Müğənni Damla: “Şou aləmində dostum yoxdur”
“Şou-biznes aləmində yoxam. Nə bir ad gününə gedirəm, nə hansısa şənliklərə. Hərdən deyirlər ki, oğluna toy eləsən, kim gələcək? Deyirəm, elə gözəl olacaq ki... Guya o toyda məşhurlar olmasa, nə olacaq ki? Mənim bu aləmdə dostum yoxdur, ancaq həmkarlarım var”. Bu sözləri Lent.az-a açıqlamasında müğənni Damla deyib. O bildirib ki, heç bir qalmaqalın içində olmaq istəmir: “Mən nə qul haqqına girmək istəyirəm, nə də kiminləsə qalmaqal arzusundayam. Əlini uzadırsan, qolunu aparırlar. Ona görə hamıdan uzaq, rahat həyat yaşayıram”.
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: