Separatçılar özlərinə yeni "rəhbər" seçdi
Xankəndidəki qanunsuz rejim bu gün qondarma "parlament"də “prezident seçkiləri” keçirib. Nəticədə Samvel Şahramanyan separatçı rejimin “prezidenti” seçilib. Bildirilir ki, "qapalı səsvermə" zamanı 22 nəfər onun namizədliyinin lehinə, 1 nəfər əleyhinə səs verib. Xatırladaq ki, qanunsuz rejimin “rəhbər”i Arayik Arutyunyan avqustun 31-i istefa verib. Bu zaman, “dövlət naziri” Qurqen Nersisyan da vəzifəsindən kənarlaşdırılmışdı və onu bu “vəzifə”də Samvel Şahramanyan əvəz etmişdi. (“Qafqazinfo”)
Oxunub: 269
Xəbəri paylaş
Paylaş: