Avtomobillər üçün ehtiyat hissələri bahalaşdı - VİDEO
İşlənmiş avtomobil ehtiyat hissələrinin qiyməti artıb. Mediaxeberleri.AZ xəbər verir ki, son aylar avtomobil bazarında müşahidə olunan qiymət artımı, özünü işlənmiş ehtiyat hissələri bazarına da yansıdıb. Satıcılar bildiriblər ki, məhsulun qiymətinin artması təbii olaraq satış qiymətinə də təsir edir. Satıcıların sözlərinə görə, bazardakı 20-30 faiz qiymət artımı məhsulun yol və gömrük xərcləri ilə də birbaşa əlaqəlidir. Satıcılar onu da qeyd ediblər ki, yeni ehtiyat hissələrinin də qiymətində artım var. Daha ətraflı süjetdə:
Oxunub: 352
Xəbəri paylaş
Paylaş: