Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanda şok olay: gecə tort bişirən qadının evinə gəldi, məcbur etdi ki...

  • Tarix: 2-02-2024, 14:40

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda 2000-ci il təvəllüdlü Turan həmkəndlisi Ayselə (adlar şərti verilib – red.) seksual xarakterli hərəkətlər edib.

Mediaxeberleri.AZ Teleqraf.com-a istinadla xəbər verir ki,Turan həmkəndlisi Ayselin ərinin evdə olmadığına görə cinsi münasibətdə olmaq üçün gecə saatlarında onun evinə gedib. Evdəkilərin yatmasından istifadə edərək Ayselin otağının pəncərəsinə yaxınlaşıb və onun telefonla danışdığını görüb.

Turan Ayselin danışığını telefonuna səsyazısı şəklində qeyd edib. Sonra sakit səslə Ayseli cağırıb, onunla cinsi əlaqədə olmağı istəyib. Aysel isə buna etiraz edib.

Turan qadına danışığını telefonuna qeyd etdiyini bildirib. Aysel onun şantaja əl atdığını deyəndə Turan həmin səsyazısında Ayselin istifadə etdiyi sözləri söyləyib, onu özündən asılı salaraq cinsi əlaqəyə girməyə məcbur edib.

Aysel səsyazasının yayılacağından qorxub, onunla cinsi əlaqədə olub. Turan bundan sonrakı vaxtlarda Aysellə vatsap mesencerində görünütülü danışaraq pornoqrafik xarakterli hərəkətlərin görüntülərini telefonuna qeyd edib.

2022-ci ilin dekabrında münasibətləri pozulduqdan sonra Ayselin həyat sirri olan və pronoqrafik hesab edilən videocəkiliş materialını vatsap vasitəsilə bibisi oğluna göndərib.

“Məqsədim onu məcbur etmək idi”

İstintaq orqanı tərəfindən Turanın barəsində Cinayət Məcəlləsinin 151 (seksual xarakterli hərəkətlərə məcbur etmə), 156.1 (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Turan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2022-ci ildə onun doğum günü ilə bağlı anası Zəminə tort bişirib satan Ayselə tort sifariş verib:

“Həmin gün saat 18.00-da tortu götürmək üçün Ayselin yaşadığı evə getdim. 20 manat pul verərək tortu ondan alanda Aysel əlimə toxundu. Mənə qarşı cəlbedici hərəkətlər etdi. Dedi ki, əri Mübariz bazara gedir, o da səhərə qədər evdə tək olur. Axşam 22-23 radələrində Ayselin qaynanasıgillə birlikdə yaşadığı həyət evinin çəpərindən keçdim və pəncərəsinin qarşısına gəldim.

Bu vaxt Ayselin kimləsə danışdığını eşitdim. Onun səsini telefonuma qeyd etdim. Məqsədim onu yaxınlığa məcbur etmək idi. Onun başqa şəxslərlə danışdığını sübuta yetirmək məqsədilə bunu etdim, hərəkətimə görə sonra çox peşman oldum”.

“Bizi qucaqlaşmış vəziyyətdə gördü”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Aysellə danışıb və onunla bir dəfə cinsi əlaqədə olub: “Bundan sonra Ayselə nömrəmi verdim, yazışmağa başladıq. Beləliklə, aramızda münasibət yarandı.

Sonralar Ayselin öz istəyi ilə də onunla cinsi əlaqədə oldum. Başqaları ilə görüşdüyünü eşidəndə ondan soyudum. Aysellə ən çox onların evində görüşmüşük. Bir dəfə günorta vaxtı Aysellə onların qonşuları Səidəgilin evində görüşdük. Səidə qapını açaraq bizi qucaqlaşmış vəziyyətdə gördü. Buna görə həyətə çıxdıq, sonra oradan getdik”.

“İntihar etməklə hədələyib”

Turan bildirib ki, daha sonra Ayselin istəyi ilə Naxçıvan şəhərində onun anası Gülşəngilin evlərində görüşüb: “Bunu Ayselin anası Gülşən də bildi. Bir gün Ayselin əri Mübarizdən mənə zəng gəldi. Telefonu açdım, amma heç kim danışmadı.

2-3 gün sonra Aysel qaynanasının telefonu ilə zəng edərək olanları Mübarizin bildiyini dedi. Buna görə ərinin onu anasıgilə apardığını söylədi. Anasıgildə olanda Aysel yenə də mənimlə danışdı. Hər dəfə “ayrılaq” deyəndə ip və ya dərman şəkli ataraq intihar edəcəyi ilə məni hədələyirdi. Bu səbəbdən Aysellə məcbur qalaraq danışmışam”.

“Yaymaq niyyətim olmayıb”

Turanın sözlərinə görə, Ayseldən uzaqlaşmaq məqsədilə İstanbul şəhərinə gedib:

“Orada Ayselin qaynı Zamiqin göstərişi ilə Teymur və Eldar adlı şəxslər tərəfindən təhdid edildim. Ayselin mənim qaynımla arasında olan səsyazısını, əvvəllər Aysellə çəkdiyim videonu Teymura göndərdim.

Teymur həmin səsyazısını və videonu gördükdən sonra məni buraxdı. Daha sonra kəndə qayıtdım. Aysellə aramızda intim videoəlaqəni ondan xoşum gəldiyi üçün telefona qeyd etmişəm. Yaymaq niyyətim olmayıb”.

“Məni özünə bağlamağa çalışıb”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin dekabrında bibisi oğlu Vüsal onlara gəlib: “Söhbət əsnasında Vüsala məndə Ayselin videosu olduğunu bildirdim. Həmin videonu vatsapda ona göndərdim. Sonra videonun yayıldığını eşitdim.

Videonu Vüsala göndərməkdə məqsədim Ayselin qaynı Zamiqlə yaxın olması, videonu görməsi və məcburi bir şey olmadığı üçün Zamiqin də məni rahat buraxacağına nail olmaq idi.

Ayselin dediyi kimi məndən ayrılarsa əlimdə olan video və səsin olduğu hafizə kartını ərinin maşınına atacağımı deməmişəm. Onun ərinə əlimdə olan videonu başqa türk nömrəsi ilə atacağımı da söyləməmişəm.

Aysel hamiləlik testinin şəklini ataraq məni özünə bağlamağa çalışırdı. Onun nə dişini, nə də telefonunu qırmışam. Oğlunun kiçik toy günü üstündə sonsuzluq olan qızıl sepi isə Bakı şəhərində kirayə ev tutaraq birlikdə yaşamağımız üçün verib. Həmin sepi itirmişəm”.

“Bacara bilməmişəm”

İş üzrə zərərçəkmiş Ayselin sözlərinə görə, Mübarizlə ailə həyatı qurub və iki oğlu var:

“Təqsirləndirilən Mübariz mənim həmkəndlimdir, həm də bibim qızının həyat yoldaşıdır. Mən ad günləri üçün tortlar bişirərək satmışam, ailəmə dəstək olmuşam. 2022-ci ildə Turanın arvadı mənə ərinin ad günü ilə əlaqədar tort sifariş verdi. Tort hazır olduqdan sonra evlərinə zəng edən zaman telefonu Turan götürdü. Sonra bizə gələrək qaynanamla söhbət etdi. Mən də tortu gətirərək Turana verdim.

Axşam saat 22.00-da sərxoş vəziyyətdə yataq otağının pəncərəsinin yanında Turanı gördüm. Ərim Mübariz 2-3-gündən bir Naxçıvan şəhərinə bazara alver üçün gedirdi.

Turan tortu məndən alanda qaynanamla söhbət zamanı Mübarizin bazara gedəcəyini bilmişdi.

Turan mənə içəri gəlmək istədiyini bildirdi. Ona icazə vermədim. O məndən xoşu gəldiyini dedi. Mən də etiraz etdim. Turan mənə səsimi telefona yazdığını dedi. Mən həmin vaxt qaynım arvadı Vüsalə ilə telefonda danışmışdım. Danışıq zamanı Vüsalə həmkəndlilərimiz - Zülfüqar və onun qardaşı Musanın onunla əlaqəsi olduğunu, mən də qaynım arvadına “qadınlığımla həmin iki qardaşdan iyrənirəm” demişdim. Turan pəncərənin qarşısında mənim səsimi yazmışdı.

