə ağır keçdiyini vurğulayırlar. Məsələn, “qızılca əvvəlki qızılca deyil”, yaxud “qrip heç vaxt bu qədər sərt olmayıb” kimi fikirlərə tez-tez rast gəlirik. Həqiqətən viruslar hər il öz gücünə güc qatır, yoxsa insanlar mübarizədə zəifləyiblər?

Həmsöhbətimiz bildirir ki, bu zəifləmə koronovirusun bizə vurduğu zərbələrdəndir: “Koronavirus pandemiyasından sonra bütün yoluxanların immun sistemində zəifləmə baş verdi. Maskalardan istifadə, açıq havada az vaxt keçirmək, günəşdə yetəri qədər olmamaq, dənizkənarında kifayət qədər vaxt keçirilməməsi immunitetimizin zəifləməsinə səbəb oldu. Buna görə də əvvəlki illərlə müqayisədə viruslarda ağır keçməyə meyillik özünü göstərir”.


Oxunub: 1 418
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Bu gün, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Bu gün, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Bu gün, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Bu gün, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Bu gün, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.