Rusiya erməni sakinlərə Ağdam yolu ilə ərzaq yardımı göndərir
Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 yük avtomobili ərzaq yükünün Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Azərbaycan Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə, hazırda həmin yük Samur-Bakı, Bakı-Bərdə, Ağdam-Əsgəran istiqamətində hərəkət edir. Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcək.