Başqası üçün dua edirdilər özləri öldü - Kamaz cənazə namazı qılan 30 nəfəri...
Türkiyənin Kahramanmaraş bölgəsində yük maşını cənazə namazı qılan izdihama çırpılıb. Kahramanmaraş valisi 5 nəfərin həyatını itirdiyini, 2-si ağır olmaqla 25 nəfərin yaralandığını açıqlayıb. Mediaxeberleri.Az xəbər verir ki, əyləcinin sıradan çıxdığı iddia edilən yük maşını əvvəlcə yol kənarındakı avtomobillərə çırpılıb. Daha sonra isə kənddə dünyasını dəyişən Davud Avanın dəfni üçün yol kənarındakı qəbiristanlıqda namaz qılan vətəndaşları vurub. Namaz qılan çox sayda adam kamazın altında qalıb. Qəza yerinə çoxlu sayda polis və sağlamlıq qrupu cəlb edilib. Qəzada ölənlərin olduğu bildirilib, yaralılar təcili yardımla xəstəxanaya aparılıb.Publika.az Kahramanmaraş valisi Mükerrem Ünlüer hazırda hadisə yerinə yollandığını bildirib. "Hazırda 5 ölü və 25 yaralı var. Yaralılarımız arasında həyati təhlükəsi olan vətəndaşlar da var", - deyə o bildirib. Bələdiyyə Başçısı Əhməd Doğan yaralıların hadisə yerindən xəstəxanaya aparıldığını bildirib: "Hazırda hadisə yerində xəsarət alanımız yoxdur. Onların hamısı xəstəxanaya yerləşdirilib. Ümid edirik ki, can itkisi artmayacaq". Andırın Dövlət Xəstəxanasına aparılan yaralılardan bəzilərinin artıq Şanlıurfaya aparıldığı açıqlanıb.