Ağstafada Zöhrə Hüseyinzadənin 40 mərasimi keçirilib
Bu gün Ağstafada Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadənin 40 mərasimi keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, rayonun mərasim evində baş tutan məclis saat 12-də başlayıb. Yas mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib. Qeyd edək ki, Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə dekabr ayının 5-də vəfat edib. Xatırladaq ki, Hüseynzadə Zöhrə Arif qızı 1951-ci 30 sentyabrda Qazax rayonunun (indiki Ağstafa rayonu) Yenigün kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Zöhrə Hüseynzadə Bakı şəhər 190 N-li tam orta məktəbini bitirib. Azərbaycan Tibb Universitetinin Müalicə-profılaktika fakültəsini bitirib. İlk illərdə 3N_li şəhər xəstəxanasında həkim-kardioloq kimi çalışıb. 18 il Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü olub. 2000-ci ildə Respublika Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunur. Zöhrə xanım yaşadığı ömür müddətində həm həkim kimi, həm də ictimai-fəal kimi daim xalqımıza vicdanla xidmət edib. Allah rəhmət eləsin!