Mən Turana etiraz etdim, aramızda uzun müddət söhbət oldu. Onu mənimlə əlaqədə olmaq fikrindən daşındırmağa çalışırdım. Amma bacara bilmədim”.

“Dişimi vuraraq sındırdı”

Aysel qeyd edib ki, Turan israrla sadəcə bir dəfə görüşüb, sonra gedəcəyini deyib: “Turanda səsyazım olduğu üçün məcbur qalaraq onunla həyətdə bir dəfə cinsi əlaqədə oldum. Həmin gündən vatsapda yazışmağa başladıq, aramızda münasibət yarandı.

Səhv edərək Turanı yaxına buraxmışam. Bir müddət onunla həm mesajlaşmışam, həm də görüntülü danışımışıq. Həyat yoldaşım evdə olmadığı vaxtlarda görüşmüşük.

Əmim oğlunun ölüm ildönümünə gedəndə Turanın yaşadığı evin önündən keçərkən məni həyətlərinə çağırdı. Etiraz etdikdə məni evin həyətinə çəkdi. Məni yumruq zərbəsilə vuraraq dişlərimi sındırdı. Ərinə zəng vurmaq istəyəndə telefonumu da alaraq sındırdı.

Bu barədə heç kimə danışa bilməmişəm. Səhəri gün ərim Mübarizin əmisi nəvəsinin kiçik toyu idi. Turan mənə yaxınlaşaraq yanıma sadə “Samsung” telefonu qoydu. Həmin telefonla gizlincə Turanla danışmağa başladım”.

“Öz istəyimlə görüşmüşəm”

Ayselin ifadəsinə görə, növbəti dəfə Turanla danışan zaman əri Mübariz telefonu tutub: “Səhəri gün Mübariz məni anamın evinə apardı, boşanmaq üçün məhkəməyə müraciət etdi.

Dekabrın 5-də Turan İstanbul şəhərinə getdi. Türkiyədə yaşayan həmkəndlimiz Teymurun Turanla mənim üstümdə sözü olub. Turan Türkiyədən zəng vuraraq onu Teymurun əlindən qurtarmaq üçün kömək istədi. Məcbur qalaraq Turanın vatsap nömrəsinə Teymura eşitdirmək üçün səs atdım. Həmin səsdə “Turanı buraxın, mən öz istəyimlə Turanla görüşmüşəm” demişəm.

Bir müddət sonra Turanın kəndə gəldiyini eşitdim. Kəndə gəldikdən sonra o, yenə də mənimlə münasibət qurmaq istədi”.

“İntihar videomu çəkdim”

Aysel qeyd edib ki, daha sonra anasına onun Turanla görüntülü danışdığı videosunu atıblar: “Həmin video əldən-ələ yayıldı. Sonra həmin videonu atama, qohumlarıma da atdılar. İntihar həddinə gəlməyimin səbəbi Turana atdığım səsyazım olub.

Turan Türkiyədə olarkən Teymurla söz-söhbəti bitirmək üçün “mən öz razılığımla Turanla əlaqədə oluram, onun heç kimə dəxli yoxdur, hərə gedib öz namusunu çəksin” səsimi göndərəndən bir qədər sonra həmin səs də qohumlarıma yayıldı. Bunun üçün qohumlarım da məni çox bezdirdilər. Bütün qohumlarımdan bezib intihar videomu çəkdim və Turana göndərdim”.

Zərərçəkmiş qeyd edib ki, Turanla anası evində görüşməyib: “Anamın mənə aldığı qızıl sepimi Turana düzəldirməsi üçün vermişəm. Həmin sepi qaytarmayıb. Mənə məxsus “Samsung A 10” markalı telefonumu məndən düzəltməsi üçün alıb və onu da geri qaytarmayıb. Ailəminin dağılması, kənddə, qohumlar arasında rüsvay olmamın səbəbkarı Turandır”.

Bu cinayət işinə Şərur Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turan 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Oxunub: 1 347
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Bu gün, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Bu gün, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Bu gün, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Bu gün, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Bu gün, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Bu gün, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Bu gün, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Bu gün, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.