11 yaşlı uşaq müəllimi bıçaqladı
Rusiyada uşaq sağlamlıq düşərgəsində 11 yaşlı uşaq bıçaqla müəllimi yaralayıb. Mediaxeberleri.AZ Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Sankt-Peterburq yaxınlığındakı “Zarya” müəssisəsində baş verib. Nəşrin mənbəsinin sözlərinə görə, müəllim oğlanın əlindən bıçağı ala bilib. Lakin onun əllərinə xəsarət yetirdiyi qeyd edilib. Bildirilib ki, uşaq psixi xəstəlikdən əziyyət çəkir və PND-də qeydiyyatdadır. Hadisədən sonra uşaq xəstəxanaya yerləşdirilib.
Oxunub: 451
Xəbəri paylaş
Paylaş: