“Rəqaib qəndili” - rəhmət və bərəkət gecəsi
İslam aləmində rəhməti və bərəkəti bol “üç ay”ın müjdəçisi sayılan “Rəqaib qəndili” bu gün qeyd olunacaq. İslam dünyası üçün böyük əhəmiyyət kəsb edən üç aydan biri olan rəcəb ayının ilk cümə axşamından cümə gününə keçən gecə qeyd olunan “Rəqaib qəndili” rəhmət və bərəkət gecəsi hesab olunur. Lüğətdə rəqaib “rəğbət bəslənən, bol və dəyərli ianə” mənasında olan, hədis və fiqh ədəbiyyatında isə “bol savab, savab, fəzilətli iş” mənasında işlənir. Müsəlmanlara “Rəqaib qəndili” gecəsi Quran oxumaq, bağışlanmaq üçün istiğfar, dua və zikr etmək tövsiyə olunur. TNS xatırladır ki, İslam mənbələrinə əsasən, rəcəb ayının birinci gecəsi, cümə gecələri, şəban ayının 15-i gecəsi ilə ramazan və qurban bayramları gecələrində edilən dualar geri çevrilməz. qəbul edilər. Digər tərəfdən, Üç aylar başlayacaq. “Merac qəndili” fevralın 6-da, “Bəraət qəndili” fevralın 24-də, “Qədr gecəsi” isə aprelin 5-də qeyd olunacaq. Martın 11-də Ramazan ayı başlayacaq və aprelin 10-12-də Ramazan bayramı qeyd ediləcək.