Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Fransa senatının hər bir üzvü Makron kimi siyasi əxlaqsızdır” - ŞOK MÜSAHİBƏ

  • Tarix: 19-01-2024, 15:24

Azərbaycanın sabiq maliyyə naziri, professor Fikrət Yusifovun TNS-ə müsahibəsi.

-Fikrət müəllim, İkinci Qarabağ savaşından sonra Fransa Azərbaycana qarşı az qala Ermənistandan daha kəskin bir mövqe sərgiləyir. Sizcə bunun əsl səbəbi nədir? Bu, fransızların erməni sevgisidir, yoxsa başqa səbəblər var?

- Bu, kənardan çoxlarına fransızların erməni sevgisi kimi görünsə də, qətiyyən belə deyil. Fransızlar erməni xislətinə ermənilərin özləri qədər bələdirlər. Sadəcə Fransa artıq illərdir ki, Cənubi Qafqaza soxulmaq istəyir və bu məqsədlə tarix boyu digər xalqların əlində alət olmuş ermənilərdən istifadə etməyi düşünür. Böyük güclərin özündən zəif hesab etdikləri ölkələrdə yaşayan xalqlara sevgisi olmur, bu ölkələrdə onların yalnız iqtisadi maraqları olur.

9068b008-d428-4b00-8dad-85a133ff84f4

Fransanın müstəmləkə epopeyası başa çatır. O, özünü böyük və güclü dövlət hesab etdiyindən qovulduğu və qovulmaqda olduğu müstəmləkə ərazilərinin əvəzinə yeni ərazilərdə möhkəmlənməyə çalışır. Bəşəriyyətdə açıq müstəmləkə erası başa çatdığından indi Fransa kimi ölkələr dünyanın ayrı-ayrı bölgələrində bir başqa formalarda əsaslanmağa və orada iqtisadi maraqlarını reallaşdırmağa çalışırlar.

-Cənubi Qafqaz Fransa üçün niyə bu qədər maraqlıdır?

-Niyə də olmasın. Fransa bu gün Cənubi Qafqazda dörd bir tərəfdən türklərin əhatəsində boğulan və praktik olaraq dalanda qalmış bir ölkənin aciz durumundan istifadə edərək, çirkin yollarla bu bölgədə öz təsir gücünü artırıb, iqtisadi maraqlarını daha asan bir şəkildə reallaşdırmağa çalışır.

-Hansı iqtisadi maraqlardan söhbət gedir?

- Baxın, bir qədər öncə Orta Asiya ölkələrinə səfər edən Fransa Prezidenti Emmanuel Makron orada keçirdiyi görüşlərdə Zəngəzur dəhlizinin açılmasının vacibliyindən danışmışdı. Bununla da o, ölkəsinin bu bölgədəki əsas maraqlarının nədən ibarət olduğuna işarə etmişdi. Şərqlə Qərbi birləşdirən ən qısa ticarət yolunun Azərbaycan üzərindən keçməsi və Azərbaycanı praktik olaraq bölgənin nəqliyyat habına çevirən transmilli layihələrin reallaşdırılması Fransanın diqqətini cəlb etməyə bilməzdi. Fransa bütün bu layihələrdən pay almaq arzusundadır. O yaxşı başa düşür ki, bu layihələrdə Fransanın payçı olması gələcəkdə ölkəsinə hansı iqtisadi və siyasi dividentlər gətirə bilər. Çünki Şərqdən Qərbə daşınan yüklərin həcmi sürətlə artır, nəqliyyat kommunikasiyaları isə getdikcə genişləndirilir. Fransa eyni zamanda çox yaxşı başa düşür ki, Azərbaycan Cənubi Qafqazın açar dövlətidir və bu bölgəyə girmək məqsədilə gec-tez Azərbaycanla münasibətləri qaydaya qoymaq lazımdır. Məhz bu niyyəti daha “uğurla” reallaşdırmaq üçün Fransa çirkin bir formada erməni kartından istifadə edərək Azərbaycana təziqlər göstərməyə çalışır.

- Dünya siyasətində “siyasi əxlaq” anlayışı var. Məgər Fransa bu istəklərini həmin o siyasi əxlaqa söykənərək Azərbaycan hökuməti ilə sivil qaydada həll edə bilməzdi?

- Siyasi əxlaq milli əxlaqından qaynaqlanır. Fransanı dünya mədəniyyətinə dahilər vermis kimi tanıyan hər kəs eyni zamanda bu xalqın qədim keçmişini araşdırsa bu gün fransızların siyasi əxlaqsızlığının haradan gəldiyini anlayar. Dahilər hər bir xalqın nümayəndəsi ola bilərlər, ancaq bu o demək deyil ki, dahi yetişdirmiş bir xalqın milli əxlaqında qüsurlar yoxdur. Baxın, Fransa 44 günlük İkinci Qarabağ savaşından sonra Azərbaycana qarşı açıq hücuma keçib. Ötən ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağ torpaqlarımızda keçirdiyi bir günlük antiterror əməliyyatından sonra isə Fransa özünü az qala Azərbaycanın düşməni elan edib. Fransa artıq bir neçə aydır ki, beynəlxalq səviyyədə Azərbaycan əleyhinə hər hansı bir sənədin qəbul olunmsı üçün dəridən-qabıqdan çıxır. Lakin ədalətsiz, qərəzli və siyasi əxlaqdan uzaq bir mövqedən çıxış etdiyi üçün beynəlxalq səviyyədəki bütün təşəbbüsləri fiaskoya uğrayır. Fransa hökuməti bu uğursuzluqların əvəzini öz senatında Azərbaycan əleyhinə qətnamələr qəbul etməklə çıxmağa çalışır və bununla da sanki ermənilərə - narahat olmayın, biz sizin yanınızdayıq mesajını ötürülər. Yəni, Fransa heç bir formada erməni kartını əlindən buraxmaq istəmir. Daha anlamaq istəmir ki, bu kartın şifrəsi Azərbaycanın əlindədir.

- Nəhayət, bu günlərdə Fransa senatı Azərbaycan əleyhinə növbəti qətnamə qəbul etdi.

- Ermənistan Qarabağda nəinki öz ordusunun tör-töküntülərini, hətta mülki əhalini də uf demədən çıxartdı və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bütün dünyaya bəyan etdi. Bu gün erməni hökuməti Qarabağı tərk etmiş ermənilərin geriyə qaytarılması məsələsini belə qaldırmır. Ancaq Fransa senatı bununla bağlı qətnamə qəbil edir. Bu, Azərbaycana təziq göstərmək üçün edilən siyasi əxlaqsızlıqdır. Ən maraqlısı budur ki, bu siyasi əxlaqsızlığın başında Makron dayansa da Fransa senatında Azərbaycan əleyhinə qətnamə demək olar ki, yekdilliklə qəbul olunub. Deməli, Fransa senatının hər bir üzvü Makron kimi siyasi əxlaqsızdır. Və deməli tək Fransa prezidenti, Fransa senatı deyil, bütün fransız xalqı bu əxlaqın sahibidir. Gəlin bu əxlaqın tarixi köklərinə qısa bir ekskursiya edək, onda ortada aydın olmayan heç bir sual qalmayacaq.

- Siz bu barədə bir az əvvəl danışdınız, ancaq bugünkü fransız siyasi əxlaqının tarixi köklərini açmadınız. Bu barədə fikirləriniz çox maraqlı olardı.

- Öncə fransızların milli əxlaqından qaynaqlanan siyasi əxlaqsızlıqla yaxın keçmişdə müstəmləkə ölkələrində törətdilmiş cinayətlərinə nəzər salaq.

Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakini kütləvi şəkildə qətlə yetiriblər. İşğal etdiyi Əlcəzair ərazilərində 17 nüvə sınağı gerçəkləşdirən, 5 milyondan artıq mina basdıran Fransa bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri və minaların xəritələrini Əlcəzair hökumətinə verməkdən imtina edir. Elə bunun nəticəsidir ki, Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında aparıcı yerlərdən birini tutur. 1961-ci il oktyabr ayının 17-də Fransada yaşayan on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə dinc nümayişə çıxsa da, Fransa polisinin açdığı atəş, habelə etirazçıların Sena çayına atılması nəticəsində onlardan 1500 nəfər qətlə yetirilmişdi. Fransız vəhşiliyinin bu səhifəsi tarixə “Sena qətliamı” kimi daxil olub. Eyni qayda ilə 1961-ci ildə Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli fransız hərbiçiləri tərəfindən qətlə yetirilmişdi. Bu gün Fransanın paytaxtı Paris şəhərindəki İnsan Muzeyində müstəmləkə müharibələrində öldürülmüş 18 min döyüşçünün kəllə sümükləri saxlanılır. Törətdikləri vəhşilikləri utanmadan bütün dünyaya nümayiş etdirirlər. Fransanın yaxın keçmişdəki vəhşiliklərinin bir neçə epizodunu xatırlatdım. Mədəni və siyasi əxlaqlı bir xalqın qurduğu dövlət bu vəhşiliklərə imza ata bilməzdi.

- Bəs yaxın keçmişdə və bu gün Fransa hökumətinin nümayiş etdirdiyi bütün bu vəhşiliklərin kökü hardan qaynaqlanır?

- Gəlin baxaq. Fransa kralı XIV Lüdovik həyatında yalnız iki dəfə həkimlərin məsləhəti ilə yuyunsa da bu prosedur onu o qədər dəhşətə gətirb ki, bundan sonra bir daha yuyunmayacağına and içib.

X-XII əsrlərdə Parisdə kanalizasiya sistemi olmadığından, insanlar bütün növ zibilləri və tullantıları küçənin ortasından keçən arxa atırdılar və zibilxanaya çevrilən bu arxlar çox tez tıxanırdı. Sena çayının sularının qalxması ilə zibillə dolu arxların daşması nəticəsində şəhərdə xoşagəlməz qoxudan dayanmaq mümkün olmurdu. Küçədən axan çirkab suların iyindən tez-tez insanların huşunu itirməsi halları baş verirdi. Bu vəziyyətin yaranmasının əsas səbəbi isə o idi ki, bütün tullantılar, hətta “gecə vazaları” deyilən şeylər də evlərin pəncərələrindən birbaşa küçələrə atılırdı. 1270-ci ildə kanalizasiya sularının və “gecə vazaları”nın  pəncərələrdən küçəyə tökülməsini qadağan edən qanun qəbul olundu. Amma fransızlar bu qanuna praktiki olaraq əməl etmədilər və nəhayət yüz ildən sonra yoldan keçən insanlara qarşıdan gələn təhlükə barədə məcburi xəbərdarlıq edilməsi barədə qanun qəbul olundu. Bütün bu antisanitariya məkanında sonda böyük bir faciə yaşandı - XIV əsrdə Fransa əhalisinin üçdə biri bu antisanitariyanın qurbanına çevrilərək vəba epidemiyasından öldü. “Qara ölüm” amansızcasına insanların həyatını aldı, bütün şəhərləri və kəndləri yer üzündən sildi. 

İndi bu həyat tərzinə sahib olmuş babaların və nənələrin nəvələri Azərbaycana qarşı siyasi əxlaqsızlıq nümayiş etdirirsə, biz heç nəyə təəccüblənməməliyik. Məhşur rus alimi Nikolay Vavilovun dediyi kimi “genlər dəyişmir, onları aldatmaq mümkün deyil”. 

Biz heç nədən çəkinmədən Fransa hökuməti ilə onun anlaya biləcəyi dildə danışmalıyıq.

- Maraqlı müsahibəyə görə sağ olun.



Oxunub: 1 390
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.