Nişanlısını və gələcək qayınanasını öldürüb İNTİHAR ETDİ
Samarada oğlan nişanlısını pəncərədən ataraq, qayınanasını bıçaqlayıb. Mediaxeberleri.Az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə onların yaşadığı Novo-Sadovaya küçəsindəki yaşayış binalarından birindəki mənzildə baş verib. İstintaq müəyyən edib ki, həmin şəxs qeyri-adekvat vəziyyətdədir. O, əvvəlcə gələcək qayınanasını evin girişində öldürüb, daha sonra mənzilə daxil olaraq nişanlısını pəncərədən atıb. Qız yeddinci mərtəbədən yıxılması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. İki qətldən sonra oğlan öz həyatına da son qoyub. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun meyitini evin yaxınlığında aşkar ediblər.
Oxunub: 631
Xəbəri paylaş
Paylaş: