G20 sammitində Hindistanın adı dəyişdirilib - FOTO
Bu gün Hindistanın baş naziri Narendra Modinin G20 ölkələrinin sammitində çıxışı zamanı onun qarşısına qoyulan və ölkələrin adının qeyd olunduğu kiçik lövhədə “Bharat” yazısı diqqət çəkib. Qeyd edək ki, “Bharat” hind dilində ölkənin rəsmi adıdır. Bu günə qədər bütün rəsmi tədbirlərdə ölkənin adı Hindistan olaraq yazılıb. Məlumat üçün əlavə edək ki, Baş naziri Narendra Modinin də üzv olduğu Hindistanın “Bharatiya Djanata” partiyası artıq bir neçə ildir ki, ölkənin tarixi adına qaytarılmasını tələb edir. Mənbə: Reuters
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: