Bakının Xətai rayonunda oğurluqda şübhəli bilinən Ağstafa sakini saxlanılıb
Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 14 min manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oxunub: 677
Xəbəri paylaş
Paylaş: