11-ci sinifdə oxuyan Raul qıza görə öldürülüb
Gəncədə məktəblinin qətlinin ilkin səbəbləri məlum olub. Medıaxeberlerı.Az Lent.az-a istinadən xəbər verir ki, ilkin ehtimala görə hadisə qız üstündə baş verib. Hadisəsin dəqiq təfərrüatları istintaq zamanı məlum olacaq. Qeyd edək ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Oxunub: 362
Xəbəri paylaş
Paylaş: