5 hərbçini öldürən əsgər saxlanıldı
İranın cənub-şərqindəki Kirman əyalətində beş əsgər yoldaşını öldürən hərbçi saxlanılıb. Mediaxeberleri.AZ xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Agentlik cənub-şərq hərbi qərargahının komandiri Əmir Qolamalyanın sözlərini sitat gətirib: "Bu adam Zerend şəhəri yaxınlığında saxlanılıb". Bundan əvvəl hərbçinin bazar günü, yanvarın 21-də beş həmkarını öldürdüyü bildirilmişdi. “Günorta saat 16:35-də qarovulda olan əsgərlərdən biri kazarmaya daxil olaraq həmkarlarına atəş açıb. Beş hərbçi həlak olub”, deyə Qolamaliyan bildirib: Onun sözlərinə görə, atəş açan şəxsin motivləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 378
Xəbəri paylaş
Paylaş: