Nizamnamə kapitalı 271 milyon manat olan dövlət şirkətinə yeni direktor təyin edilib
- 11-09-2023, 13:13
- 949
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Eldar Məmmədov vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Məhəmməd Musayevə həvalə olunub.
Xatırladaq ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 271,1 milyon manatdır.
Комментарии (0)