Gəncədə şagirdi öldürən şəxs həbs edildi
Gəncə şəhərində məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Mediaxeberleri.AZ Report-a istinadən xəbər verir ki, Gəncə şəhər Məhkəməsində Gəncə şəhər sakini, Raul Rəhimovu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov barəsində Gəncə şəhər Prokurorluğunun təqdimatına baxılıb. Prosesdə təqdimat təmin edilərək F.Şabanovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi olan R.Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb. Onu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Oxunub: 420
Xəbəri paylaş
Paylaş: