Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Son xəbərlər :
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Qazaxda yerli sakin bıçaqlandı
  • Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
  • İranla belə bir saziş imzalayacağıq - Tramp
  • Sevinc Maniyeva vəfat etdi
  • İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
  • "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
  • Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
  • “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
  • Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
  • Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
  • Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
  • TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
  • Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
  • İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
  • Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
  • Bu şəxslər 700 manatadək cərimələnəcək
  • Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
  • Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
  • İsa Qəmbər ölkədən çıxa bilmədi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bu gün Xoşbəxt Yusifzadənin doğum günüdür

  • Tarix: 14-01-2024, 12:36

Bu gün Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin doğum günüdür.

Mediaxeberleri.Az xatırladır ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 

1947-ci ildə orta məktəbi bitirib və Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olub. 1952-ci ildə Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 

1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. Xoşbəxt Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə o, Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 

1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 

1970-1992-cı illərdə “Xəzərdənizneft” İctimai Birliyinin, “Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq “Xəzərdənizneftqazsənaye” Birliyinin, “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləyib. Elmi fəaliyyətini bu dövrdə də davam etdirən Xoşbəxt Yusifzadə 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə yiyələnib.

1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. Onun iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilib və istismara daxil edilib. X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə verib. 2005-ci ildə ona “professor” elmi adı verilib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Xoşbəxt Yusifzadə 2017-ci ildə MDB ölkələrinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının gümüş medalına layiq görülüb. 2018-ci ildə dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən İctimai Təltif Şurasının qərarı ilə Avropa Ali Xidmət ordeni ilə mükafatlandırılıb. Eyni zamanda, 2009-cu ildən üzvü olduğu Azərbaycan Respublikası Ağsaqqallar Şurasının 2018-ci ildə Fəxri Fərmanı ilə təltif edilib.

Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə 2000-ci ildə Azərbaycan Respublikasının “İstiqlal”, 2004-cü ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2017-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri, 2019-cu ildə Heydər Əliyev Mükafatı və ən nəhayət 2020-ci ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Son olaraq 2023-cü il dekabrın 7-də  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan tankerə akademik Xoşbəxt Yusifzadənin adı verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, görkəmli alim, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə üç oktyabr 2023-cü il tarixində vəfat edib.


Oxunub: 1 217
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    20-11-2026, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    20-11-2026, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    20-11-2026, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    20-11-2026, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    20-11-2026, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    20-11-2026, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    20-11-2026, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    20-11-2026, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    20-11-2026, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    20-11-2026, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    20-11-2026, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    20-11-2026, 16:46 | Elton qızına toy edir - VİDEO
    20-11-2026, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    20-11-2026, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    20-11-2026, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    20-11-2026, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    20-11-2026, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    20-11-2026, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    20-11-2026, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    20-11-2026, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.